(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Sənan Qurbanov: “Fasilə işimizə yaradı”

Sənan Qurbanov: “Fasilə işimizə yaradı”

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə “Qəbələ” və “Sumqayıt” arasında keçirilən yoxlama görüşündən (2:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanov qarşılaşma barədə fikirlərini açıqlayıb.

Futbolinfo.az sizi 39 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir: 

"Neftçi" ilə oyundan sonra futbolçularımız istirahətə buraxıldı. Martın 20-dən məşqlərimizi bərpa etdik. Görünən odu ki, oyunçularımız yaxşı istirahət etmişdilər. Həmin gündən indiyə qədər olan məşq planımız oyunla tamamlanmalı idi. Bu oyundan da razı qaldıq. Çünki sürətli oyun gözləyirdik, elə də oldu. Futbolçularımız mübarizə apardılar. Sabahdan etibarən "Sabah"la oyunun hazırlığına başlayacağıq. Həkimlər söz veriblər ki, zədəli oyunçularımızdan Voyislav Stankoviç komandaya qoşulacaq. Ancaq bu, hələ yekun qərar deyil. Digər oyunçularımız Elvin Camalov və Rasim Ramaldanov isə bu həftə həkim nəzarətindən sonra komandaya qoşulacaqlar. Çempionatda yaranmış fasilə bizim işimizə yaradı. Bundan maksimum yararlanmağa çalışdıq”.


 
tarix: 25-03-2019 20:02


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az