(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Qarabağ”ın futbolçusu üçün 90 dəqiqə və 1 xal - VİDEO

“Qarabağ”ın futbolçusu üçün 90 dəqiqə və 1 xal - VİDEO

Futbol üzrə Bolqarıstan yığması AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Simeon Slavçevin formasını geyindiyi sözügedən komanda ikinci tur çərçivəsində səfərdə Kosovo ilə qarşılaşıb.

A qrupu çərçivəsində baş tutan oyunda qalib müəyyənləşməyib – 1:1.

Slavçev də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu sonadək mübarizə aparıb. O, 36-cı dəqiqədə sarı vərəqə də alıb.

Bolqarıstan yığması iki turdan sonra 2 xalla qrupunda ikinci pillədə qərarlaşıb.

 


 
tarix: 26-03-2019 10:31


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az