(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Qara Qarayev: “Nə desəm, bəhanə kimi görünəcək”

Qara Qarayev: “Nə desəm, bəhanə kimi görünəcək”

Milli komandamızın üzvü Qara Qarayev Litva ilə yoldaşlıq oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, gözlənilən qələbənin reallaşmasına belə aydınlıq gətirib:
 
- Azarkeşlərə və sizə öz təşəkkürümüzü bildiririk, çox sağolun ki, bizi tək qoymadınız. Biz də qələbə qazanmaq istəyirdik, amma olmadı. Oyunda biz istədiyimizi etdik, real qol imkanları bizdə oldu, amma qol vura bilmədik. Bundan sonra daha çox çalışmaq lazımdır ki, nəticə əldə edə bilək. Biz yeni yaranmış komandayıq, 10 gündür ki, bir yerdəyik. Bu müddət ərzində 2-ci görüşümüzü keçirdik. İlk görüşümüz də ən güclü millilərdən biri Xorvatiya millisinə qarşı idi. Düşünürəm ki, pis başlamamışıq, bundan sonra daha da yaxşı olacağıq.
 
-  Litva millisinə qalib gələ bilmədiniz, düşünmürsünüz ki, buna görə azarkeşlər sizi tənqid edəcək?
- Təbii ki, bu, bizim işimizdi. Biz nə vaxt ki, qələbə qazana bilməsək və yaxşı nəticə əldə etməsək, tənqid olunacağıq. Xorvatiyaya qarşı da bizim şanslarımızı aşağı qiymətləndirirdilər, amma 78-ci dəqiqəyə qədər 1 xal almağa yaxın idik. Hazırda bütün komandalar müdafiə olunub ən azı 1 xal qazana bilir. Bu gün də həmin matçlardan biri idi.
 
- Eddi ilə oynamaq sizə rahat idimi? Sanki indi əvvəlki vaxtlardan daha yaxşı çıxış edir…
- İsrafilov son vaxtlar öz klubunda da mütəmadi çıxış edir. Ona görə də irəliləyiş göz önündədi. Nəinki Eddi ilə, digər komanda yoldaşlarımla da oynamaq mənə rahatdı. Ona görə də baş məşqçi hansı seçimi edirsə, həmin oyunçularla rahat oynaya bilirəm.
 
- Rəşad Sadıqov milli komandanı tərk edəndən sonra onun forma nömrəsini götürməyi düşünürdünüzmü?
- Yox, açığı o barədə düşünmürdüm. Nömrənin önəmli olduğunu fikirləşmirəm.
 
- Bu gün oyunun tempi aşağı idi, hər kəs Xorvatiya ilə matçdan sonra sizdən 2-3 top fərqi ilə qələbə gözləyirdi. Sanki əzmkarlıq da əvvəlki kimi deyildi. Bu nə ilə əlaqədardı?
- Mən nə desəm, bu, bəhanə kimi görünəcək. Oyunun tempinin aşağı olduğunu düşünmürəm. Oyunda istədiyimiz qolu vura bilsəydik, temp tam olaraq görünəcəkdi.
 
- Əvvəlki, oyunlara nisbətən qapıya zərbələr də az idi…
- Qapıya yetəri qədər zərbəmiz oldu, ancaq qol vura bilmədik. Fikrimcə, bir qol vursaydıq, oyun daha sürətli ola bilərdi.
 
- Ən əsas böyük səhv nədir ki, onun üzərində çalışıb, qalib gəlmək mümkün olsun?
- 10 günün komandasıyıq. Biz doğruları tapıb, onun üzərində çalışıb yaxşılaşdırmağa çalışırıq.
 
- Hər iki matçda da əvəzləndin, bu, nə ilə bağlıdır?
- Oyunun sonlarında əvəzlənmişəm. Düşünürəm ki, bu, normaldı, baş məşqçinin oyunda sürəti artırmaq istəməsi və taktiki dəyişiklik etməsidi.
 
- Qrupdakı vəziyyət barəsində nə deyə bilərsiniz? Belə çətin olacağını gözləyirdiniz?
- Düzdür, çətin olacağını gözləyirdik, amma vəziyyətin belə tez çətinləşəcəyini bilmirdik. 4 komandanın 3 xalı var və bu da bizim necə çətin qrupda olduğumuza işarədir.
 
- Sizcə, biz Xorvatiyaya qarşı yaxşı oynadıq, yoxsa, onlar hazırda elə də yaxşı səviyyədə deyillər?
- Bunu hər kəs müxtəlif tərəfə yoza bilər. Ya biz yaxşı oynadıq, ya onlar zəif idi. Buna görə dəqiq heç nə deyə bilmərəm. Lazım olan yaxşı nəticə üçün çalışmışdıq və onu qazanmağa az qalmışdı, amma alınmadı.
 
- Baş məşqçi Nikola Yurçeviçlə Qurban Qurbanovun kollektivi arasında hansı fərqlər var?
- Hər iki məşqçi çox tələbkardı. Atmosfer əvvəl də, indi də yaxşıdı. Komandadakı əhval-ruhiyyə yaxşıdır. Həm də biz 10 gündür ki, bir yerdəyik, ona görə də dəyərləndirmək üçün erkən olduğunu düşünürəm.
 
- Yurçeviç daha çox risk edən deyil, sizcə?
- Düşünürəm ki, bu oyunların sonlarında riskə getmək zamanı idi. Qələbə qazanmaq və nəticə əldə etmək üçün risk etmək olardı. Fikrimcə bu, normal idi.
 
- Nikola Yurçeviç və Robert Prosineçki hər ikisi xorvatiyalı idi, aralarında hansı fərqlər var?
- Millidə çalışan əcnəbi məşqçilərin bizim oyunçulara və mentalitetə uyğunlaşması əsas məsələdir. Onların oyunçularla mübasibəti və əlaqəsi yaxşıdı. Həm Prosineçki, həm də Yurçeviç oyunçularla yaxşı mübasibət qura bilib.
 
- Reallığa baxanda qrupda neçə xal toplayacağınızı düşünürsünüz?
- Bu çox çətin sualdır, nə cavab verəcəyimi bilmirəm. Əlimizdən gələni edəcəyik ki, xal yığaq.

 
tarix: 26-03-2019 11:12


 
Xəbər lenti
23.08.2019

18:44   “Turan Tovuz”la “Ağsu” yeni mövsümə qələbə ilə başladı

18:22   “Neftçi”nin futbolçusu Haiti yığmasına çağırıldı

17:41   Ozan Can rəsmən “Sabah”da

17:33   “Beşiktaş” – “Göztəpə” matçını buradan canlı izlə! - Azərbaycanda ilk dəfə

17:27   Larsson istefa verdi

16:47   “Mançester Yunayted”də itki

16:00   Yığmamızın heyətində dəyişiklik

15:30   Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

15:00   İngiltərə millisinin sabiq üzvü “Seltik”də

14:36   Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə

14:00   Meksika millisinin üzvü rəsmən “Napoli”də

13:32   Fernando Torres vida matçına çıxır

13:06   “Qəbələ” Kamal Mirzəyevin transferinin detallarını açıqladı

12:53   “Trabzonspor”un Yunanıstan zəfəri - VİDEO

12:00   “Qalatasaray”ın futbolçusu rəsmən İspaniya klubunda

11:39   Azərbaycanlı futbolçu rəsmən Küveyt klubunda

11:17   "Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

11:08   "Səbail"in legioneri üçün il bitdi

11:03   Nazarov “Ştutqart”a meydan oxudu

10:54   Qonşumuz dəyişdi

10:32   “Qarabağ”a qalib gəlmək inanılmazdı”

10:00   Kompani istefaya göndərildi

09:30   “Liverpul”da yeni müqavilə

09:12   “Real”ın futbolçusu digər La Liqa klubunda

09:00   "Tarixin ən yaxşı komandası" və yarıhəvəskarlar

01:57   Qurban Qurbanov: “Cavab matçında böyük şansımız var”

01:37   “Linfild” - “Qarabağ” matçında 5 qol - VİDEO

00:55   Avropa Liqasında gecənin bütün nəticələri

00:34   “Qarabağ” “Linfild”ə ilk oyunda məğlub oldu

22.08.2019

22:33  “Traktor” yeni mövsümə heç-heçə ilə başladı

19:01  “Kəpəz”lə MOİK mövsümə heç-heçə ilə başladı

18:41  Etopaz.az-dan möhtəşəm yenilik: Türkiyə Superliqası canlı yayımda!

18:22  “Neftçi” Baqali Daboya görə bəyanat yaydı

18:04  Milli komandanın sabiq üzvü vəfat etdi

17:43  “Sevilya”nı digər La Liqa klubuna dəyişdi

17:24  “Elit Məşq” layihəsi ilə bağlı təqdimat

17:07  Premyer Liqanı A Seriyasına dəyişdi

16:43  Millimizə 23 futbolçu çağırıldı

16:25  “Tottenhem”dən “Beşiktaş”a – RƏSMİ

16:03  “Qarabağ” kimi komandanı keçmək əsl qəhrəmanlıq olar”

15:44  Azərbaycanla oyuna yeni kapitanla

15:23  Sponsorların nümayəndələri Bakıda səfərdədi - AÇ-2020

15:01  “Monako”nun futbolçusuna 3 oyunluq cəza

14:43  “Qalatasaray” yeni transferini icarəyə verir

14:24  Braziliyalı futbolçu Çin futbolunun tarixinə düşdü

14:02  “Beşiktaş”da istefa

13:44  Braziliyalı futbolçu Super Liqa klubunda

13:22  Millimizin sabiq baş məşqçisi vəfat etdi

13:03  Premyer Liqada 3-cü turun oyun cədvəli açıqlandı

12:40  PSJ cəzalandırıldı – Neymara görə

12:22  Balayevin komandasında yeni futbolçu

12:00  Milli komandada baş məşqçi istefası

11:40  Dabo “Neftçi” azarkeşlərini təhqir etdi

11:20  “Sumqayıt” - “Səbail” matçı ilə bağlı dəyişiklik

11:00  Millimizin üzvü “Sabah”da - RƏSMİ 

10:30  “Qalatasaray”dan PSV-yə - RƏSMİ

10:00  “Çelsi”nin futbolçusu rəsmən “Roma”da

09:30  Əliyevin komandası 1/16 finalda

09:00  Azərbaycanlı futbolçuların komandaları yarımfinala buraxılmadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az