(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Təmkin təmkin istəyir: “Hamını büdrətməyə çalışacağıq”

Təmkin təmkin istəyir: “Hamını büdrətməyə çalışacağıq”

“Yoldaşlıq görüşü olsa da, matça rəsmi oyun kimi hazırlaşmışdıq. Məncə, qələbəmizə son nöqtəni qoya bilməməyimiz mane oldu. Bunun üçün hər şey etdik, amma qol vura bilmədik.  90 dəqiqə ərzində rəqibdən üstün oynadıq. Lakin təəssüf ki, qələbə qazana bilmədik” - bunu jurnalistlərə açıqlamasında milli komandamızın üzvü Təmkin Xəlilzadə deyib.
 
Evdə Litva yığması ilə yoldaşlıq görüşündə qarşılaşan komandamız qolsuz heç-heçəyə razılaşıb. Matçdan sonra jurnalistlərə açıqlama verən 26 yaşlı müdafiəçi bildirib ki, aqressiv təsir bağışlamaları qələbə istəkləri ilə bağlı olub: “Doğrudan da qələbə üçün alışıb-yanırdıq.  Yəqin ki, buna görə aqressiv idik. Sözü bir yerə qoymuşduq, bu oyunu udmalı idik”.
 
Cinah oyunçusu AVRO-2020-nin seçmə mərhələsində II turun oyunlarında E qrupunda qeydə alınan nəticələrə belə reaksiya verib: “Çox çətin qrupa düşmüşük. Hamısı bizdən bir baş güclüdür. Ötən gün Uels Slovakiyanı, Macarıstan Xorvatiyanı məğlub etdi. Xorvatiyaya 1:2 hesabı ilə uduzduğumuz görüşdən sonra sanki hamı bizdən daha artığını gözləyir. Haqları da var, amma bizi də başa düşsələr, daha yaxşı olar. Bu, bəlkə də son illərdə milli adına ən yaxşı oyunumuz idi. Macarıstan və Slovakiya ilə qarşılaşmalarda maksimum gücümüz nəyə çatırsa, onu etməyə çalışacağıq. İnanıram ki, sonda sevinərik”.
 
Xəlilzadənin fikrincə, Macarıstana uduzan Xorvatiyanın Azərbaycanı çətinliklə yenməsi bu komandanın yaxşı formada olmaması ilə bağlı deyil: “Bizimlə oyunda doğrudan da çox əziyyət çəkdilər. Onlar qələbəyə çox da asanlıqla nail olmadılar. Macarıstan isə aqressiv idi, bəlkə də Xorvatiyanın yorğunluğundan yararlandı. Ötən gün qeydə alınmış nəticələr hamı arasında ciddi rəqabət gedəcək. Ola bilsin, bizə kiçik futbol ölkəsi kimi baxırlar. Amma Macarıstan və Slovakiya ilə qarşıdakı oyunlarda sübut edəcəyik ki, oyunlara əl-qolumuzu sallayıb çıxmırıq. Hamını büdrətməyə çalışacağıq”.
 
Xəlilzadə reallıqda Azərbaycanın qrupdakı digər rəqiblərdən zəif olduğunu etiraf etsə də, hər bir komandanın meydana mübarizə aparmaq üçün çıxdığını vurğulayıb: “San-Marino Şotlandiyaya cəmi 0:2 hesabı ilə uduzursa, biz niyə rəqiblərdən xal almayaq? İyunadək vaxtımız var. Hazırlaşacağıq. İnanıram ki, yaxşı olacaq”.

 
tarix: 26-03-2019 11:23


 
Xəbər lenti
26.04.2019

16:28   Muğam və futbol...

16:19   “Neftçi” - “Sumqayıt” matçı 1 manata

16:00   Bundesliqa klubundan 15 milyonluq transfer

15:36   Bakı finalına doğru: Kiber Çempionatda 1/16 final yekunlaşdı

15:23   HAŞİYƏ: “Formula-1” qəza ilə başladı

15:15   Bakıdan Madrid “Real”ına

14:45   Bakı finalına doğru: Büdcə açıqlandı

14:21   Premyer Liqada mövsümün son ev oyunu

13:51   Bundesliqa klubunda yeni futbolçu

13:19   “Neftçi”dən “Formula 1” ziyarəti

12:36   “Sabah”dan yeni transfer - RƏSMİ

12:26   “Milan”ın futbolçusu üçün mövsüm bitdi

12:00   “Qarabağ”ın cəzalıları sıraya döndü

11:42   Paytaxt klubunun baş məşqçisinin cəzası açıqlandı

11:23   UEFA-dan "Arsenal"a dəstək

11:12   Vaqner üçün “pulsuz bilet”

11:03   Essyenin komanda yoldaşları

10:56   Region Liqasında 30 min manatlıq şübhə

10:42   Təbriz klubundan doğma meydanda heç-heçə

10:31   Bəhlul Mustafazadəyə daha bir müştəri

10:20   Ayaz Quliyev oynadı, “Spartak” darmadağına üzüldü

09:56   “Neftçi”nin 3 komandası finalda

09:25   “Qəbələ” “Keşlə”ni 4 qolla məğlub etdi

09:12   “Sabah”ın əsas komandasından azyaşlı futbolçulara dəstək

09:00   AFFA-da oğurluq: kamera görüntüləri onları ifşa etdi

01:24   “Real” “Xetafe” səfərindən 1 xalla döndü

00:54   İtaliya kubokunda hər iki finalçı bəlli oldu

25.04.2019

23:06  “Qalatasaray” darmadağınla finalda

21:33  Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33  Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00  “Bavariya” rekordunu yenilədi

18:24  “Mançester Siti” və Qvardioladan rekord

17:50  AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25  Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58  “Zirə”nin beş futbolçusu üçün ilk

16:21  40 il sonra gələn antirekord

15:43  “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26  İlk heç-heçə: 5-ci quru oyun

15:08  İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42  Şimşək çaxdı, oyun təxirə salındı

14:07  “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30  Premyer Liqada mövsümün rəmzi komandası

13:07  HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39  Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18  İki ildən sonra: Yenə yarımfinalda

12:01  “Sumqayıt” “20”-yə çatdı

11:54  Qvardiola tələsmir və… qadağa qoyur

11:45  Sulşer rəqibi tərifləyir

11:29  AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01  İtaliyada Bordinə şans vermədilər

10:30  Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03  Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54  Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47  Quluzadənin komandası 4 qola üzüldü

09:21  Paşayev oynadı, komandası qalib gəldi

09:00  “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25  “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az