(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Eddi üçün “yaxşı oğlan”

Eddi üçün “yaxşı oğlan”

Milli komandamızın yarımmüdafiəçisi Eddi İsrafilov Litva ilə yoldaşlıq oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. “Alkorkon”un futbolçusu yığmadakı çıxışını dəyərləndirib.
 
- Oyun haqqında nə düşünürsüz? Qələbə üçün nə çatmadı?
- Sadəcə qol çatmadı. Yaxşı oynadıq, mübarizə apardıq, fərqlənə bilmədik. Yeni oyunçular və baş məşqçi ilə bundan sonra daha yaxşı məşq edib növbəti qarşılaşmalara hazırlaşacağıq.
 
- Xorvatiya ilə oyundan sonra hər kəs yığmadan qələbə gözləyirdi...
- Gələcək haqqında heç kim dəqiq nəsə deyə bilməz. Qələbəni hər birimiz arzulayırıq, amma bəzən bunu reallaşdıra bilmirik. Daha çox və daha yaxşı məşq edərək növbəti oyunlarda qələbə qazanacağımızı düşünürəm.
 
- Komandamızın qrupdan çıxmaq şansını necə qiymətləndirirsiniz? Sizcə, bu, reallaşa bilər?
- Bilmirəm. Biz çıxmaq istəyirik, amma yekunda nə olacağını deyə bilmərəm.
 
- Buna gücünüz varmı?
- Əlbəttə, gücümüz də, istəyimiz də var. Sadəcə gələcəyi qabaqlamaq olmur.
 
- Uzun müddətdi ki, milli komandaya dəvət almırdın. Əvvəlki illərlə müqayisədə bu dəfə həm Xorvatiya, həm də Litva ilə matçlarda daha yaxşı çıxış etdin. O zamandan bəri millidə nə dəyişib?
- Mən həmişə yaxşı oynamaq istəyirəm. Bəzən bu, alınır, bəzən alınmır. Dediyiniz kimi, əgər bu matçlarda yaxşı çıxış etmişəmsə, mənim üçün xoşdu.
 
- Qurban Qurbanov millinin baş məşqçisi olduğu zamanlarda sizə dəvət yollamadı. Onunla bu barədə söhbətiniz olmuşdumu? Sizi niyə çağırmırdı?
- Bu barədə məndən deyil, Qurbanovun özündən soruşmalısınız.
 
- Nikola Yurçeviç haqqında nə düşünürsüz? Komandanı gücləndirə bilərmi?
- Hələ bu barədə danışmaq çox tezdi. Yaxşı oğlandı, yaxşı motivatordu, bizimlə çox danışır, oyuna kökləyir. Amma oynayaq, görək, nəticələr necə olacaq.

 
tarix: 26-03-2019 11:53


 
Xəbər lenti
26.04.2019

15:36   Bakı finalına doğru: Kiber Çempionatda 1/16 final yekunlaşdı

15:23   HAŞİYƏ: “Formula-1” qəza ilə başladı

15:15   Bakıdan Madrid “Real”ına

14:45   Bakı finalına doğru: Büdcə açıqlandı

14:21   Premyer Liqada mövsümün son ev oyunu

13:51   Bundesliqa klubunda yeni futbolçu

13:19   “Neftçi”dən “Formula 1” ziyarəti

12:36   “Sabah”dan yeni transfer - RƏSMİ

12:26   “Milan”ın futbolçusu üçün mövsüm bitdi

12:00   “Qarabağ”ın cəzalıları sıraya döndü

11:42   Paytaxt klubunun baş məşqçisinin cəzası açıqlandı

11:23   UEFA-dan "Arsenal"a dəstək

11:12   Vaqner üçün “pulsuz bilet”

11:03   Essyenin komanda yoldaşları

10:56   Region Liqasında 30 min manatlıq şübhə

10:42   Təbriz klubundan doğma meydanda heç-heçə

10:31   Bəhlul Mustafazadəyə daha bir müştəri

10:20   Ayaz Quliyev oynadı, “Spartak” darmadağına üzüldü

09:56   “Neftçi”nin 3 komandası finalda

09:25   “Qəbələ” “Keşlə”ni 4 qolla məğlub etdi

09:12   “Sabah”ın əsas komandasından azyaşlı futbolçulara dəstək

09:00   AFFA-da oğurluq: kamera görüntüləri onları ifşa etdi

01:24   “Real” “Xetafe” səfərindən 1 xalla döndü

00:54   İtaliya kubokunda hər iki finalçı bəlli oldu

25.04.2019

23:06  “Qalatasaray” darmadağınla finalda

21:33  Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33  Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00  “Bavariya” rekordunu yenilədi

18:24  “Mançester Siti” və Qvardioladan rekord

17:50  AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25  Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58  “Zirə”nin beş futbolçusu üçün ilk

16:21  40 il sonra gələn antirekord

15:43  “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26  İlk heç-heçə: 5-ci quru oyun

15:08  İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42  Şimşək çaxdı, oyun təxirə salındı

14:07  “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30  Premyer Liqada mövsümün rəmzi komandası

13:07  HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39  Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18  İki ildən sonra: Yenə yarımfinalda

12:01  “Sumqayıt” “20”-yə çatdı

11:54  Qvardiola tələsmir və… qadağa qoyur

11:45  Sulşer rəqibi tərifləyir

11:29  AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01  İtaliyada Bordinə şans vermədilər

10:30  Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03  Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54  Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47  Quluzadənin komandası 4 qola üzüldü

09:21  Paşayev oynadı, komandası qalib gəldi

09:00  “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25  “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az