(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Düzələcək?

Düzələcək?

Nikola Yurçeviç Litva ilə 0:0 hesabına, az qala, uğur kimi təqdimat düzüb-qoşmağa çalışarkən yadıma salıram ki, Qurban Qurbanovun dönəmində Latviya ilə yoxlama matçında qalib gəlmişdik – 3:1. Həm də milli çox yaxşı oyun sərgiləmişdi. Lakin AFFA-nın ətrafında cəmlənən mütəxəssislərdən ibarət bir “kruq”da idim, soruşdum ki, necə idi millinin oyunu – nə desələr yaxşıdı? Dedilər ki, sevindirici bir şey yoxdur.
 
Vicdanlı şəxsin əsəblərinə toxunacaq bir səhnə idi. Yolun sonu hara aparır, o anlardan daha dəqiq hiss etmişdim. Yazdıq, yazdıq, yazdıq, lakin çi fayda...
 
Qurbanov sərf etmirdi. Çünki o, bu komandanın “üzvü” deyildi və çünki o, tamamilə şəffaf prinsiplərlə işləyən biri kimi camiəmizdəki hər kəsə bəllidir. Zaman gəldi, sadəcə gözləniləndən tez gəldi – Qurbanovla yollar ayrıldı. Adı qoyuldu ki “Qarabağ”la eyni zamanda millini çalışdırması yolverilməzdir, guya bu, hər iki tərəfin nəticələrinə pis təsir edir. Lakin bizə yaxşı aydın idi ki, səbəb bu deyil. Heç vaxt siyasi oyunlara qarşı reaksiya göstərməyən Qurbanov sakitcə durdu və qərarı da təxminən şərhsiz saxladı.
 
İctimaiyyətdən böyük əks-sədanın olacağı gözlənilən idi. Qurbanovu uzaqlaşdırmağın bəhanəsi hazır idi deyək, bəs U-21dən Rəşad Sadıqovun istefaya göndərilməsi hansı məntiqə sığırdı? Bəs Vüqar Məmməd xaric (O da U-19 elit-raunda vəsiq qazandığı üçün əsas olmadı qovmağa), bütün aşağı yaş qruplarını çalışdıranlarla yolların ayrılmasına nə ehtiyac vardı? Bu nə "kampaniya" idi ki?!
 
Məhz buna qarşılıq AFFA rəhbərliyi sakitləşdirici bəyanat verdi – yeni baş məşqçi sırf AÇ-2020-yə vəsiqə qazanmaqçün seçiləcək. Hətta 2018-ci ilin sonunadək namizədlərin müəyyənləşəcəyi və tez zamanda təyinatın açıqlanacağı bildirildi. Lakin tam 2 ay gecikdi. Niyə?!
 
Bax, bu böyük sualın cavabı tapılmadı, soruşan, soraqlayan olmadı. Soraqlamalı şəxslər səlahiyyətlərindən xəbərsizmiş kimi, susdular. Yurçeviçin təyinatından sonra isə məlum oldu ki, onun qarşısında belə bir tələb qoyulmayıb – özü təkzib etdi. Bugünkü oyundan sonra konfransda da bu detalı təkzib etdi.
 
Başa düşürük, millinin AÇ-yə vəsiqəsi utopik janrda səslənir. Lakin AFFA rəhbərliyi bunu səsləndirib. Onda bu yalan nə deməkdir?
 
Xorvatiya ilə oyun ətrafında qurulan süni PR işləmədi. Macarıstanın qələbə qazanması o eyforiyadan yerə endirdi. Əlbəttə, ilk oyunda nəsə etmək baş məşqçinin fiziki və s. imkanları daxilində deyildi. Lakin ikinci – yoxlama xarakterli qarşılaşmada yeni baş məşqçinin potensialı haqda üfüqdə nələrisə görmək olardı.
 
Nələri gördünüz?
 
Müzakirələrə qoşulun, prosesdə izləyici rolunda qalmayın...
 
Litva FIFA reytinqində 132-cidi. Bu amildən tutmuş digər meyarların hamısında bizim onlarla qarşılaşmada qol vura bilməməyimiz pis əlamət sayılmalıdı. Baş məqçi deyir ki, rotasiyalarçün geniş imkanlar qazandıq. Lakin söhbət hansı rotasiyalardan gedir? Hazırlığı pis olan Nazarovun suyunu sıxıb çıxarmaq, yoxsa Ramillə Arazın yerini dəyişib, Namiqi ortaya çəkməkdən danışırıq? Əli Babayev adlı hardan, haçan və necə peyda olduğu bəlli olmayan birinin yoxlanmasından fayda güdürük yoxsa?
 
Hələ də Eddinin PR-ı qurulur. Yadıma Axtyamov düşdü. Eyni ssenarilər...
 
Doğru yolda deyilsiniz, cənab AFFA funksionerləri. Çünki atılan hər yeni addımda özgüvən və niyyət səmimiliyi çatışmazlığı qabarıq görünür.
 
Biz Yurçeviçin möcüzə edəcəyinə inanacaq qədər sadəlövh deyilik. Özümüzü aldatmayaq.
 
OK, siz də qoşulun, milli istənilən nəticəni qazanmayanda döşəyin yığma üzvlərinin qabırğasına. Ayırın, bizi yenə uzaq tutun, özünüzə sərf edən KİV-ləri aparın milli ilə izləməyə, təki müstəqil jurnalistlər uzaq tutulsun, edin bunu da.  Özünüz də olmasanız, sizin ağzınızdan danışanlar etsin bunu, hə, hara qədər belə olacaq...
 
Axı bu nəsildən nə gözləyirik? Potensialları sizə, bizə bəlli deyilmi?
 
Onda nəyə lazım idi baş məşqçi dəyişikliklərinə getmək? Nə ehtiyac vardı buna?
 
Kimi aldadırıq?
 
Elçin Cəlilov, futbolpress.az

 
tarix: 26-03-2019 12:11


 
Xəbər lenti
23.08.2019

18:44   “Turan Tovuz”la “Ağsu” yeni mövsümə qələbə ilə başladı

18:22   “Neftçi”nin futbolçusu Haiti yığmasına çağırıldı

17:41   Ozan Can rəsmən “Sabah”da

17:33   “Beşiktaş” – “Göztəpə” matçını buradan canlı izlə! - Azərbaycanda ilk dəfə

17:27   Larsson istefa verdi

16:47   “Mançester Yunayted”də itki

16:00   Yığmamızın heyətində dəyişiklik

15:30   Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

15:00   İngiltərə millisinin sabiq üzvü “Seltik”də

14:36   Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə

14:00   Meksika millisinin üzvü rəsmən “Napoli”də

13:32   Fernando Torres vida matçına çıxır

13:06   “Qəbələ” Kamal Mirzəyevin transferinin detallarını açıqladı

12:53   “Trabzonspor”un Yunanıstan zəfəri - VİDEO

12:00   “Qalatasaray”ın futbolçusu rəsmən İspaniya klubunda

11:39   Azərbaycanlı futbolçu rəsmən Küveyt klubunda

11:17   "Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

11:08   "Səbail"in legioneri üçün il bitdi

11:03   Nazarov “Ştutqart”a meydan oxudu

10:54   Qonşumuz dəyişdi

10:32   “Qarabağ”a qalib gəlmək inanılmazdı”

10:00   Kompani istefaya göndərildi

09:30   “Liverpul”da yeni müqavilə

09:12   “Real”ın futbolçusu digər La Liqa klubunda

09:00   "Tarixin ən yaxşı komandası" və yarıhəvəskarlar

01:57   Qurban Qurbanov: “Cavab matçında böyük şansımız var”

01:37   “Linfild” - “Qarabağ” matçında 5 qol - VİDEO

00:55   Avropa Liqasında gecənin bütün nəticələri

00:34   “Qarabağ” “Linfild”ə ilk oyunda məğlub oldu

22.08.2019

22:33  “Traktor” yeni mövsümə heç-heçə ilə başladı

19:01  “Kəpəz”lə MOİK mövsümə heç-heçə ilə başladı

18:41  Etopaz.az-dan möhtəşəm yenilik: Türkiyə Superliqası canlı yayımda!

18:22  “Neftçi” Baqali Daboya görə bəyanat yaydı

18:04  Milli komandanın sabiq üzvü vəfat etdi

17:43  “Sevilya”nı digər La Liqa klubuna dəyişdi

17:24  “Elit Məşq” layihəsi ilə bağlı təqdimat

17:07  Premyer Liqanı A Seriyasına dəyişdi

16:43  Millimizə 23 futbolçu çağırıldı

16:25  “Tottenhem”dən “Beşiktaş”a – RƏSMİ

16:03  “Qarabağ” kimi komandanı keçmək əsl qəhrəmanlıq olar”

15:44  Azərbaycanla oyuna yeni kapitanla

15:23  Sponsorların nümayəndələri Bakıda səfərdədi - AÇ-2020

15:01  “Monako”nun futbolçusuna 3 oyunluq cəza

14:43  “Qalatasaray” yeni transferini icarəyə verir

14:24  Braziliyalı futbolçu Çin futbolunun tarixinə düşdü

14:02  “Beşiktaş”da istefa

13:44  Braziliyalı futbolçu Super Liqa klubunda

13:22  Millimizin sabiq baş məşqçisi vəfat etdi

13:03  Premyer Liqada 3-cü turun oyun cədvəli açıqlandı

12:40  PSJ cəzalandırıldı – Neymara görə

12:22  Balayevin komandasında yeni futbolçu

12:00  Milli komandada baş məşqçi istefası

11:40  Dabo “Neftçi” azarkeşlərini təhqir etdi

11:20  “Sumqayıt” - “Səbail” matçı ilə bağlı dəyişiklik

11:00  Millimizin üzvü “Sabah”da - RƏSMİ 

10:30  “Qalatasaray”dan PSV-yə - RƏSMİ

10:00  “Çelsi”nin futbolçusu rəsmən “Roma”da

09:30  Əliyevin komandası 1/16 finalda

09:00  Azərbaycanlı futbolçuların komandaları yarımfinala buraxılmadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az