(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Azərbaycan millisində növbəti forma biabırçılığı

Azərbaycan millisində növbəti forma biabırçılığı

Xorvatiyadakı məlum forma qalmaqalı bitməmiş millimizdə forma ilə bağlı növbəti biabırçı olay yaşanıb. Litva ilə dünənki yoxlama görüşünün ikinci hissəsində meydançaya çıxan Emin Mahmudovun formasının arxasındakı yazı diqqət çəkib.
 
Belə ki, Eminin soyadı Mahmudov olduğu halda formanın arxasına Makhmudiv yazılıb (rekord.az). Eyni hal Xorvatiyadakı matçda da yaşanıb. Görünən budur ki, milli komandanın yeni inzibatçısı işinə növbəti dəfə məsuliyyətsiz yanaşıb.
 
Maraq üçün qeyd edək ki, millinin yeni inzibatçısı Zaur Hacı-Məhərrəmov AFFA-nın baş katibi Elxan Məmmədovun həm kadrı, həm yerlisi, həm də qohumudu.
 

 
tarix: 26-03-2019 13:00


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az