(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Jezniçak "Qarabağ"da qalmaq istəyir: “Görək iyunda necə olacaq?”

Jezniçak "Qarabağ"da qalmaq istəyir: “Görək iyunda necə olacaq?”

“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına geniş müsahibə verib. Ağdam klubundakı vəziyyətindən danışan 32 yaşlı futbolçu gələcək planlarından da söz açıb.
 
- Gəlin, əvvəlcə “Qarabağ”dakı vəziyyətinizdən başlayaq. Son vaxtlar ehtiyatda qalırsınız. Ümumiyyətlə, bu mövsümdəki çıxışınızı necə qiymətləndirərdiniz?
- Deyə bilərəm ki, vəziyyət təkrarlanır. Ötən mövsümdə də buna bənzər şeylər oldu. Yaza nisbətən payızda daha çox oynadım. Avrokuboklarda mübarizəni dayandırdıqdan sonra bütün diqqəti daxili yarışlara yönəltdik. Yadda saxlamaq lazımdır ki, Azərbaycanda belə bir qayda var: meydanda 5 yerli və bir gənc futbolçu olmalıdır. Ona görə də legionerlər üçün cəmi 5 yer qalır (əslində, 6-dı və Yakubun indiyədək bunu bilməməsi maraqlıdı – red.). Bunun üçün oyunlarda daha çox hücumlara şans verməyi sevən məşqçimizin yanaşmasını bilmək lazımdı. Bu mənada, müdafiə xəttindədəki 3 yerdən biri uğrunda mübarizədə Donald Gerye ilə aramızda çətin vəzifə dayanır. Bütün bunlar mənim tez-tez ehtiyat oyunçular skamyasında oturmağıma təsir edir. Özümü bu vəziyyətə hazırladığımı etiraf edirəm. Çünki bu barədə məni Çempionlar Liqası və Avroliqa oyunlarında əsas heyətə qoyan məşqçi ilə danışmışam. Bundan başqa, elə yaşdayam, elə təcrübəm var ki, artıq emosiyalar daha az rol oynayır. Bunu soyuqqanlı qarşılayıram, çünki bəzi məsələlərə təsir edə bilmərəm.
 
- Avrokuboklardan bəhs etdiniz. Yəqin ki, “Arsenal” və “Sportinq” kimi komandalara qarşı oynamaq imkanı qazanmaq sizin üçün maraqlı olub...
- Son 3 ildə cəlbedici rəqiblərlə qarşılaşdığım üçün bəxtim gətirib. Sərgüzəştlər “Legiya”da Dortmund “Borussiya”sı və “Real”la oyunlarla başladı. Daha sonra “Çelsi”, “Roma” və “Atletiko”, öz növbəsində, bu mövsüm Avropa Liqasında yuxarıda adları çəkilən “Arsenal” və “Sportinq” kimi komandalara qarşı oynamaq da fenomenal oldu. Bunlar, şübhəsiz, Avropanın top-klublarıdır. Gələcəkdə yada salacağım və nəvələrimə danışacağım xatirələrim olacaq. Xüsusilə Çempionlar Liqasında qrup mərhələsinə çıxmaq mənim üçün ən üst səviyyə idi.
 
- “Qarabağ”da olmaq – bu, sizin üçün təkcə futbol oynamaq deyil. Əvvəllər tez-tez Azərbaycandakı həyatınızdan zövq aldığınızı deyirdiniz. İki ildən sonra fikirlərinizdə dəyişiklik olubmu?
- Yenə də ancaq ölkənin üstünlükləri haqda danışa bilərəm. Bunu Bakıda çəkdiyim və tez-tez sosial şəbəkələrdə yerləşdirdiyim şəkillər də sübut edir. Mənə baxan insanlar dəyişikliyi, orada necə yaşadığımı görürlər. Polşa ilə müqayisədə burada isti və günəşli hava üstünlük təşkil edir. Tez-tez vaxt mehriban insanlarla qarşılaşa bilirsən. Əlbəttə, mədəni fərqlər var, amma bunlar elə də nəzərəçarpan deyil. Hə, İslam ölkədə dominant dindir. Amma digər ölkələrdəki kimi ifrat dərəcədə deyil. Hətta burada qadınlar üzlərini gizlətmirlər. Azərbaycanda olduğum üçün təəssüflənə bilmərəm. Hər şeydən öncə sakit həyatım var. Ömrümün demək olar ki, yarısını Varşavada keçirmişəm və çox insanla qarşılaşmışam. Buna görə tez-tez harasa gedir, dostlarımla görüşürdüm. Hətta Bakıya gələndən sonra həyat yoldaşımla yüngül şok keçirdik: rahat yuxudan dura, kofe içməyə gedə bilirik. Heç nəyi Polşadakı kimi tez-tələsik etmirik. Özümü bir az da məzuniyyətdə hiss edirəm. Çünki məşqlərdən sonra xeyli boş vaxtlarımız olur.
 
- “Qarabağ”la müqaviləniz iyun ayının sonunda bitir. Müddəti daha bir il uzatmaq istərdiniz?
- Mənə qalsa, istərdim. Amma, baxaq, necə olacaq. Burada müqavilənin yenilənməsi Polşadakından bir az fərqlənir. Bununla bağlı söhbət bəzən müqavilə müddətinin bitməsinə az qalmış, bəzən də vaxt qurtarandan sonra olur. Hələlik mövsümün sonunu gözləyirəm. Nəyin necə olacağını zaman göstərəcək. Yəqin ki, üfüqdə başqa ekzotik ölkələrdən maraqlı təkliflər görünəcək. Onlardan birini dəyərləndirə bilərəm.
 
- Polşaya qayıdış ekzotik deyil. Amma “Legiya”dan hansı şərtlərlə təklif gözləyərdiniz?
- Hələ heç nə baş verməyib. Ona görə də indi nəsə demək mümkün deyil. Hazırda “Legiya”nın yaxşı heyəti var. Əlbəttə, ətraflı nəsə olsa, nəzərdən keçirə bilərəm. Ürəyim hər zaman bu komanda ilə döyünəcək. Bu forma ilə meydanda çox can qoymuşam. Odur ki, “Legiya” həmişə mənim üçün ilk sıradadır. Futbolçu həyatı elədir ki, harada istəyirsənsə, orada da oynayırsan.
 
- Artıq 32 yaşınız var. Necə düşünürsünüz, millinin qapıları üzünüzə bağlanıb, yoxsa hələ çağırılmaq ümidiniz var?
- Bu barədə düşünmürəm. Oynayıram, öz işimi görürəm Amma düşünürəm ki, yığmanın müdafiə xətti komplektləşib. Kamil Qlik, Yan Bednarek, Mixal Pazdan kimi oyunçular var. Sonuncu Türkiyə çempionatında çıxış edir. Bu gün Superliqa Azərbaycan və Polşa çempionatlarından güclüdür. Hazırda Türkiyədə oynayan “Qarabağ”dan keçmiş komanda yoldaşım İbrahim Şehiçlə söhbətimiz olub. O dedi ki, Mixal “Ankaragücü”nə keçdikdən sonra öz inamlı oyunu ilə komandanın simasını dəyişib. Ona görə də düşünürəm ki, hazırkı məqamda yığmada 3 mərkəz müdafiəçisinin olması kifayət edir.
 
- Polşada çempionluq uğrunda “Lexiya” və “Legiya”, Azərbaycanda isə “Qarabağ” və “Neftçi” klubları mübarizə aparırlar. Sona hələ bir neçə tur var. Şansları necə dəyərləndirirsiniz?
- Bizim heyətimiz “Neftçi”dən daha yaxşıdır. Hə, onlar bu mövsüm yaxşı oynayırlar. Maraqlı futbolçuları var. Amma qarşıda hələ çox oyun olacaq. Çempionata məhz “Neftçi” və “Qarabağ” arasındakı matçla yekun vurulacaq. Deyərdim ki, mövsümün oyunu olacaq. Bundan başqa, biz ölkə kubokunda da mübarizəni davam etdiririk.

 
tarix: 27-03-2019 10:31


 
Xəbər lenti
21.05.2019

21:29   Fariz Nəcəfov: “Bu qələbə bir ay ərzində görülmüş işin nəticəsi deyil”

20:51   AFFA-dan Mxitaryan açıqlaması: “Bu, finalın möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək”

19:07   Yurçeviç: “Dəyişikliyə ehtiyac görmürəm”

18:44   “Neftçi”nin futbolçusu Qvineya millisinə dəvət aldı

18:26   Fransa klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

17:44   Premyer Liqada mövsümün qolu - VİDEO

17:14   Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

16:54   Bakı finalı öncəsi yeni müqavilə

16:37   La Liqa klubunda yeni baş məşqçi

16:15   “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt müəyyənləşəcək?

15:53   Bakı finalına doğru: “Arsenal” üçün fantastik mükafat

15:34   Finala görə “Tarqovı”ya giriş məhdudlaşdırılır

15:11   “Arsenal” rəsmən açıqladı: Mxitaryan Bakıya gəlmir!

14:52   “Keşlə” - “Neftçi” matçında 7 qol

14:35   Bakı finalına doğru: Bilet satışında 4-cü mərhələ

14:16   Almaniya millisinin üzvü “Borussiya”da

13:55   Dadaşovun komanda yoldaşı Bundesliqa klubunda

13:33   Bombardir milli karyerasını başa vurdu

13:12   Final “Sumqayıt”a 1600, “Qəbələ”yə 800 manata başa gəldi

12:53   “Trabzonspor”lu futbolçu seçim qarşısında: Azərbaycan, yoxsa Türkiyə?

12:44   La Liqanı tərk edən klub baş məşqçisini qovdu

12:31   “Keşlə” daha bir futbolçuyla anlaşdı - RƏSMİ

12:22   Unudulmuş “Bakı” mövsümə bombardirləri ilə damğa vurdu

12:14   Bakı finalına doğru: Mavi rəngli qanı olan Jiru

12:05   Yurçeviç media önünə çıxır

11:55   “Qəbələ”dən Makedoniyaya

11:48   Azərbaycan millisinə 23 futbolçu çağırıldı

11:42   "Çelsi"də Sarrini Lempard əvəz edir

11:35   "Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

11:29   “Mançester Siti”də mövsümün ən yaxşısı açıqlandı

11:14   Yenidən La Liqada

11:00   Xavi karyerasını başa vurdu, məşqçiliyə başladı

10:45   Səbuhi Səfiyarlı: “Monrozun “Neftçi”ylə anlaşmasında qeyri-adi heç nə yoxdur”

10:30   Danışılmış oyunlara görə 11 futbolçu həbs olundu

10:00   Premyer Liqa klubunda yeni baş məşqçi

09:30   Dmitri Bezotosnı: “Qəbələ”də qalıb-qalmayacağımı bilmirəm”

09:00   Nəbiyevin komandası 3 xalı 4 qolla qazandı

00:28   Romada 6 qolluq heç-heçə

00:15   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.05.2019

23:14  “Fənərbaxça”ya 1 qol bəs etdi

21:00  Şotlandiya yığmasında yeni baş məşqçi

20:24  “Qarabağ”da yeni müqavilə

19:01  Bakıda əfsanəvi ingilis personajların paradı - FOTOLAR

18:36  Messi rekorda şərik oldu

17:44  “Seltik”dən Bundesliqa klubuna

17:17  La Liqa klubu baş məşqçiylə vidalaşdı

16:53  40 yaşında karyerasını başa vurdu

16:30  Bundesliqa klubunda yeni baş məşqçi

16:12  Avroliqanın könüllüləri üçün əyləncə gecəsi

15:51  Aparıcı futbolçusu "Sumqayıt"dan gedir

15:31  “Qəbələ”nin futbolçusunda xəstəlik aşkarlandı

15:15  “Barselona”da final öncəsi itki

14:58  Fransada mövsümün ən yaxşı futbolçusu və rəmzi komandası

14:36  Bundesliqaya yüksələn 2-ci klub bilindi

14:18  Polşada çempion bəlli oldu

13:56  “Real”da 4 illik müqavilə

13:35  Oyun zamanı infarkt keçirən hakim həyatını itirdi - VİDEO

13:14  AÇ-2019-un qalibi məlum oldu

12:50  AFFA-dan 3 oyunçuya 1 illik cəza

12:32  La Liqa klubu baş məşqçisini qovdu

12:12  Millimizin hücumçusundan uğurlu debüt

12:02  “Şaxtyor”dan 12-ci çempionluq

11:54  Stiven Monroz: "Bu, "Qəbələ"də sonuncu oyunum idi"

11:41  Riberi Bundesliqanın tarixinə düşdü

11:24  Rizvanov üçün 21 dəqiqə və 3 xal

11:11  Mövsümün son matçında ehtiyatda qaldı

10:59  "Qarabağ"a 13 potensial rəqib

10:45  Amit Quluzadəsiz qələbə

10:38  “Qəbələ”də ayrılıq qərarları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az