(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
AFFA-nın qəribə addımı: qapazaltı Litva ilə heç-heçəyə görə mükafat

AFFA-nın qəribə addımı: qapazaltı Litva ilə heç-heçəyə görə mükafat

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası milli komandanın son iki oyununa görə futbolçuları mükafatlandırıb. AFFA Avro-2020-nin seçmə mərhələsinin Xorvatiya ilə rəsmi matçına və Litva ilə yoxlama görüşünə görə hər oyunçuya 5000 min manat pul mükafatı verib (2 min Xorvatiya, 3 min isə Litva ilə oyun üçün).
 
Milli komandamız Xorvatiyaya 1:2 hesabı ilə uduzub, Litva ilə matçda isə heç-heçə edib.
 
Qol.az saytının yazdığı bu xəbəri qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentin rəhbəri Firuz Abdulla təsdiqləyib. Ancaq o, mükafatın xorvatlara məğlubiyyətə yox, litvalılarla Bakıdakı heç-heçəyə görə verildiyini söyləyib: "Mükafatın məbləği ilə bağlı isə heç nə deyə bilmərəm. Bunu futbolçuların özləri ilə dəqiqləşdirin. Amma onu da nəzərə alın ki, AFFA milli komandanın futbolçularına maaş vermir. Yalnız nəticə olanda onlar mükafatlandırılırlar".
 
Əslində, praktikada belə məqamlar olub. AFFA-nın pula pul demədiyi vaxtlar milli üzvləri dəfələrlə hətta uduzduqları oyunlara görə də mükafat verib. Bu isə daha çox milli oyunçularını razı salmaq üçün edilib. Onlar müqaviləylə maaş almırlar, əvəzində assosiasiya bu yolla onları ruhlandırmağa çalışır.
 
Amma iş ondadı ki, hətta heç-heçəyə görə də mükafat verilməsi doğru deyil. Fərqli sistem fikirləşmək, futbolçuları qələbəyə ruhlandırmaq üçün stimul tapmaq lazımdı. İstənilən halda oynamalarına görə mükafat alacaqlarını bilə-bilə futbolçuların meydanda can qoyması mümkünsüzdü.
 
Bəlkə də başqa rəqib olsaydı, futbolçuları yaxşı oyuna görə sevindirmək olardı. Amma Litva ilə matça görə ümumiyyətlə, mükafat düşmür, əksinə, hansısa cərimə tətbiq edilməsi gərəkdi. Bu komanda Millətlər Liqasında üz-üzə gəldiyimiz komandalardan da zəifdi. Təkcə reytinqdə 132-ci olmalarına görə deyil, son nəticələri də Litvanın zəif olduğunu göstərir.
 
Təsəvvür edin, Bakıya gələnə kimi Litva ardıcıl 7 matçda uduzmuşdu və onların içində cırtdan Lüksemburq da var idi. Avro-2020-nin seçmə mərhələsinin ilk turunda bu komanda litvalıları xalsız qoymuşdu. Axırıncı qələbəsini ötən ilim iyulunda Şri Lanka üzərində qazanan rəqibimiz ondan əvvəlki 4 matçda da qələbə görməmişdi. Ümumiyyətlə, son 22 oyunda 2 qələbə və 2 heç heçə ilə yadda qalan millini Bakıda yenə bilməməyə görə mükafat verilməsi ayıbdı.

 
tarix: 27-03-2019 14:57


 
Xəbər lenti
23.05.2019
22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az