(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Millidə forma oyunu: ciddi nöqsanlar var imiş

Millidə forma oyunu: ciddi nöqsanlar var imiş

AFFA üzr istəməyi də lazım bilmədi. Sadəcə, bəyanat yayıb millinin oyunlarındakı biabırçılıqlara görə məsul şəxslərə xəbərdarlıq olunduğunu diqqətə çatdırdılar.
 
Ad-soyad da yoxdu. Millinin inzibatçısı Zaur Hacı-Məhərrəmov arxalı adamdı, gələcəkdə karyerasını irəlilətmək gərək olan lazımlı kadrdı. Bu səbəbdən onun adı qeyd olunmur, “məsul şəxslər” ümumiləşdirməsi ilə qorunur. Halbuki 2 biabırçı səhvə görə (formaya loqo vurmaq yaddan çıxmış, eyni zamanda Emin Mahmudovun adı geyimdə səhv yazılmışdı – red.) o, işdən qovulmalı, üstəlik, cərimələnməli idi.
 
AFFA-nın forma məsələsində susqunluğu pozması yaxşıdı. İctimaiyyətin haqlı iradları, tənqidləri qarşılığında daş olmadıqları göründü. Düzdü, yenə “yola verdilər”, amma heç olmasa, bəyanat yaymaq zəhmətinə qatlaşdılar.
 
Hacı-Məhərrəmovun bacarıqsızlığı öz yerində, amma onun sələfi də elə bu cür səhvlərə görə işindən qovulub. Uzun illər millilərdə baş inzibatçı olan İslam Abbasov forma qalmaqalına görə kənara atılıb. Belə ki, ilin əvəlində millilər üçün gətirilmiş inventarların hesabatı aparılıb və məlum olub ki, Abbasov saxta akta imza atıb. Anbarda lazımi sayda forma qalmaya-qalmaya o, hər şeyin qaydasında olması barədə hesabat verib.
 
Araşdırmalar nəticəsində bəlli olub ki, xeyli “ekipirovka” çatışmır və onların hamısı hansısa yolla “silinib” və müxtəlif geyim dükanlarında 550 dollara satışa qoyulub. AFFA-nın axtarışları nəticəsində bu işin millinin inzibatçılarından Elşən Həsənovun əli qurulduğu aydınlaşıb. Boynunda 10 min manata yaxın vəsait qalan Elşən də, İslam bəy kimi, buna görə işdən çıxarılıb. Eyni zamanda Aydın Rüstəmov da qovulub.
 
Daha sonra “Kəpəz”in Müşahidə Şurasından imtina edən Abbasov hazırda işsizdi. Digər 2 şəxs isə “Qarabağ”da fəaliyyətə başlayıb.
 
Sözügedən şəxslər mətbuata danışmayana kimi, şaiyələr daha da çoxalacaq. “Qarabağ”da işə başlayıblarsa, deməli, ağdamlılar onların günahsız olduğuna inanır. Amma sabiq milli işçiləri özləri də əslində nə baş verdiyini açıqlamalıdılar. Çünki ciddi saxtakarlıqlar varsa, AFFA onları sadəcə, işdən çıxartmamalı, həm də hüquq-mühafizə orqanlarına müraciət etməli idi. Nə bu var, nə də başqa bir addım...
 
CAVAD

 
tarix: 27-03-2019 15:32


 
Xəbər lenti
21.07.2019

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.07.2019

21:00  “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30  Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00  Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30  “Neftçi”nin rəqibindən çətin qələbə

19:00  Fransada 198 azarkeş saxlanıldı

18:30  “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30  “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00  O da milli karyerasını başa vurdu

16:30  “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00  “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30  “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00  “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30  “Sumqayıt”ın yeni formaları - FOTO

14:00  “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30  "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00  “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30  “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00  La Liqanı Liqa 1-ə dəyişdi

11:31  Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00  Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30  Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00  Meksika millisinin üzvü “Ayaks”da

09:30  “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00  Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55  Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az