(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Sosial şəbəkədə futbol üsyanı

Sosial şəbəkədə futbol üsyanı

Ölkə futbolundakı faciəvi durum artıq hamını narahat edir. Milli komandanın son uğursuzluqlarından sonra etirazlar bir az da artıb. Həm də azarkeşləri təkcə qeydə alınan nəticələr yox, həm də forma biabırçılığı, verilən mükafatın məbləği hiddətləndirib.
 
Sözünü demək üçün sosial şəbəkələri azad məkan tapan azarkeşlər son günlər xeyli status yazıb, paylaşım edib. Onlara yazılan şərhlərdən aydın olur ki, hamı uçurumda olmağımızdan xəbərdardı və kimsə yaxşı sonluq gözləmir. Hətta müxtəlif sorğu keçirənlər, əsas günahkarı axtaranlar da var. Yekdil fikir isə Elxan Məmmədovla bağlıdı. Böyük əksəriyyət məhz AFFA-nın baş katibini günahkar bilir.
 
Sırf futbolla bağlı paylaşım edən bir neçə səhifədə maraqlı kampaniya aparılır. “Azərbaycan Futbolu” seçilənlərdəndi. Bu səhifə social şəbəkə istifadəçilərini “#Elxanİstefa” haştaqına qoşulmağa çağırıb: “Azərbaycan futbolunun bərbad gündə olmasının əsl səbəbkarı Elxan Məmmədovdur. Bu adam AFFA baş katibi vəzifəsinə təyin olunandan sonra ölkə futbolu hər ötən il daha da bərbad duruma düşməyə başlamışdır. Onun vəzifədə olduğu 12 il ərzində futbolumuzda hansı irəliləyişin olduğunu kimsə israrla deyə bilməz! Bu adam sırf uşaq futbolunun, böyük futbolunun, azad klubların düşmənidir. O vəzifəyə təyin olunanda əsas çempionatda 14, Divizionda isə 18 komanda iştirak edirdi. Komadaların çoxu da bölgələri təmsil edirdi. İndi isə əsas çempionatı döndərib "Paytaxt Birinciliyi"nə! 8 komanda iştirak edən çempionatdan hansı uğur, hansı nailiyət gözləmək olar?! Bu adam "Neftçi"nin, "Qarabağ"ın, "Qəbələ"nin Avropada qazandıqları uğurlarını AFFA-nın uğuru kimi neçə illərdir sırıyır yuxarılara. Bu adam AFFA-ya gəlməmişdi, millidə 1 və ya 2 legioner çıxış edirdi. Özü də layiqincə çıxış edirdi. İndi isə vəziyət nə yerdədir? Əsas milli komandanın yarıdan çoxu milliləşdirilmiş futbolçulardır. Kimə, nəyə lazımdır bunlar? Cavab verə bilərsiniz, Elxan müəllimi müdafiə edənlər?”
 
Səhifədəki son günlərdə diqqət çəkən digər paylaşım da baş katiblə bağlıdı: “Əziz dostlar, baş katib Elxan Məmmədov millinin Xorvatiya məğlubiyyəti və Litva ilə heç-heçəsinə görə hər oyunçuya 5.000 AZN mükafat verib! Mən gecə-gündüz işləyib vergi ödəmirəm ki, gedib uduzub gələlər, boş-boş, ayağı top tutmayan, həyatdakı məqsədi qəlyan çəkməklə, bahalı maşın sürmək olan mənasız, futboldankənar "futbolçularımız" 5.000 mükafat ala? Sadəcə, 1 nəfərin aldığı 5.000 manat orta məktəb müəlliminin 2 illik maaşı deməkdir! Talana son deyirik! Paylaşmağı, gəldiyi ildən bəri futbolu məhv edən Elxan Məmmədovu istefaya səsləməyi unutmayın!”
 
“Offside” səhifəsi də eyni ruha köklənib. Şəbəkə istifadəçiləri Litva ilə son yoxlama oyunundakı bir statistikanı xüsusilə diqqətə çatdırıb: “Azərbaycan və Litva arasında keçirilən yoldaşlıq görüşündə 90 dəqiqə ərzində meydana 9 milliləşdirilmiş futbolçu çıxıb. “Offside” səhifəsində bu barədə paylaşılan posta “milliləşdirilmə” termini ilə müxtəlif fikirlər yarandığı səbəbindən dünyaca məşhur “Oxford” lüğətinə müraciət etdik. Həmin lüğətdə “milliləşdirilmə” termininə belə bir tərif verilir: “Milliləşdirilmə - xarici ölkə vətəndaşının başqa ölkənin vətəndaşlığını qəbul etməsi”.
Bu izaha uyğun olaraq, həmin görüşdə meydana çıxan 9 nəfərin (Azərbaycan vətəndaşlığını almazdan əvvəl digər ölkə vətəndaşlıqları göstərilməklə) siyahısını təqdim edirik:
1.  Bədavi Hüseynov (Rusiya)
2. Rüfət Dadaşov (Almaniya)
3. Ramil Şeydayev (Rusiya)
4. Anton Krivotsyuk (Ukrayna)
5. Dmitri Nazarov (Almaniya)
6. Əli Babayev (İsrail)
7. Eddi İsrafilov (İspaniya)
8. Riçard Almeyda (Braziliya)
9. Emin Mahmudov (Rusiya)
Hər il milyonlarla pulu milliləşdirilmə üçün xərcləməkdənsə, regionların öldürülən futbolunu diriltmək daha yaxşı olmazmı?”
 
 
 
 
Təpkisini müxtəlif fotolarla, şəkilüstü sözlərlə, daha original bildirən “9-luq” səhifəsinin paylaşımları da diqqət çəkir.
 
 
 

 
tarix: 28-03-2019 09:00


 
Xəbər lenti
23.05.2019
22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az