(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
İnkişaf turnirinə uyğun gəlməyən “inkişaf”

İnkişaf turnirinə uyğun gəlməyən “inkişaf”

Başımız əsas millilərə qarışdı, aşağı yaş qruplarını unutduq. Halbuki bizim üçün onlar daha önəmli olmalıdı. Çünki bu komandalar sabahımız gələcəyimizdi.
 
Amma sabahımız, gələcəyimiz də yoxdu. Hətta evdə, zəif rəqiblərlə yoxlama oyunlarında qalib gələ bilməyən nəsil yetişdirmişik. Mart ayındakı matçların statistikası belə deməyə əsas verir. 12 ildi Azərbaycan futbolunu caynağına keçirən Elxan Məmmədov və dəstəsi bu dövr ərzində o qədər bərbad və səriştəsiz işləyib ki, milli komandalarda rəqabət yaradacaq futbolçu yoxdu.
 
Hə, AFFA 155 minlik futbol ailəsinə sahib olduğumuzu bəyan edib, amma bu, yalançı statistikadı, hansı millinin məşqçini dindirsən, kadr çatışmazlığından danışır, heç kimin yetişdirilməməsindən şikayətlənir. Bəs, 12 il ərzində baş katib ölkə fubolunu necə idarə edib, dövlət qayğısı sayəsində ayrılan 100 milyonlar hara gedib, kimin cibinə ötürülüb? Hələlik biz soruşur, cavab ala bilmirik, yayda, uzağı 2020-ci ildə dövlət rəhbərliyi soruşacaq, onda nə deyiləcəyi hamı üçün maraqlıdı.
 
Məmmədov hamını susdurub – kimisini hansısa əlaqələri haqda rəy yaradıb qorxutmaqla, kimisini vəzifəylə, maaşla, pulla, kimisini vədlə. Futbol veteranlarını savadsızlıqları ilə tora salıb, əyilməyənləri monopoliyasına aldığı bu sahədən uzaq tutmaqla, onların çörəyi ilə oynamaqla imtahan edir. “Burda mənəm, Bağdadda kor Xəlifə” deyir və hamının gözünə kül üfürür. Azərbaycan futbolunun ən son tarixini yazan insanları da belə yalanları qarşısından silib və təkbaşına ağalıq edir. Hətta rəhbərlərini də müxtəlif vasitələrlə asılı salıb. Lakin...
 
...Lakin bu qədər böyümək, yekəlmək də hədəfə asan gəlməsini şərtləndirib. Uğursuzluqlar, nəticəsizliklər sıralandıqca məsuliyyət də onun üzərinə düşür və bu gün milli komandaların fiasko yaşamasına görə birbaşa Məmmədov cavabdehdi. İcraiyyə Komitəsini oyuncağa çevirən, istənilən planını onların vasitəsi ilə qəbul etdirən baş katib hətta Nikola Yurçeviç kimi sıradan birini 1 milyon avroya milli komandaya gətirə bildi, bunu başqalarının təyinatı kimi qələmə vermək üçün “Ulduzlar oyunu” təşkil etdi, orada fon yaratmaq naminə fənd/xahişlə başa gələn görüntü yaratdı.
 
Gəl ki, bütün şouları pozan bir amil var. Nə edirsən et, futbolda nəticə olmalıdı. Premyer Liqada komanda sayının ən minimal səviyyəyə endirilməsini başa düşmək, əksər klubları bir əldə cəmləməyi də həzm etmək olar, lakin milli komandayla, uşaq futboluyla risk etmək olmaz. Və baş katib bu gün zibilin içindədi. Yeni nəsil yetişmir, milliləşdirilənlər hamısı qazanc mənbəyi olduğundan əsas komandaya yararsızdı və milli komandaların nəticəsi yoxdu. Və bütün bunların bir günahkarı var – Elxan Məmmədov.
 
Əgər ölkədə 2 müstəqil klub – “Qarabağ” və “Qəbələ” – avrokuboklarda arzulanan zirvələrə yaxınlaşırsa, Məmmədovun adamlarının idarə etdiyi klublar isə bunu hətta xəyal edə bilmirsə, deməli, problem sistemdədi. Çürük strategiya, çürük sistem daha yaxşı, ağıllı idarə olunan klubların yanında pis qoxu verir, bataqlığa düşür. Və baş katibin yarıtmaz fəaliyyəti aşkara çıxır.
 
Məmmədov iş adamlarını futboldan qovdurdu, PFL-i məhv etdi, indi külli-ixtiyar sahibidi. Amma milli komanda yenə də ən ac dönəmlərdəki yığmadan yaxşı nəticə əldə edə bilmir. Deməli, dövlətin milyonları havaya sovrulub, bünövrə düzgün qurulmayıb inkişaf strategiyası yanlış seçilib. Alternativ qüvvələr, futbola can yandıran mütəxəssislər pərən-pərən salınıb və Məmmədov bu gün ortada tək qalıb. Bu, bir tərəfdən onu tək qalib kimi göstərirsə, digər yandan əsas hədəfə çevirir.
 
Yeni U-19 yığması olacaq futbolçular son bir həftədə 2 oyun keçirib. Və futbolumuzun gələcəyi sayılan uşaqlar Bakıdakı 2 oyunun heç birində qalib gələ bilməyib. Birləşmiş Ərəb Əmirlikləri ilə futbol bir-birinə nə qədər uzaqdırsa, Azərbaycan millisi ilə “inkişaf” sözləri də bir-birinə o qədər yaddı. Və bu Asiya ölkəsi təmsilçisi ilə ilk oyun heç-heçə (1:1), digəri məğlubiyyətimizlə (0:1) bitib.
 
Artıq 19 yaş həddini keçən, amma elit-raundda oynadığı üçün bir komanda olaraq saxlanılan U-19 isə son həftədə Krasnodarda fiasko yaşadı. İlk turda meydan sahibi ruslarla heç-heçənin (0:0) təsadüf olduğunu sonrakı oyunlar göstərdi. İrlandiyaya 1:2, Rumıniyaya 0:4 hesablı məğlubiyyətlərlə qrup sonuncusu olan yığmamız ilk matçdan sonra müsahibə verən, özünü reklam edənləri də utandırdı.
 
Ən az diqqət çəkən, əslində isə daha çox önəm verməli olduğumuz yarış Şimali Makedoniyada reallaşdı. UEFA İnkişaf turnirində iştirak edən 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bütün görüşlərdə məğlub oldu. Lütfən yarışın adı ilə nəticələri bir yerdə fikirləşin və inkişafın hansı mərhələsində olduğumuzu təxmin edin.
 
Meydan sahiblərinə 1:2 hesablı məğlubiyyət hardasa başadüşüləndi, amma həm həmişə əlimizə baxdığını dediyimiz qonşu Gürcüstana (0:2), həm də futbolun ən son məşğuliyyət bilindiyi Səudiyyə Ərəbistanına (1:2) məğlubiyyət sabahımızın necə məhv edildiyinin xəbərçisidi.
 
Və bütün bunlardan sonra Elxan Məmmədov son bir ildə ancaq məğlubiyyətləri sıralamış Litva ilə ev matçındakı heç-heçəyə görə AFFA-nı 150 min manatdan çox ziyana salır, futbolçulara mükafat ayırtdırır. Elə bu fakt göstərir ki, baş katibi idman nəticələri yox, ortada fırlanan pullar maraqlandırır. Çünki o mükafatdan onun özünə də, AFFA-ya, yığmalara yerləşdirilmiş qohim-əqrəbalarına pay çatır. Bazar olsun!..
 
FƏRİD

 
tarix: 28-03-2019 10:01


 
Xəbər lenti
24.07.2019

00:48   Avropa Liqası: “Astana” yenə qələbəyə həsrət qaldı

00:20   Çempionlar Liqası: PSV-dən çətin qələbə

23.07.2019

23:31  “Futbolçulardan istədiklərimi tam ala bilmədim” - Samir Abbasov

23:02  Vinni Pert: “Qarabağ”la oyunda səbirli olmalıyıq”

22:44  “Qəbələ” “Dinamo” ilə oyuna doğma meydanda hazırlaşır

22:04  Qurban Qurbanov: “İndi bu haqda fikirləşməyə vaxtımız yoxdu”

21:20  AFFA “Səbail”i dağıtmağı qərara aldı: bütün futbolçulara getməyə icazə verildi

20:55  “Qəbələ” - “Dinamo” matçı 1 manata

20:40  Ağdama 10 il öncə yaxınlaşdığımız 26 illik uzaqlıq

20:26  Zidan: “Beylə hörmətsizlik etməmişəm”

20:12  Hacıyev “Səbail”lə bağlı bütün məqamları aydınlatdı: “Essyeni fasilədə əvəz etməli idim”

19:49  “Zirə”dən Rumıniya klubu ilə heç-heçə

19:00  “Milan”dan “Monako”ya 25 milyon avroluq keçid

18:30  “Atletiko”dan ayrılan futbolçu rəsmən “Flamenqo”da

18:00  “Qəbələ” önündə şansımız yüksəkdi”

17:43  “Neftçi”dən “Zirə”yə 8 qol

17:31  “Səbail”də toplanış dərdi: “Maliyyə ilə bağlı problemlərimiz var”

17:21  “Neftçi”nin hər iki oyunu canlı yayımda

17:10  Rzayev susduruldu, Vahabzadəylə Alxasov yenə cütləşdi

17:00  “Borussiya”nın yetirməsi Super Liqa klubunda

16:42  İbrahimoviçi cəza gözləyir - Rəqibinin sümüyünü sındırıb

16:20  “Dandalk” - “Qarabağ” matçı canlı yayımda

16:00  “Dandalk”ın baş məşqçisi: “Qarabağ” “Riqa” deyil”

15:41  “Kəpəz”ə yeni baş məşqçi təyin olundu - RƏSMİ

15:22  “Qarabağ”ın cavab oyunu norveçlilərə tapşırıldı

15:00  Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda

14:41  Millimiz Macarıstana qalib gəldi

14:20  Berdıyev Şeydayevin baş məşqçisi ola bilər

14:00  “Barselona”nın sabiq üzvü Braziliya klubunda

13:40  Fransa millisinin üzvü La Liqa klubunda

13:20  Əvvəlcə “Dinamo”nun baş məşqçisi, sonra Qurbanov

13:00  “Arsenal” “Neftçi” üçün 22 futbolçu sifariş etdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az