(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Məmmədovla Rəfiyevin YIĞMAsı

Məmmədovla Rəfiyevin YIĞMAsı

AFFA Avro-2020-nin seçmə mərhələsinin Xorvatiya ilə rəsmi matçına və Litva ilə yoxlama görüşünə görə hər oyunçuya 5000 min manat pul mükafatı verib (2 min Xorvatiya, 3 min isə Litva ilə oyun üçün). Biri məğlubiyyətlə bitən 2 qələbəsiz oyun və havaya sovrulan vəsait...
 
Düzdü, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentin rəhbəri Firuz Abdulla mükafatın məbləğini gizli saxlamaq şərti ilə Xorvatiyayla oyuna görə mükafat verilmədiyini deyir. Ancaq o, təsdiqləyir ki, Litva ilə Bakıdakı matça görə futbolçulara müəyyən məbləğ ayrılıb: "Mükafatın məbləği ilə bağlı isə heç nə deyə bilmərəm. Bunu futbolçuların özləri ilə dəqiqləşdirin. Amma onu da nəzərə alın ki, AFFA milli komandanın futbolçularına maaş vermir. Yalnız nəticə olanda onlar mükafatlandırılırlar".
 
Doğrudu, amma Litva ilə ev oyunundakı 0:0 NƏTİCƏdisə, AFFA-da oturanların real hədəfi, inkişaf strategiyası, baxışı da bəllidi. Bu insanlar qələbə, uğur haqda düşünə bilməz. Bir də biabırçılığı sığortalamaq üçün işlədilən o ifadə nədi? Necə yəni “futbolçular maaş almır, yalnız nəticə olanda mükafatlandırılır”?
 
Milli komandada oynamaq öncə şərəfdi. Hə, siz onu israilli Əli Babayevdən, anqolalı Eddi İsrafilovdan, ukraynalı Anton Krivotsyukdan, qazaxıstanlı Dmitri Nazarovdan, braziliyalı Riçard Almeydadan, dağıstanlılardan və s. tələb edə bilməzsiz. Çünki onlar bu formanı milli qürur üçün yox, pul qazanmaq naminə geyirlər. Azərbaycan bayrağı üçün canını elə azərbaycanlı balaları verə bilər, onları isə 12 ildi AFFA-nın baş katibi Elxan Məmmədov məhv edir, inkişafları üçün şərait yaratmır, əksinə, bu illər ərzində 100-dən çox əcnəbi gətirib, milliləşdirməklə onların inamını, ümidini qırıb. Və milli ruh üçün canını verməyə hazır olan həmin uşaqlar diqqətsizlikdən futbolu atıb, indi fəhləliklə məşğuldular, ya da başqa həyat tərzu seçiblər.
 
Millidə oynamaq eyni zamanda futbolçuların karyera baxımından arzusudu. Yığmada oynayanlar karyeralarında üstünlük qazanır, klub seçimində diqtəedən tərəfə çevrilir, hörmət sahibi olurlar. Bütün futbolçular həm də bu səbəbdən “millidə oynamaq arzumdu” deyir.
 
Bütün bunları nəzərə alsaq, mükafat verilməsini futbolçuların maaş almaması ilə izahlamaq absurddu. Onsuz da onlara millinin düşərgəsində olduqları üçün gündəlik vəsait (sutoçnı) ayrılır. Buyurub, mükafatı haqq etsinlər - Xorvatiyadan xal almaqla, Litvanı udmaqla.
 
Təbii ki, AFFA-nın, SOCAR-ın, dolayısı ilə dövlətin büdcəsini talamaq üçün bu variantı düşünənlərin məramı var. İndiki komanda Azərbaycan MİLLİsi deyil, Elxan Məmmədovla Riad Rəfiyevin YIĞMAsıdı. Baş katib himayədardı, “Sumqayıt”ın prezidenti də baş məşqçinin, eləcə də əksər futbolçuların qeyri-rəsmi meneceri. Mükafata şərik olacaqları oyunçuları komandaya çağırtdırıb oynadırlar, uduzanda da, heç-heçə edəndə də maliyyə ayırırlar və bölüb-yeyirlər. Qalan məsələlər artıq bu insanların maraq dairəsinə daxil deyil, milli, bayraq, vətən sevgisi sıravi azarkeş üçündü. Onların marağını isə düşünən yoxdu.
 
5 min manat bəlkə də AFFA üçün heç nədi. Amma o pulu ilboyu arzulayan milyonlarla ölkə vətəndaşı var. O pulun yarısı üçün 365 gün daş daşıyan, torpaq belləyən neçə yüz min nəfər tapmaq olar. Və onların içində Məmmədovun yarıtmaz futbol siyasəti, milliləşdirmə oyunları üzündən karyerası məhv edilən neçə-neçə sabiq futbolçu da tapmaq olar.
 
AĞA

 
tarix: 28-03-2019 11:17


 
Xəbər lenti
16.10.2019

01:28   Cənubi Koreya yığması 29 il sonra Şimali Koreyada oyuna çıxdı

00:53   İspaniya AÇ-2020-də!

00:25   Millimiz İsveçrəyə belə uduzdu - VİDEO

00:14   Azərbaycan - İsveçrə oyununda yanğın

00:09   “Neftçi” məşqləri bərpa etdi

00:01   Mircavadovun Dadaşlinski imtahanı - VİDEO

15.10.2019

23:53  Federasiya prezidenti istefa verdi

22:48  Obradoviç: “Düzələsi çox şey var”

22:23  “Daha çox qol vura bilərdik, amma heç-heçə də ədalətli olardı”

21:51  Millimiz İsveçrəyə Sumqayıtda uduzdu

20:37  Çempionlar Liqasının finalı İstanbuldan alına bilər

19:49  İbrahimoviç “ən yaxşı” adına namizədlər arasında

19:20  UEFA Türkiyəyə qarşı intizam işi açdı

19:00  Millimiz San Marinoya qalib gəldi

18:41  Tovuzda və Gəncədə danışılmış oyunlarla bağlı seminar keçirildi

18:24  Narkotik alverçisi olan sabiq futbolçu ABŞ-a təhvil verilir

18:00  Milli karyerasını başa vurdu

17:42  35 ildən sonra…

17:20  Elita hakimləri Divizion oyunlarına təyinat aldı

17:00  Premyer Liqada 8-ci turun hakim təyinatları

16:41  “Hansısa komanda uduzan kimi 2-3 pillə aşağı düşür” - Alxasov

16:27  Riçard Qadze: “Yenidən evimə qayıtdım”

16:08  İvan Rakitiç: “Azərbaycanla heç-heçədən sonra...”

15:44  Fransızların tələbi: UEFA Türkiyəyə sanksiya tətbiq etsin

15:26  Millimizin lideri - Ramil Şeydayev!

15:01  UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödədi

14:42  Premyer Liqanın 8-ci turu rəqəmlərin gözü ilə

14:21  AFFA hakimi söyən futbolçuları cəzalandırdı

14:00  Şenol Güneş: “Bunu Makrondan, Trampdan soruşun”

13:42  Millinin Macarıstanla oyunu “Bol idman”da müzakirə edildi - VİDEO

13:30  Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə

13:17  Ronaldo 700-cü qoluna imza atdı: “Rekordlar özü məni tapır”

12:43  “Azərbaycan insanların düşündüyündən güclüdü”

12:21  Millimiz San Marino ilə üz-üzə

12:07  AÇ-2020-nin oyununda “meymun səsləri”

11:48  Türkiyə millisi Fransadan səfərdə də xal aldı - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az