(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Hacı-Məhərrəmovu qorumaq naminə...

Hacı-Məhərrəmovu qorumaq naminə...

Elxan Məmmədovun idarəetmə üsulu belədir. Kim ki, ona qul olmaq istəmir və ya bir müddətdən sonra doğrunu yanlışdan ayırmağı bacarıb haqq yoluna dönür, aqibəti eyni olur. İslam Abbasov kimi…
 
Mikayıl Nərimanoğlu nümunəsi var. “Kəpəz”də fırıldağının üstü açılana kimi kral idi, baş katib hamıdan çox ona inanırdı, şərikləşib dolanırdılar. Elə ki, Nərimanoğlu ilişdi, maliyyə yeyintisinə görə ifşa olundu, dərhal qovuldu. Məmmədov onu satmadığı üçün bu adamı heç nə olmamış kimi aradan çıxardı, bugünədək də haqqında bir kəlmə kəsməyib, Gəncə klubundakı audit yoxlamasının nəticələri ictimaiyyətə açıqlanmayıb.
 
Elxan Əsədovdan Elnur Məmmədova kimi çox adamın adını çəkə bilərik. Baş katibin sayəsində karyeralarında müəyyən səviyyəyə çatıblar, amma onun qanunsuz, çirkli göstərişinə boyun əyməyincə vurulublar. Belələri çox olub, indi fatihəsi oxunanlar da var, bundan sonra da olacaq.
 
İslam Abbasov dünənə kimi Məmmədovun ən sevimli kadrlarından idi. İş o yerə çatmışdı ki, millinin inzibatçısı ola-ola gah “Neftçi”yə vəzifəyə göndərilirdi, gah “Kəpəz”in Müşahidə Şurasına sədr. Və bir andaca onun da kitabı bağlandı. Hansısa göstərişə əməl etmədi və vuruldu. İndi isə əvvəl vurulan kadrlar kimi, onun haqda da rəvayətlər uydurulur, ləkələnməsinə çalışılır.
 
Abbasovu bizə tanıtmayın, necə biri olduğunu, nə hoqqalardan çıxdığını, hansı fəaliyyətlə məşğul olduğunu eşitmişik. Lakin onun haqda başqa informasiyalar məhz bu gün sızdırılırsa, deməli, məqsədlidi. Ya həqiqətən “zibil”I var, ya da iz azdırılır.
 
Günahı varsa, yeyinti edibsə, onu işdən çıxarmaq azdı, haqqında ölçü götürülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etmək gərəkdi. Ən azından mətbuata onun əməllərini ifşa edəcək konkret faktlar çıxarılmalıdı, ortaya sübut qoyulmalıdı. Bu edilmirsə, deməli, hər şey Zaur Hacı-Məhərrəmovun günahlarını unutdurmaq üçündü.
 
Millinin yeni inzibatçısı son oyunlarda 2 kobud səhv edib. Öncə millinin formalarında loqonu unudub, UEFA tələblərini ayaqlayıb, daha sonra Emin Mahmudovun soyadını formasında təhrif edib. Və bu biabırçılıqlarda Məmmədovun əlaltısı əsas günahkardı.  Onu hədəfdən yayındırmaq üçün sələfi ortaya atılıb.
 
Məmmədov zaman-zaman hətta AFFA prezidentinə qarşı da oxşar addımlar atıb. Özünü kölgəyə çəkib, rəhbərini hədəfə gətirib, tənqid olunmasına şərait yaradıb. Və bu aqibətdən onunla birgə işləyən heç kim sığortalanmayıb. Zamanı gəlincə indi qalxan kimi istifadə etdiyi Vaqif Sadıqov, Rauf Əliyev, İsgəndər Cavadov və başqaları da öz nəsibini alacaq. Məmmədov dürüst, səmimi biri deyil, özünü qorumaq üçün hamını, hətta dostlarını, rəhbərlərini, himayədarlarını da ayaq altına ata bilər.
 
CAVAD
 

 
tarix: 28-03-2019 12:17


 
Xəbər lenti
22.05.2019
21.05.2019

21:29  Fariz Nəcəfov: “Bu qələbə bir ay ərzində görülmüş işin nəticəsi deyil”

20:51  AFFA-dan Mxitaryan açıqlaması: “Bu, finalın möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək”

19:07  Yurçeviç: “Dəyişikliyə ehtiyac görmürəm”

18:44  “Neftçi”nin futbolçusu Qvineya millisinə dəvət aldı

18:26  Fransa klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

17:44  Premyer Liqada mövsümün qolu - VİDEO

17:14  Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

16:54  Bakı finalı öncəsi yeni müqavilə

16:37  La Liqa klubunda yeni baş məşqçi

16:15  “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt müəyyənləşəcək?

15:53  Bakı finalına doğru: “Arsenal” üçün fantastik mükafat

15:34  Finala görə “Tarqovı”ya giriş məhdudlaşdırılır

15:11  “Arsenal” rəsmən açıqladı: Mxitaryan Bakıya gəlmir!

14:52  “Keşlə” - “Neftçi” matçında 7 qol

14:35  Bakı finalına doğru: Bilet satışında 4-cü mərhələ

14:16  Almaniya millisinin üzvü “Borussiya”da

13:55  Dadaşovun komanda yoldaşı Bundesliqa klubunda

13:33  Bombardir milli karyerasını başa vurdu

13:12  Final “Sumqayıt”a 1600, “Qəbələ”yə 800 manata başa gəldi

12:53  “Trabzonspor”lu futbolçu seçim qarşısında: Azərbaycan, yoxsa Türkiyə?

12:44  La Liqanı tərk edən klub baş məşqçisini qovdu

12:31  “Keşlə” daha bir futbolçuyla anlaşdı - RƏSMİ

12:22  Unudulmuş “Bakı” mövsümə bombardirləri ilə damğa vurdu

12:14  Bakı finalına doğru: Mavi rəngli qanı olan Jiru

12:05  Yurçeviç media önünə çıxır

11:55  “Qəbələ”dən Makedoniyaya

11:48  Azərbaycan millisinə 23 futbolçu çağırıldı

11:42  "Çelsi"də Sarrini Lempard əvəz edir

11:35  "Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

11:29  “Mançester Siti”də mövsümün ən yaxşısı açıqlandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az