(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Şeydayev “Arsenal”ı arzulayır: “Azərbaycan atalarımın torpağıdı”

Şeydayev “Arsenal”ı arzulayır: “Azərbaycan atalarımın torpağıdı”

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev "Sovetski sport" nəşrinə geniş müsahibə verib. Həmyerlimiz həm klub, həm də milli karyerası barədə hədəflərindən danışıb.
 
- Dünya çempionatının vitse-çempionuna qarşı oynamaq necə hissdi?
- Onlara qarşı pis oynamadıq. Bir epizodda əks-hücumdan xorvatları cəzalandırdıq. Təəssüf ki, yaxın olmağımıza baxmayaraq, heç-heçə edə bilmədik. İstənilən halda Zaqrebdəki oyuna müsbət yanaşmaq olar. Matçın əvvəlində həyəcan var idi. Axı rəqib ulduz futbolçulardan qurulmuş komandadı. Hər şeyini meydanda qoymaq məcburiyyətindəsən. Litva ilə yoxlama görüşünə isə yorğun çıxdıq. Bir neçə qol şansını qaçırdıq və qolsuz bərabərə qaldıq.
 
- Daha əvvəl Luka Modriçi çox bəyəndiyinizi demişdiniz. Kumirə qarşı oynamaq sizin üçün nə deməkdi?
- Əlbəttə, onunla eyni meydana ayaq basmaq gözəldi. Təsadüfi deyil ki, Modriç keçən il "Qızıl top" qazanıb. Ustalığını oyunda göstərə bilir. Belə bir rəqiblə qarşılaşdığınız zaman idmançı kimi özünüzü inkişaf etdirirsiniz. Bu, əvəzsiz təcrübədi. Yeri gəlmişkən, mən "Real" azarkeşiyəm. Təkcə Modriçə görə deyil. Luka İngiltərədə "Tottenhem"in formasını geyinsə də, orda "Arsenal"a simpatiya bəsləyirəm.
 
- Xorvatiya sizə çətinliklə qalib gəldikdən sonra Macarıstana uduzdu. Sizcə, Azərbaycan yığmasının qrupdan çıxmaq şansı varmı?
- Fikrimcə, mümkünsüz heç nə yoxdu. Seçmə mərhələdə bir neçə sensasiya, maraqlı oyunlar oldu. Çətin qrupdayıq - Macarıstan Uels, Slovakiya... Ancaq biz ikinci yer uğrunda mübarizə aparacağıq.
 
- Azərbaycan yığmasını xorvatiyalı Nikola Yurçeviç çalışdırır. Oyunçular klublarına getməmişdən əvvəl o, sizə nə dedi?
- Yaxşı oyuna görə təşəkkür etdi. Həmçinin iyun ayında Macarıstan və Slovakiya ilə ev oyunlarımızın olduğunu xatırlatdı. Bu matçlar həlledici ola bilər. Bu görüşlərdə maksimum xal toplamaq lazımdı.
 
- Rusiya Premyer Liqasında Azərbaycan yığmasının yeganə təmsilçisisiniz. Komandanızın daha hansı üzvləri bizim çempionatda çıxış edə bilər?
- Çox ad çəkə bilərəm, ancaq konkretləşdirmək istəmirəm. Bunlar subyektiv fikirlərdi. Bir komanda uyğun gələ bilər, digəri yox. Bütün bunlar məşqçinin baxışından asılıdı. Azərbaycanlı futbolçuların ustalıq səviyyəsi kifayət qədər yaxşıdı.
 
- Karyeranıza "Zenit"də başladınız, ardından "Trabzonspor", "Jilina" və "Qarabağ"da davam etdirdiniz. Bu proseslər necə baş verdi?
- "Zenit"də baş məşqçi mənim potensialımı görməmişdi. Ümumiyyətlə, Sankt-Peterburq klubu öz yetirmələrinə az şans verir. Ancaq gələcəkdə ora dönə bilərəm. Həmin vaxt "Trabzonspor"dan cazibədar təklif gəldi, razılaşdım. Ancaq orda da qısa müddət sonra aydın oldu ki, baş məşqçi mənə ehtiyac duymayacaq. "Jilina" təcrübəsi faydalı oldu. Başqa iki variant da var idi, ancaq Slovakiyanı seçdim. Həmin çempionatı avropalı skautlar izləyir. Azərbaycanda isə "Qarabağ"la ölkə çempionu oldum. Ancaq mənim üçün oynamaq titul qazanmaqdan daha vacibdi. Slovakiya və Azərbaycanda qazandığım qızıl medalı Rusiyadakından üstün tuturam.
 
- "Zenit"də olarkən Rusiyanın U-17 yığması ilə Avropa çempionu, U-19 komandası ilə də ikincisi oldunuz. Niyə Azərbaycan millisini seçdiniz?
- Çətin qərar idi. Bəli, bütün həyatımı Rusiyada keçirmişəm. Ancaq orda qalıcı olacağıma və müntəzəm olaraq beynəlxalq təcrübə qazanacağıma zəmanət yox idi. Mən isə ən nüfuzlu yarışlarda iştirak etmək istəyirdim. Azərbaycan yığmasından da dəvət gəldi, azarkeşlər bunu çox isti qarşıladılar. Bu üzdən hər şeyi müzakirə etdikdən sonra razılaşdım. Bu qərarıma görə peşman deyiləm. Son üç ildə Almaniya, Çexiya, Xorvatiya kimi güclü komandalara qarşı oynamaq imkanım oldu. Mənim istəyim də bu idi.
 
- Ancaq əvvəlcə bir ölkənin, sonra isə digər ölkənin himnini səsləndirdiniz...
- Uşaq vaxtı özümü rus hesab edirdim və əsas komandada oynayacağıma ümid edirdim. Ancaq indi milli komanda səviyyəsində özümü Azərbaycanla birləşdirmişəm. Bura mənim tarixi vətənimdi, atamın, atalarımın torpağıdı.
 
- Vətəndaşlığı dəyişdiyiniz üçün sizi Rusiyada qınayan olmadı?
- Xeyr, heç kim bu barədə nəsə deməyib. Sadəcə, məşqçilər qərarı təxirə salmağımı istəyirdilər. Ancaq sonra mövqeyimi öyrəndilər. Hamısı ilə də münasibətim yaxşıdı.
 
- "Krılya Sovetov"da birgə oynadığınız Aleksandr Səmədov Rusiya yığmasını seçdiyi üçün azərbaycanlı azarkeşlərin tənqidi ilə üzləşmişdi. Onunla bu barədə söhbətiniz olubmu?
- Bəli. Ona qulaq asmaq mənə maraqlı gəldi. Çünki o da mənimlə eyni vəziyyətə düşüb. Saşa bildirdi ki, insan istənilən vəziyyətdə müstəqil qərar verməlidi. Hər kəsin öz yolu var. Azərbaycanlı azarkeşlər onun dünya çempionatındakı uğurlu çıxışına sevindilər.
 
- "Arsenal"a azarkeşlik etdiyinizi dediniz. Oyununuzu onların stilinə uyğun bilirsiniz?
- Bəli, onların oyun üslubunu çox bəyənirəm. İlk kompyuterim olanda yalnız "Arsenal"ı seçib oynayırdım.

 
tarix: 28-03-2019 10:29


 
Xəbər lenti
16.07.2019

20:00   Franko Lerda: “Bura turist kimi gəlməmişik”

19:44   “Qarabağ”ın yeni transferinin kimliyi bəlli oldu

19:00   Qurbanov: “Təcrübəmizin olması bizim üçün üstünlükdü, amma...”

18:34   “Qarabağ”ın gücünə bələdik”

18:03   “Partizani”nin müdafiəçisi: “Biz “Kukesi”nin aqibətini yaşamayacağıq”

17:49   “Neftçi”nin potensial rəqibi yeni transferini “qocaltdı” FOTO

17:20   “Zirə”də haitili hücumçu - RƏSMİ

17:07   “Qarabağ” yeni transferini göstərdi - VİDEO

16:35   “Sumqayıt” “Akhisar Bələdiyyəspor”la qarşılaşacaq

16:21   Türkiyə klubundan kuryoz transfer

16:14   “Qarabağ”dan azarkeşlərə jest

15:56   “Səbail” Rumıniyaya getdi

15:28   “Lids”in futbolçusu Super Liqa klubunda

14:59   “Partizani” Bakıda - FOTO

14:11   “Qarabağ” Gerye ilə bağlı qərarını verdi – RƏSMİ

14:04   “Monako”da 5 illik müqavilə

13:40   “Qəbələ”dən Qurbanovla bağlı rəsmi açıqlama

13:21   Zeedorf istefa verdi

13:05   “Mançester Siti”ni “Everton”a dəyişdi

12:44   “Partizani” penaltilər seriyasına hazırlaşır

12:20   Premyer Liqadan La Liqa klubuna

12:14   Pərdis yenidən “Keşlə”də: tibbi müayinədən keçdi

11:52   Nazim Süleymanov millət vəkilləri ilə görüşdü

11:33   Əvvəlcə Bordin, sonra Efros

11:18   Faysal Rerras: “Çox möhtəşəm kluba gəlmişəm”

11:00   “Liverpul” müqavilə bağladı və icarəyə göndərdi

10:41   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

10:24   Zidanın oğlu Portuqaliya klubunda

10:05   Yurçeviçin hesabatı: legionerlərdən narazıdı

09:45   Karikari yenə Azərbaycana gəlir

09:30   “Çelsi”də 4 illik müqavilə

09:19   “Neftçi” Saşanı istəyir

09:07   “Sumqayıt”da İsayev düyünü: Rəfiyev klubu yox, öz qazancını düşünür

09:00   Yaponiya millisinin üzvü rəsmən “Barselona”da

01:09   “Qəbələ” Boluda doluya düşdü

00:35   “Qəbələ”nin daha bir futbolçusu Çexiya klubunda

00:16   Davit Volkov: “Dinamo” ilə şanslarımız bərabərdi”

15.07.2019

23:21  “Neftçi” Kvame Karikari ilə müqaviləyə xitam verdi

22:08  “Neftçi”də istirahətə son, hazırlığa davam

20:22  ABŞ millisinin üzvü rəsmən “Beşiktaş”da

19:33  “Qarabağ”ı keçmək üçün hər şeyi edəcəyik”

19:00  “Qarabağ” - “Partizani”: Mətbuat konfransları və son məşqlər

18:35  “Yuventus” yeni transferini təqdim etdi

17:44  “Sevilya”dan növbəti transfer - RƏSMİ

17:15  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:53  Yunanıstanlı müdafiəçi “Zirə”də

16:34  “Fənərbaxça”dan ayrılan futbolçu La Liqa klubunda

16:15  Korneliu Papure: “Səbail” bizə sürpriz yaşada bilər”

15:54  Kasilyasın yeni iş yeri bəlli oldu

15:36  Azərbaycanlı hakim DÇ-nin seçmə mərhələsində

15:12  Türkiyəyə gətirildi, müqavilə bağlamaqdan son anda imtina etdi

14:50  “Neftçi” və “Səbail”in cavab oyunlarının hakimləri açıqlandı

14:36  “Neftçi” - “Speranta” matçının biletləri satışda

14:06  “Fənərbaxça”nın 4 futbolçusu rəsmən “Rizəspor”da

13:39  Emil Balayev rəmzi komandada - FOTO

13:12  “Partizani”nin cavab matçı üçün start heyəti

12:50  Orxan Hüseynzadə ÇL matçına təyinat aldı

12:35  La Liqa klubundan rekord transfer

11:51  Əsgərovun komandası darmadağınla 1/4 finalda

11:30  Emil Balayev: “Bizə çətin olacağını bilirdik”

11:15  AFFA “Turan Tovuz”la bağlı tender elan etdi

11:00  “Qarabağ” – “Partizani”: Hakim təyinatları açıqlandı

10:45  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

10:30  Paşayevli “Aleksandriya”ya 1 qol bəs etdi

10:00  “Valensiya” 50 milyonluq hücumçu aldı

09:30  “Partizani”nin baş məşqçisi: “25 milyonluq büdcəsi olan komandaya qarşı oynayırıq”

09:00  “Qəbələ”dən ayrılan daha bir futbolçu İsrailə üz tutdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az