(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Onların yanında balaca uşaqlara bənzəyirik”

“Onların yanında balaca uşaqlara bənzəyirik”

Avropa çempionatının əsas mərhələsi çərçivəsində Kiprlə keçirilmiş oyundan sonra 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Ağatahir Əzimov açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının rəsmi saytına danışan Əzimov, 1:7 hesabıyla bitən matçı belə şərh edib:

“Kipr yığması ilk mərhələdən vəsiqə qazansa da, güclü və təşkilatlanmış komandadır. Hiss olunur ki, çox çalışıblar. Boy-buxunlarına, fiziki göstəricilərinə görə də çox seçilirdilər. Meydanda nə etdiklərini bilirdilər. Bizim uşaqlar da mübarizə apardılar. Ancaq onlar güc baxımından o qədər fərqlənirdilər ki, hətta gövdələri ilə toxunmaqla bizim oyunçunu mübarizədən kənarlaşdırırdılar.

Hollandiyaya gəldikdə, Sloveniya ilə oyunlarını izlədim. Meydan sahibi komandanı udublar. Yaxşı “stolba”ları, müdafiəçiləri var. Düzdür, onlar Kipr qədər sürətli oynamırlar. Daha çox fərdi oyuna üstünlük verirlər. “Stolba”ları topla yaxşı oynayır, epizodlar yaradır. Yəni fərqli oyun üslubuna malik komandadırlar. Sürətli oynamırlar. Məncə, biz bu gün daha yaxşı oynayacağıq. Dünən oyunumuz alınmadı. Uşaqlar can yandırdılar, güclərini sərf etdilər, amma oyunumuz sanki getmədi. Topla biz daha yaxşı idik. Fərqimiz onda idi ki, biz epizodları boşa verirdik, onlar realizə edirdilər. Qolların da çoxunu öz səhvlərimizdən buraxdıq. Ya oyunçunu boş buraxırdıq sonra çata bilmirdik, ya da təkətək mübarizələri uduzurduq. Yenə deyirəm, bərabər epizodlarda çox güclüdürlər, düzgün və vaxtında boş mövqelərə açılırdılar, yorulmurdular, gücləri çoxdu.

İnandığım, güvəndiyim oyunçular özlərinə bənzəmədilər. Bilmirəm həyəcanlı idilər, ya rəqibdən qorxdular. Təsəvvür edin, zədəli olduğuna görə kənarda oturan futzalçım axsaya-axsaya gözlədiklərimdən üstün çıxış etdi.

Burda bizdən başqa 3 komanda var. Kənardan baxanda fiziki göstəricilərinə görə bizdən çox üstün görünürlər. Sanki, onların yanında balaca uşaqlara bənzəyirik”.


 
tarix: 28-03-2019 11:48


 
Xəbər lenti
16.10.2019

01:28   Cənubi Koreya yığması 29 il sonra Şimali Koreyada oyuna çıxdı

00:53   İspaniya AÇ-2020-də!

00:25   Millimiz İsveçrəyə belə uduzdu - VİDEO

00:14   Azərbaycan - İsveçrə oyununda yanğın

00:09   “Neftçi” məşqləri bərpa etdi

00:01   Mircavadovun Dadaşlinski imtahanı - VİDEO

15.10.2019

23:53  Federasiya prezidenti istefa verdi

22:48  Obradoviç: “Düzələsi çox şey var”

22:23  “Daha çox qol vura bilərdik, amma heç-heçə də ədalətli olardı”

21:51  Millimiz İsveçrəyə Sumqayıtda uduzdu

20:37  Çempionlar Liqasının finalı İstanbuldan alına bilər

19:49  İbrahimoviç “ən yaxşı” adına namizədlər arasında

19:20  UEFA Türkiyəyə qarşı intizam işi açdı

19:00  Millimiz San Marinoya qalib gəldi

18:41  Tovuzda və Gəncədə danışılmış oyunlarla bağlı seminar keçirildi

18:24  Narkotik alverçisi olan sabiq futbolçu ABŞ-a təhvil verilir

18:00  Milli karyerasını başa vurdu

17:42  35 ildən sonra…

17:20  Elita hakimləri Divizion oyunlarına təyinat aldı

17:00  Premyer Liqada 8-ci turun hakim təyinatları

16:41  “Hansısa komanda uduzan kimi 2-3 pillə aşağı düşür” - Alxasov

16:27  Riçard Qadze: “Yenidən evimə qayıtdım”

16:08  İvan Rakitiç: “Azərbaycanla heç-heçədən sonra...”

15:44  Fransızların tələbi: UEFA Türkiyəyə sanksiya tətbiq etsin

15:26  Millimizin lideri - Ramil Şeydayev!

15:01  UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödədi

14:42  Premyer Liqanın 8-ci turu rəqəmlərin gözü ilə

14:21  AFFA hakimi söyən futbolçuları cəzalandırdı

14:00  Şenol Güneş: “Bunu Makrondan, Trampdan soruşun”

13:42  Millinin Macarıstanla oyunu “Bol idman”da müzakirə edildi - VİDEO

13:30  Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə

13:17  Ronaldo 700-cü qoluna imza atdı: “Rekordlar özü məni tapır”

12:43  “Azərbaycan insanların düşündüyündən güclüdü”

12:21  Millimiz San Marino ilə üz-üzə

12:07  AÇ-2020-nin oyununda “meymun səsləri”

11:48  Türkiyə millisi Fransadan səfərdə də xal aldı - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az