(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“İnkişaf üçün hər zaman öyrənməyə ehtiyac var”

“İnkişaf üçün hər zaman öyrənməyə ehtiyac var”

“Kəpəz”in baş məşqçisi Etibar İbrahimov Almaniyaya səfəri haqda klubun mətbuat xidmətinə müsahibə verib. 

Futbolinfo.az xəbər verir ki, gənc məşqçi Frankfurt “Ayntraxt”ında keçirdiyi görüşlər, gələcək mümkün əməkdaşlıq və digər məsələlər haqda sualları cavablandırıb:

- Dünyanın ən inkişaf etmiş futbol ölkələrindən olan Almaniyaya səfər hansı istəkdən yarandı?
- Gənc məşqçilər daim inkişafda olmalıdır. Əgər inkişaf etmək istəyiriksə, Avropanın top-klublarına müraciət etməliyik. Orada baş verən müxtəlif yeniliklərlə tanış olmalı, öyrənməliyik. Çempionatda fasilə yarandığından bu müddətdən daha səmərəli şəkildə istifadə etmək qərarına gəldim. Bir neçə dəfə Almaniyada olmuşam. Mənə “Ayntraxt” klubu yaxın olduğundan Nikolay Adamın dəvəti ilə oraya yollandım. Vaxtilə ölkəmizdə çalışan Adam indi Frankfurt klubun beynəlxalq əlaqələr üzrə baş meneceridir. Səfər müddətində Bundesliqanın 26-cı turu çərçivəsində keçirilən “Ayntraxt” – “Nürnberq” matçını stadiondan izlədim. Səhəri komandanın bərpa məşqində oldum, baş məşqçi Adi Xyutterlə görüşdüm. Düzdü, çox söhbətləşə bilmədik. Çünki milli komandaların AÇ-2020-nin oyunları ilə bağlı çempionatda fasilə yarandığından təcrübəli mütəxəssis vətəni Avstriyaya yollanırdı. Əvəzində onun fitness üzrə köməkçisi ilə əhatəli danışıb fikir mübadiləsi apardım. Özümə lazım olan bilgilər öyrənə bildim.

- Deməli, xoş təəssüratlarla qayıtmısız...
- Əlbəttə! Onu deyim ki, “Ayntraxt” – “Nürnberq” oyununda stadionda çox gözəl atmosfer vardı. Ümid edirəm ki, gələcəkdə Azərbaycan Premyer Liqasında da belə ab-hava olar. Məşqçi hər şeyi bildiyini düşünürsə, bu, onun dayanmağı deməkdir. Səfər mənim üçün çox səmərəli alındı. Klubumuzun yaxşı günlərini yaşamadığını nəzərə alaraq biz bununla barışmamalı, irəli getməli, uğur qazanmalı, inkişaf etməliyik. İnkişaf üçün hər zaman öyrənməyə ehtiyac var. Belə olan halda “Kəpəz”ə, Azərbaycan futboluna daha çox xeyir verə bilərik.

- “Ayntraxt”ın akademiyası barədə nə deyə bilərsiz?
- Orada olduğum müddətdə akademiyanın fəaliyyəti ilə yaxından tanış oldum. Daha doğrusu, 2013-cü ildəki səfərimdən fərqli bəzi yenilikləri gördüm. Əgər əvvəllər kütləviliyə fikir verilirdisə, indi kursu dəyişiblər. 9 yaş qrupunda cəmi 180 futbolçu var. Ən yaxşıları, potensialı olanları klubda saxlamağı qərara alıblar. “Ayntraxt”ın klub olaraq inkişafı bu gün göz önündədir. Klub məqsədyönlü, planlı işlərin sayəsində Avropa Liqasında mübarizəni davam etdirir. Son olaraq İtaliya “İnter”ini mübarizədən kənarlaşdırdılar. Bundesliqada da komandanın işləri yaxşı gedir. Turnir cədvəlində 5-ci pillədə qərarlaşıblar və Çempionlar Liqasına vəsiqə verən yerdən onları cəmi 1 xal ayırır. Klubun muzeyinə baş çəkdim. Maraqlı idi.

- Vaxtilə Nikolay Adamla istər Azərbaycanda, istərsə də Hindistan millisində birgə çalışmısız. Yollarınız ayrılsa da, əməkdaşlığınız, münasibətiniz davam edir.
- Həm dəvət, həm də isti qarşılanmaya görə sizin vasitənizlə Nikolay Adama təşəkkür edirəm. O, səfər müddətində məni tək buraxmadı və səfərin axırıncı gününə kimi müşayiət etdi. Azərbaycanda 5 il çalışan məşqçi kimi Adam ölkəmizin futboluna yaxından bələddir. “Kəpəz” haqda məlumatı var, yüksək fikirdədir. Görüşümüz zamanı bildirdi ki, kluba sərmayə qoyulsa, tezliklə inkişaf edə bilər. Nikolay “Ayntraxt”da məsul şəxsdir, ona etibar edirlər. Sıx qrafiklə çalışır, orada olduğum müddətdə onun Hindistan, Yaponiya, ABŞ və digər ölkələrdən olan qonaqlarla görüşü vardı.

- Bəlkə də bu barədə danışmaq tezdir. Amma gələcəkdə “Kəpəz”lə “Ayntrax” arasında əməkdaşlıq mümkün ola bilər?
- Təbii ki, bu reallaşsa, çox gözəl olar. Belə işbirliyi qurmaq klubumuzun rəhbərliyindən asılıdır. Nikolay Adamın Gəncə futboluna olan hörməti gələcəkdə bu əlaqələrin yaranmasına və inkişafına töhvə verə bilər. Avropanın böyük klubları ilə əməkdaşlıq edən komanda bundan yalnız qazanar. Ümid edək ki, yaxın gələcəkdə bu da olar.


 
tarix: 28-03-2019 12:36


 
Xəbər lenti
09.12.2019

18:56   “Qarabağ” - “Düdelanj”: cəmi 5 min bilet satılıb

18:34   Uels yığmasının nümayəndələri Bakıda

18:00   120 illik rekord təkrarlandı

17:46   “Neftçi” yeni sponsorla müqavilə bağlayır

17:30   Şirvan da AFFA Həmkarlar İttifaqına “hə” dedi

17:07   Ayaz Quliyev “Spartak”dan ayrılır?

16:35   “Səbail” liderliyini qorudu, “Qarabağ”dan darmadağın

16:26   İngiltərə yığmasına daha bir rəqib

15:40   Premyer Liqada 150-ci qol

15:16   Rusiyaya dopinq şoku - DÇ-2022-də olmayacaqlar!

14:43   98 illik tarixlərində ilk dəfə aşağı liqaya düşdülər

14:23   “Fənərbaxça”dan şikayət edə bilərlər – FİFA-ya

14:00   Şotlandiyada Liqa kubokunun qalibi məlum oldu

13:38   İlkin Qırtımovun atası: “Qızım intihar etməyib”

13:09   Dünya futbol tarixində ikinci - Buffonu qabaqladı

12:38   Bolqarıstan millisinin üzvünə Azərbaycandan təklif

12:10   “Səbail”i məyus edən 100-cü qol

11:54   550-ci səfər qolu

11:42   “Qarabağ”ın legioneri 100-ə çatdı

11:31   2-ci dövrənin ən yaxşısı məlum oldu

11:20   Əliyar Ağayev İsrailə yollanır

11:03   İsgəndərliyə 2 müştəri: Polşa və Rumıniyadan

10:51   Gözlənilən düzülüş: “Neftçi” çempionluq yarışına qayıtdı

10:32   Bordini tarixə salan səbəb

10:17   La Liqada yeni rekordçu

10:01   Roxas “Sabah”da qalacağına ümid edir

09:47   Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:31   Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü

09:14   Dadaşovun komandası “Setubal”a da uduzdu

09:00   Dariodan xatırlatma: “Ötən qışı yada salın”

02:08   Marsel “Olimpik”indən inamlı qələbə

01:56   “Sevilya” səfərdə xal itirdi

01:38   “Milan” 3 xalı 3 qolla qazandı

00:43   Yığmamızda oynayan futbolçunun bacısı intihar etdi

08.12.2019

23:08  “Beşiktaş”dan növbəti qələbə

22:58  “Verder” autsayderə məğlub oldu

22:28  “Lester Siti”dən ardıcıl 8-ci qələbə

21:17  “Psixoloji baxımdan da əhəmiyyətli qələbədi”

20:12  Rahid Əmirquliyev: “Klubda daxili problemlər var”

20:07  “Sumqayıt” “Qəbələ”dən heç-heçə - VİDEO

19:58  “Sabah” “Neftçi”yə belə məğlub oldu - VİDEO

19:46  “Zirə” - “Səbail” matçında 5 qol - VİDEO

19:20  Sopiç: “Pul mənim komandamda heç vaxt önəmli rol oynamayacaq”

19:13  “Futbolçular tapşırıqlarımıza əməl etdilər”

18:57  “Neftçi” və “Zirə” ili qələbə ilə başa vurdu

18:20  “Səbail”lə kubok oyunları daha çətin olacaq”

18:09  Aftandil Hacıyev: “Səbail”dən gedənlərin sayı artacaq”

17:27  Ayxan Abbasov: “Bu komanda 1-2 ildən sonra daha iddialı ola bilər”

17:16  Elmar Baxşıyev: “Onların cəzasını özümüz verəcəyik”

16:12  Qvardioladan antirekord

14:40  “Real”ın 1700-cü qələbəsi

14:21  Nazim Süleymanov Şirvanda da təşkilat yaratdı

14:00  Messi Ronaldonu geridə qoydu

13:40  Beqoviç üçün 2 ölkə seçimi

13:04  Millimizin üzvü üçün 28 dəqiqə və 1 xal

11:58  Əliyev komandasına qələbə qazandırdı, yenə matçın ən yaxşısı seçildi

10:31  Paşayevli “Aleksandriya”dan darmadağın

10:00  “Qarabağ”ın rəqibi 4 qolla 1/4 finalda

09:30  Turabovun komandasından “Partizani” üzərində qələbə

02:07  “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50  “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36  PSJ Monpelyedən də qələbə ilə döndü

00:02  “Borussiya” “Bavariya”ya da qalib gəldi

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az