(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Sabah”ın akademiya təcrübəsi – təməl addımlar

“Sabah”ın akademiya təcrübəsi – təməl addımlar

“Sabah” Futbol Klubu tərəfindən həm nəzarət etmək, həm diqqət göstərmək üçün işə başlamışıq. Gələcəklə bağlı böyük planlarımız var”. İlqar İsrafilovdur həmsöhbətim. O, buyaxınlarda “Sabah”ın rəhbərliyi tərəfindən futbol akademiyasında işlərin təşkili və böyüdülməsi üçün dəvət edilib. Klubun prezidenti Maqsud Adıgözəlovla birgə “Dinamo”nun (Zaqreb) bazasında olub, akademiyanın fəaliyyəti ilə bağlı təcrübə keçiblər.
 
Klub prezidentinin bundan əvvəl də analoji səfərlərdə – “Atletiko” (Madrid), “Ayaks”, “Spartak”da (Moskva) olması, bundan sonra akademiya ilə bağlı yanaşmaların daha da genişləndirilməsi istiqamətində atılan addımlar məqsədin material yanaşma olduğunu düşünməyə əsas verir. Genişlənməkdə olan spektrda yer alan İsrafilov da düşünür ki, qarşıda mühüm yol var və onu qət etmək gərəkdir:
 
“Xaricdə təcrübə keçmək üçün Zaqreb “Dinamo”sunu seçdik. Çünki bu klub son illərdə Avropa futboluna çoxlu məşhur futbolçu verib. Onlar bunu həm də geniş olmayan büdcə ilə ediblər. Az maliyyə ilə böyük nailiyyətlər əldə etməyi bacarıblar. Bizə maraqlı idi ki, necə işləyib, bunlara nail olurlar. Bir çox detalı müşahidə etdik. İlk növbədə infrastruktur böyük əhəmiyyət daşıyır. “Dinamo” “Maksimir” stadionundan istifadə edir, akademiyası da ordadı. Uğurun yarısından çoxu infrastrukturdan asılıdı. Hər şey mərkəzləşdirilmiş şəkildədi. Lazım olan hər şey var: otel, fitnes zonası, hovuz, 5 təbii, 5 süni örtüklü meydança. Uşaqların seçimində də öz strategiyaları var. 6 yaşdan uşaqları cəlb edirlər, 1 il ödənişli şərtlər tətbiq edilir. Həmin zaman bəzi təməl məşqlər keçilir. Uşaqlar ancaq futbol oynayırlar, topla rəftar edirlər. Onlarda həmin azart hissini yaşadırlar. Uşaq məğlubiyyət, qalibiyyət hissini bilməli, auraya düşməlidi. 1 ildən sonra seçim aparılır. Burda da fiziki bacarıqlara, fərdi məxsusiyyətlərə diqqət edilir. Bəzi konkret tələblər olur ki, onları edə bilməyən uşaqları götürmürlər. Çünki artıq müəyyən zaman ərzində bu onlara öyrədilir və bacarmayan uşaq orda püxtələşə bilməz. Uşaqlara yalnız tək yox, hər iki ayaqla oynamağı öyrədirlər – müasir futbolda ən lazımlı faktordur. Özünüz də görürsüz ki, necə universal futbolçular çıxıb ordan. Mario Mancukiç hücumçudu, ancaq lazım olsa, cinah müdafiəçisi kimi də onyana bilər.  Bundan başqa, orda uşaqlar 13-14 yaşına qədər süni örtüklü meydançada məşq edirlər, daha sonra isə təbiiyə keçirlər. Bu da buts geyilməsi ilə bağlıdı. Çünki balaca yaşda uşaqlara icazə verilmir. Nəhəng Avropa klubları ilə müqayisədə bütün şərait ideal olmasa da, hər şey lokal və səliqəlidi”.
 
İnformasiya və müşahidə var, bəs tətbiqi üçün şərait? “Sabah” fərqli model düşünür, yoxsa təməl prinsiplər əsas götürülür? Bir klub olaraq məqsədin populyarlıqdan daha çox ciddi bazalaşmaq strategiyası olması cazibəli səslənir, lakin Azərbaycan mühiti/təfəkkürü üçün buna psixoloji hazır olmaq, tab gətirmək də vacibdir. Müsahibim düşünür ki, klubun atdığı hər addım buna hesablanıb – nəticə öz yerində, əsas odur ki, fayda verək. Keyfiyyətli futbolçu təməldən buna hazır edilməlidir. Təcrübənin tətbiqi üçün sponsorun dəstəyi, klub rəhbərliyinin rifah qatqısıyla bərabər məqsədə çatmaqçün mütəxəssis ehtiyatı da olmalıdır.
 
“Əlbəttə ki, bu işdə uğur məhsul əldə etməkdədir. Məhsulun yetişdirilməsi üçün isə o tələblərə cavab verəcək mütəxəssislərin olmalıdır. Bu tələbi yaxşı duyuruq və hiss edirik. İşə kompleks yanaşma da bu ehtiyacdan irəli gəlir.  Qarşıya qoyulan tələb məhz bunlardan ibarətdir. “Sabah” təməl baza klubu formalaşdırmaq istəyirsə, eyni zamanda həm keyfiyyətli skautlara malik olmalıdır, həm uşaqlarla doğru işləməyi bacaran mütəxəssislərə. İlkin addımları da məhz bu istiqamətə ona görə atırıq ki, ən müxtəlif nümunələri görək, təhlil edək, uyğun versiyaları komplektləşdirək. Buna klub rəhbərliyindən tutmuş sıravi hər bir əməkdaşa qədər beyin baxımından hazırlanırıq”.
 
- Müasir yanaşmada intellekt və idman tandemindən çox danışılır. Bunun üzərində nə düşünürsüz?
 
- Belə bir deyim var ki, futbol başla oynanır. İntellekti geniş  olmayan uşaq cazibəli futbol da oynaya bilməz. “Dinamo”da əsasən kənd uşaqlarını yığırlar. Xorvatiya nə qədər Avropa olsa da, sənayeləşmiş deyil, daha çox turizm və aqrar sektora yönəlmiş ölkədir. Orda futbola yanaşmada da bu, özünü büruz verir. Daha çox xam materialla işləyib, onu formalaşdırmaq prinsipi üzərindən iş qururlar. İntellekt səviyyəsi bir yana, uşaqların psixoloji hazırlığına çox ciddi yanaşırlar. Məsələn, kənddən gələn uşaqlar orda tək qalırlar və onlara xüsusi diqqət edilir. Mental olaraq uşaqların üzərində çox işləyirlər. Fikir verin, Modriçin fiziki göstəriciləri o qədər də yüksək deyil, ancaq lazımı məqamlarda düzgün qərarlar verməsi ilə meydanda istədiyi hər şeyi edir, hər iki ayağını eyni dərəcədə işlədə bilir və s. Bu, futbolçunun keçdiyi məktəbdən asılıdır. Psixoloji baxımdan o səviyyədə hazır olmasa, öz gücünə əminliyi olmaz, üzərinə təzyiq ediləndə çıxış yollarını müəyyənləşdirməkçün beyincə rahat olmaz. Biz o praktiki məşqləri görməsək də, təqdimatda bu məsələni vurğuladılar.
 
- Gələcəkdə “Sabah”la “Dinamo” arasında bir əməkdaşlıq qurulması mümkün ola bilərmi?
- İşimizin bir tərəfi də bununla bağlı idi. “Dinamo”da 8 yaşda imtahanı keçən və artıq pulsuz ora qəbul edilən uşaqlarla müqavilə bağlanır. Bu rəsmi bir şey deyil, amma orda qeyd olunur ki, həmin uşaq akademiyada futbolu öyrəndiyi müddətdə hər hansı digər klub onu istəyərsə, 2 milyon avro ödəməlidi. Buyaxınlarda bu məbləğə bir qapıçını “Ayaks”a satdılar. Bizim gələcəkdə uşaqları, məşqçiləri ora təcrübə üçün göndərmək planımız var. Orda olduğumuz müddətdə “Zenit”in bir neçə məşqçisi praktika üçün gəlmişdi, 1 həftəlik kurs keçdilər. Buna qədər Rusiyadan heç kim ora gəlməmişdi. Artıq bu da bir bazardı. Gələcəkdə bizim bir perspektivli futbolçumuz olsa və müəyyən şərtlərlə ora göndərsək, birdəfəlik satışdan müəyyən gəlir əldə edə bilərik. Ən azından ordan Avropaya çıxış daha rahatdı. Buyaxınlarda “Benfika” ilə “Dinamo”nun 17 yaşlıları oynayırdı. Stadionda 70-ə yaxın skaut var idi.
 
- Bizdə adətən oğlan uşaqlarının əksəriyyətinin futbola marağı olur. Valideyn övladının bu tip istəyi ilə necə davranmalıdı?
- Biz uşaq olanda məhəllə futbolu var idi, indi vəziyyət dəyişib. Təəssüf ki, məhəllə futbolu məhv olub. Kiməsə şərait imkan vermir, kiməsə valideyn icazə vermir. Dövr də başqadı, uşaqlar müasirləşiblər, texnologiyaya daha çox meyl edirlər. Valideynlər istəyirlər ki, uşaqları hansısa idman növü ilə məşğul olsun. Onlara ilk növbədə məsləhətim bu ola bilər ki, hansısa kommersiya vədlərinə aldanmasınlar. Bir az ayıq olmaq lazımdı. Neqativ hadisələr çox baş verib. Uşaqları yığıblar, mənasız məşqlər keçilib və s. Belə dələduzlar çoxdu. Valideynlərin hisslərindən istifadə edirlər. Deyirlər ki, uşağın belə bacarıqlıdı, belə yaxşı olacaq və s. Hansı valideyn istəməz ki, uşağı haqda xoş danışılsın. Onlar da aldanırlar. Bizim istəyimiz odu ki, gələcəkdə uşağını futbolçu kimi görmək istəyən valideynlər düzgün addım atsınlar. Nə qədər peşəkar yanaşma olsa, o qədər yaxşı olacaq o uşaqların gələcəyi üçün. Özümüz də bilirik ki, yaxşı futbolçu nadir hallarda yetişir. İndiki vəziyyətdə çətindi. Əlimizdə olan uşaqları istəyirik ki, axıra kimi aparaq, yaxşı futbolçu olmalarına şərait yaradaq.
 
“Sabah”ın kiçik yaş qruplarının nəticələri kifayət qədər yaxşıdı. İlkin baxışınız nədi? Ümumiyyətlə, bizdə aşağı yaşlılarda nəticələr pis olmur, sonradan isə sanki qırılma beş verir.
 
- Bu, yəqin ki, keçid dövrü ilə bağlıdı. Aşağı yaş qruplarında nəticələr normal olur. “Sabah”ın 2006-2007-ci il təvəllüdlü uşaqları ötən illərdə “İzmir Cup”da qızıl medal qazanmışdı. Orda gördüyümüz uşaqlar da texniki cəhətdən bizimkilərdən üstün deyillər. Fiziki cəhətdən fərq ola bilər. Amma keçid dövründə düzgün planlaşdırılan məşqlər, qidalanma ilə bu problemi də həll etmək olar. Bizdə əksərən məşq futbolçu meydana girəndən çıxana qədər davam edir. Uşağın asudə vaxtında nə etdiyi, öz üzərində işləyib-işləmədiyi ilə bağlı informasiya yoxdu. Amma məsələn, “Krasnodar”ın akademiyasında uşaqları yaxşı mənada izolyasiya ediblər, dərslərini də orda keçirlər, yeməklərini də orda yeyirlər, məşqlərini də orda edirlər. Belə yanaşmanın mütləq nəticəsi olur. Gələcəkdə bizim ideyamız budu. İstəyirik ki, belə şeylərə çataq.
 
Uşaq futbolunda nəticələri gözoxşayan olan “Sabah”ın bunu yalnız Azərbaycan miqyasında bacardığını, daha böyük addımlarçün islahatların vacib oldğunu anlaması müsbət tərəfdir. Beynəlxalq təcrübə və onun faydalı tətbiqi ən həssas detaldır. Ölkədə böyük maddi imkanlara malik olub, lakin uşaq futbolunda faydalı ola bilməyən klubların buraxdığı səhvlər də göz önündədir və dəfələrlə təhlil edilib, ortaya qoyulub. Xalqı mövcud olmayıb, dili yaşayan – latınca kimi “Bakı”nın da mövcudiyyəti olmasa da, akademiyasında yetişən futbolçuların neçəsi iddialı klublarda, millidədir. Bu baxımdan başqa, amma çox az sayda uğurlu olan klublarımız da var ki, “Sabah”ın onlardan biri və ya daha yaxşısı olmaqçün addımlar atması diqqət çəkir. Nəzərlər artıq bu klubdadır və işlər elə qurulmalıdır ki, uğur nöqsanı aşsın.


Futbolpress.az













 


 
tarix: 28-03-2019 13:27


 
Xəbər lenti
10.12.2019

17:54   Millimizin üzvü cəzalı duruma düşdü

17:25   Messi zirvədə, Ronaldo “20-lik”dən kənarda

17:00   UEFA-da AÇ-2020 ilə bağlı seminarlar

16:42   Paytaxt klubunda 2 itki

16:20   1/4 finalın cavab oyunlarının vaxtı açıqlandı

16:00   Süleymanov Xəlilzadəyə çatdı

15:41   Rauf Əliyevin hesabatı və milyon avroluq “qurban”

15:24   Messi: 8 ildən sonra ilk dəfə

15:04   Əliyar Ağayev Kiyev “Dinamo”sunun oyununda

14:40   Turun ən yaxşısı “Qarabağ”lı oldu

14:26   “Neftçi”nin 5 futbolçusu rəmzi komandada - FOTO

14:05   "Neftçi"nin yeni sponsoru hər il 100 min manat xərcləyəcək

13:51   “Qarabağ” - “Düdelanj” matçının hakimləri açıqlandı

13:43   “Qalatasaray” PSJ ilə oyuna ciddi itkilərlə çıxacaq

13:21   Adrian Skarlatake ilkə imza atıb, 40-cı oldu

13:02   80-ci qələbə

12:48   “Bakıya tez getmək üçün UEFA-dan icazə aldıq”

12:32   İsveçrə millisi Bakı proqramını açıqladı

12:15   “Qarabağ”ı keçsək, sürpriz olacaq” – “Keşlə”nin müdafiəçisi

12:00   “Traktor”da növbəti ayrılıq

11:46   Rüfət Dadaşovdan Almaniyada növbəti qol - VİDEO

11:33   APOEL Tomas Dollu istefaya göndərdi

11:16   Öncə Qurbanov, sonra Krasson

11:00   Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu

10:40   36 futbolçuya bəraət, klub prezidentinə həbs - Danışılmış oyunlara görə 

10:20   “Barselona” Milana Messisiz yollandı

10:01   Elxan Məmmədovun “şişirtdiyi” gündəlik

09:44   “Traktor” Təbriz derbisindən məğlub ayrıldı

09:30   Dadaşovun vurduğu qol komandasını məğlubiyyətdən xilas etmədi

09:15   Avro-2020 üçün 40 çarter reysi bron edilib

09:00   Gəncə, Qəbələ, Lənkəran: Avro-2020 üçün onları da unutmayaq

01:57   “Arsenal”dan əzmkar qələbə

09.12.2019

23:02  Autsayder doğma meydanda sevindi

18:56  “Qarabağ” - “Düdelanj”: cəmi 5 min bilet satılıb

18:34  Uels yığmasının nümayəndələri Bakıda

18:00  120 illik rekord təkrarlandı

17:46  “Neftçi” yeni sponsorla müqavilə bağlayır

17:30  Şirvan da AFFA Həmkarlar İttifaqına “hə” dedi

17:07  Ayaz Quliyev “Spartak”dan ayrılır?

16:35  “Səbail” liderliyini qorudu, “Qarabağ”dan darmadağın

16:26  İngiltərə yığmasına daha bir rəqib

15:40  Premyer Liqada 150-ci qol

15:16  Rusiyaya dopinq şoku - DÇ-2022-də olmayacaqlar!

14:43  98 illik tarixlərində ilk dəfə aşağı liqaya düşdülər

14:23  “Fənərbaxça”dan şikayət edə bilərlər – FİFA-ya

14:00  Şotlandiyada Liqa kubokunun qalibi məlum oldu

13:38  İlkin Qırtımovun atası: “Qızım intihar etməyib”

13:09  Dünya futbol tarixində ikinci - Buffonu qabaqladı

12:38  Bolqarıstan millisinin üzvünə Azərbaycandan təklif

12:10  “Səbail”i məyus edən 100-cü qol

11:54  550-ci səfər qolu

11:42  “Qarabağ”ın legioneri 100-ə çatdı

11:31  2-ci dövrənin ən yaxşısı məlum oldu

11:20  Əliyar Ağayev İsrailə yollanır

11:03  İsgəndərliyə 2 müştəri: Polşa və Rumıniyadan

10:51  Gözlənilən düzülüş: “Neftçi” çempionluq yarışına qayıtdı

10:32  Bordini tarixə salan səbəb

10:17  La Liqada yeni rekordçu

10:01  Roxas “Sabah”da qalacağına ümid edir

09:47  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:31  Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü

09:14  Dadaşovun komandası “Setubal”a da uduzdu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az