(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Nikola Yurçeviç: “AFFA Xorvatiya ilə oyunumuzdan razı qalıb”

Nikola Yurçeviç: “AFFA Xorvatiya ilə oyunumuzdan razı qalıb”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç Xorvatiya mətbuatına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, 52 yaşlı mütəxəssis AÇ-2020-nin seçmə mərhələsində xorvatlara qarşı oyundan, eyni zamanda Litva ilə yoldaşlıq matçından danışıb:

- Səfərdə Xorvatiyaya qarşı uğurlu oyununuzu necə şərh edərdiniz?
- Bu, 3 aspektdə nəzərdən keçirilməlidir. Birincisi, bu fakt yalnız indiki yox, hələ mənim oynadığım və məşqçi işlədiyim dövrdəki nəsilə də aiddir ki, Xorvatiya böyük turnirlə müqayisədə seçmə mərhələdə elə də yaxşı çıxış edə bilmir. Çünki belə matçlarda xorvatlar adətən favorit hesab olunurlar ki, bu da sonda onların özlərinə mənfi, rəqib komandalara isə müsbət təsir edir. İkincisi, motivasiyadır. Hansı ki, biz oyuna 200 faizlik köklənmə ilə çıxmışdıq. Üçüncüsü isə oyun aspektidir.

- Burada sizin Xorvatiya millisini yaxşı tanımağınız da rol oynadımı?
- Xorvatiya ötən yay Rusiyada keçirilən dünya çempionatında qeyri-adi enerji və fantastik keçidlər hesabına ən təhlükəli rəqiblərdən sayılırdı. Bilirdim ki, müdafiə xəttimiz etibarlı oynasa, rəqibə çətinlik yaşada bilərik. Biz həmin oyunda 5-6 dəfə bunu etdik. Xorvatiyanın qapısına bir dəfə yol tapdıq, amma yenə qol vura bilərdik.

- Oyunçularınıza daha çox nəyə diqqət etməyi tapşırdınız?
- Əsas məqsədimiz meydanda maksimum gücümüzü ortaya qoymaq idi. Ona görə də oyunun sonlarında futbolçularımız tamam əldən düşmüşdülər. Onlar Perişiç, Barişiç və digərlərinin cinahlarını bağlaya bilmişdilər. Xorvatlar sonda Kramariçin hiyləgərliyi sayəsində qələbə qazandı. Halbuki biz oyundan əvvəl bu futbolçu ilə bağlı da xəbərdarlıq etmişdik. Amma tapşırıqların hamısını yerinə yetirmək mümkünsüzdür. İkinci qolu məhz Kramariçin dahiliyinə görə buraxdıq.

- Xorvatiyanın Azərbaycanla oyundan 3 gün sonra səfərdə Macarıstana uduzması sizi təəccübləndirdi?
- Təəccübləndim. Oyunu izlədiyimdən hər şeyin necə baş verdiyini gördüm. Xorvatiya hesabı açdıqdan sonra futbolçulara elə gəldi ki, hər şey onların nəzarəti altındadır. Macarları yaxşı tanıyıram. Onlar qol buraxanda çox aqressiv olurlar. Mən indiyə qədər onların bu cür ruh yüksəkliyi ilə oynadığını görməmişdim. Azarkeşlərlə oyunçular arasında qarşılıqlı əlaqə möhtəşəm idi. Təəssüf ki, bizdə bu yox idi. Bir xorvat futbolçunun üstünə 3-4 nəfər macar oyunçu gedirdi. Adətən uduzanda etmək istədiklərin alınmır. Macarıstanlı futbolçuların istəyi daha çox idi və bu, komandalar arasındakı səviyyə fərqini azaltdı. Belədə isə ustalığın da sənə kömək etmir. Ancaq panika üçün səbəb yoxdur. Bu, xəbərdarlıq idi. Problem ondadır ki, bizim azarkeşlərimiz öz rəqiblərinə üstdən aşağı baxırlar. Bu, bir daha göstərdi ki, hər şey heç də asan olmayacaq. Seçmə mərhələnin sonlarına doğru Xorvatiyanı böyük oyunlar gözləyir. Ehtiyatlı olmalı, sabitliyi və komanda daxilində ab-havanı qoruyub saxlamalıdırlar. Xorvatiya böyük uğurlardan sonra eniş yaşayan ilk komanda deyil.

- Azərbaycan yoldaşlıq oyununda Litva ilə qolsuz bərabərə qaldı...
- Yerli federasiya və futbol ictimaiyyəti Xorvatiya ilə Zaqrebdəki oyunumuzdan razı qalıb. Azərbaycan futbolu tarixinin ən böyük sensasiyasını gerçəkləşdirə bilməməyimiz təəssüf doğurdu. Komandada yaxşı atmosfer yaratmaq vacibdir. Litvanı məğlub etməliydik. Amma hər şey qaydasındadır. Hər bir komanda üçün güclü rəqib olmağa çalışacağıq.


 
tarix: 28-03-2019 17:24


 
Xəbər lenti
15.10.2019

01:20   Millimiz İsveçrəyə qarşı - YENİLƏNİR

00:46   Ukrayna AÇ-2020-də, Türkiyədən Fransa ilə heç-heçə

14.10.2019

23:45  “Qarabağ”ın legioneri sıradan çıxdı

20:04  Azər Bağırov “Qəbələ”də - RƏSMİ

19:48  Rudi Qarsiya rəsmən Lion “Olimpik”ində

18:30  Millimizin rəqibinin heyəti açıqlandı

18:00  “Bəlkə də, ömrümün sonuna qədər bunun peşmançılığını çəkəcəm” – Rəşad Sadıqov

17:42  Lion “Olimpik”ində yeni baş məşqçi

17:21  Təsəllin mübarək, AFFA!

17:00  “Qalatasaray”ın sabiq futbolçusu karyerasını başa vurdu

16:40  FIFA referimiz “Yuventus”un oyununda

16:22  Azərbaycanlı azarkeşlərdən etiraz aksiyası: “Xalımızı geri qaytarın”

16:11  Mançininin taleyinə aydınlıq gəldi

15:50  Millimizin rəqiblərindən heç-heçə - VİDEO

15:40  Sadıqov da etiraz etdi: "Daha bu qədər də haqsızlıq olmaz!" - FOTO

15:31  Uçurumun dibində: 2019-da millilərimiz 67 oyuna cəmi 8 qələbə görüb

15:22  "Hiqler Azərbaycan millisini "dəfn etdi" - Avropa mətbuatı

15:06  Fiasko...

14:41  Adı “Sabah”la hallanan məşqçi Polşa klubunu çalışdıra bilər

14:05  Fransa - Türkiyə matçında 40 min türk

13:48  Messi və Aquero yığmaya nə vaxt qayıdacaq?

13:27  “Qarabağ”da aprel şəhidlərinin övladlarıyla 1 gün - VİDEO

13:02  “Əsas odu ki, hələ sağıq”

12:43  Millimizin rəqibi Paraqvayla bacarmadı

12:24  Beyl Azərbaycanla oyunu buraxa bilər

12:01  Rusiya yığmasından Kiprə 5 cavabsız qol - VİDEO

11:45  Bəhlul Mustafazadə: “Top 100 faiz əlimə dəyməmişdi”

11:30  Uels yığması Bakıya itki ilə gələcək

11:15  İtaliya yığmasında itki

11:00  “Dua edirdim ki, hər hansı səbəbdən qol sayılmasın”

10:44  “Qol sayılmayıbsa, buna görə biz üzr istəyəsi deyilik”

10:30  Cavid Hüseynov: “Bu, onsuz da həmişə belə olub”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az