(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
UEFA-dan “İnter”, “Latsio”, “Ayntraxt” və “Şaxtyor”a cəza

UEFA-dan “İnter”, “Latsio”, “Ayntraxt” və “Şaxtyor”a cəza

UEFA Avropa Liqasının oyunları ilə əlaqədar bəzi klubları cəzalandırıb.

Futbolinfo.az xəbər verir ki, Ukraynanın “Şaxtyor” klubu, azarkeşlərinin Frankfurt “Ayntraxt”ı ilə fevralın 14-də Xarkovdakı “Metallist” stadionunda baş tutan oyundakı irqçi davranışları səbəbindən cəzalanıb. Belə ki, Donetsk təmsilçisi növbəti avrokubok matçında stadionunun bir tribunasını boş buraxmalı və orada UEFA-nın “Equal game” (Bərabər oyun) bannerini yerləşdirməlidi. Azarkeşlər pirotexniki vasitələrdən də istifadə etdiyi üçün, “Şaxtyor” həm də 10 min avro cərimə ödəyəcək.

İtaliyanın “Latsio” klubu da oxşar cəza ilə üzləşib. Paytaxt klubu da “Sevilya” ilə səfər matçında (20 fevral) azarkeşlərinin xoşagəlməz davranışları səbəbindən cəzaya məruz qalıb. İtaliyalı fanatlar həmin oyunda irqçi şüarlar səsləndiriblər. Buna görə “Latsio” növbəti avrokubok matçında stadionunun bəzi tribunalarına bilet satışı həyata keçirə bilməyəcək. Həmin boş qalan tribunalarda isə “Equal Game” banneri yerləşdirilməlidi.

UEFA ən sərt cəzanı “Ayntraxt”a kəsib. Almaniya təmsilçisi 50 min avro cərimə olunub. Buna Frankfurt klubunun Milan “İnter”i ilə 1/8 final mərhələsinin cavab matçında (14 mart) alman fanatların meydana kənar əşyalar atması, eləcə də pirotexniki vasitələrdən istifadəsi səbəb olub. Sözügedən komanda avrokuboklar çərçivəsində keçirəcəyi növbəti 3 səfər matçına azarkeş aparmaqdan da məhrum edilib.

Sözügedən oyuna görə “İnter” də cəzalanıb. Təhlükəsizlik qaydalarına əməl olunmadığına görə, İtaliya klubu 15 min avro cərimələnib.


 
tarix: 29-03-2019 10:51


 
Xəbər lenti
22.05.2019
21.05.2019

21:29  Fariz Nəcəfov: “Bu qələbə bir ay ərzində görülmüş işin nəticəsi deyil”

20:51  AFFA-dan Mxitaryan açıqlaması: “Bu, finalın möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək”

19:07  Yurçeviç: “Dəyişikliyə ehtiyac görmürəm”

18:44  “Neftçi”nin futbolçusu Qvineya millisinə dəvət aldı

18:26  Fransa klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

17:44  Premyer Liqada mövsümün qolu - VİDEO

17:14  Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

16:54  Bakı finalı öncəsi yeni müqavilə

16:37  La Liqa klubunda yeni baş məşqçi

16:15  “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt müəyyənləşəcək?

15:53  Bakı finalına doğru: “Arsenal” üçün fantastik mükafat

15:34  Finala görə “Tarqovı”ya giriş məhdudlaşdırılır

15:11  “Arsenal” rəsmən açıqladı: Mxitaryan Bakıya gəlmir!

14:52  “Keşlə” - “Neftçi” matçında 7 qol

14:35  Bakı finalına doğru: Bilet satışında 4-cü mərhələ

14:16  Almaniya millisinin üzvü “Borussiya”da

13:55  Dadaşovun komanda yoldaşı Bundesliqa klubunda

13:33  Bombardir milli karyerasını başa vurdu

13:12  Final “Sumqayıt”a 1600, “Qəbələ”yə 800 manata başa gəldi

12:53  “Trabzonspor”lu futbolçu seçim qarşısında: Azərbaycan, yoxsa Türkiyə?

12:44  La Liqanı tərk edən klub baş məşqçisini qovdu

12:31  “Keşlə” daha bir futbolçuyla anlaşdı - RƏSMİ

12:22  Unudulmuş “Bakı” mövsümə bombardirləri ilə damğa vurdu

12:14  Bakı finalına doğru: Mavi rəngli qanı olan Jiru

12:05  Yurçeviç media önünə çıxır

11:55  “Qəbələ”dən Makedoniyaya

11:48  Azərbaycan millisinə 23 futbolçu çağırıldı

11:42  "Çelsi"də Sarrini Lempard əvəz edir

11:35  "Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

11:29  “Mançester Siti”də mövsümün ən yaxşısı açıqlandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az