(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Qurban Qurbanovun millidən uzaqlaşdırılması səhv idi”

“Qurban Qurbanovun millidən uzaqlaşdırılması səhv idi”

Onun futbol azarkeşi olduğu heç kimə sirr deyil. Elə söhbətimizi də məhz futbola, daha dəqiq desək, milli komandamızın son iki oyununa həsr etdik.

Beləliklə, suallarımızı tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfov cavablandırır.

- Baloğlan müəllim, istərdim ki, əvəlcə futbol millimizin son iki oyunu barədə danışaq.
- Xorvatiya ilə oyuna baxmışam, amma Litvayla yoldaşlıq görüşünü İranda qastrolda olduğum üçün izləyə bilmədim. Futbol oynamasam da, əlli illik azarkeşlik təcrübəm var. Hətta sovet dövründə "Neftçi"nin oyununa gəlmək üçün deyirdim ki, guya Bakıda toyum var. Mənim sözüm "Quran" ayəsi deyil. Amma birinci oyuna görə deyə bilərəm ki, məşqçi dəyişikliyi nətəcini dəyişməyəcək. Hətta dünyanın ən güclü məşqçisini də milli komandamıza təyin etsən, əgər futbolçularımızın fiziki durumu, sürəti, texnikası geri qalırsa, məşqçi bədbəxtin balası heç nə edə bilməyəcək. İlk növbədə uşaq futbolu inkişaf etdirilməlidir ki, nəticə qazana bilək. Elə bil xarici oyunçular "Mersedesdir, bizimkilər "Jiqulu". Nə də etsən xeyri olmayacaq axı. Hər şey bünövrədən, kökdən başlayır. Futbolçuları qınamıram, əllərindən gələni etdilər. On beş dəqiqədən artıq sürətli oynaya bilmirəm. Bir məsələyə də münasibət bildirmək istərdim. Bizdə bəzi futbolçular barədə mif yaranıb. Nazarovun oyununa baxdınmı?

- Bəli, imkanlarından aşağı səviyyədə çıxış etdi...
- Zəif oynayırsa, niyə mütləq əsas heyətdə oynamalıdır? Buna deyirlər, kor tutduğunu buraxmır.

- Kimlərin oyununu nisbətən bəyəndiniz?
- Onlar öz oyunçularımızla oynasa, fərqi hiss edə bilərəm. Amma Xorvatiyada dünya şöhrətli oyunçuların qarşısında nəsə etmək mümkün deyil. Mən oyuna baxanda bizimkilər qolu təzəcə vurmuşdular. Özüm də dəhşətə gəldim ki, bizimkilər xorvatlara qolu necə vurublar? Sevindim ki, Azərbaycan doğrudanmı Xorvatıyaya qol vura bilib?

- Sizcə, yenə də nəticə məğlubiyyət olacaqdısa, Qurban Qurbanovun millidən uzaqlaşdırılması kimlərə lazım idi?
- Bunlar elə şeylərdir ki, onları dilimə gətirə bilmərəm. Niyə məni məhkəməyə verib desinlər ki, bu bizim şəxsi işimizə qarışır. Əlbəttə, Qurban Qurbanov milli futbol mətbəximizi bilir, kimin necə oynadığını bilir. Xarici məşqçilər gedəndən sonra deyirlər ki, filan qədər məvacib alırdıq. Yurçeviç Qurbanovdan yaxşı məçqçidirsə, hanı nəticə? Ayıb deyil?

- Yurçeviç daha çox köməkçi məşqçi işləyib. Yalnız Zaqreb "Dinamo"sunda baş məşqçi kimi çalışıb.
- Xaricdən gələn məşqçilərin içində o qədər "bezdarnı" məşqçi var ki.

- Sizcə, Qurban Qurbanova daha bir il şans vermək olmazdımı?
- Qardaşım, mən azarkeşəm, öz hüququmu tələb edirəm. Məni kimin nə maxinasiya etdiyi, hansı hoqqalardan çıxdığı maraqlandırmır. İstəyirəm ki, millətimin komandası xaricdən gələn zir-zibil məşqçilərin əlində qalmasın. İki ildən bir məşqçi dəyişərlər? Ayıb deyil? Qurban Qurbanovun millidən uzaqlaşdırılmasının qəti əleyhinə idim. Bunu təcrübəli azarkeş kimi deyirəm. Əgər Qurbanov pis məşqçi olsaydı, dünyanın adlı-sanlı komandası ilə mübarizə apara bilməzdi. Doğrudur, "Qarabağ"da legionerlər var, amma ona vaxt verilsəydi yaxşı işlər görəcəkdi. Əlinin papağını Vəlinin başını qoymaqla futbol olmaz, belə davam edə bilməz. Bir şeyi formalaşdırmaq üçün vaxt lazımdır. Qurban Qurbanovun necə mütəxəssis olduğunu hər kəs bilir.

- AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, millimizdən belə intizamlı oyun gözləmirmiş. Amma cəmi 2-3 gün sonra Macarıstan millisi xorvatları məğlub etdi və hazırda qrupumuzda sıfır xalla sonuncu pillədəyik. Ümumiyyətlə, bu qrupda bizim perspektivimizi necə görürsünüz?
- Millinin oyunçularını da tanıyıram, oyunlarına da, texnikalarına da bələdəm. Ola bilər ki, kim üçünsə millimizin uğur qazanacağı inandırıcı görünə bilər. Atamın ruhuna and olsun ki, xeyri yoxdur, bu işlə ciddi və peşəkar səviyyədə məşğul olmaq lazımdır. Hər şey uşaq futbolunun inkişafından başlayır. Mən məhəllədən uşaq yığaram, on beş dəqiqə oynayarlar, sonra bitdi.

- Sizcə, milli çempionatdakı komandaların sayının azalması da millinin oyununa təsirsiz ötüşmür. Hər halda, əvvəl çempionatımızda "Xəzər Lənkəran", "Kəpəz", Bakı" kimi güclü klublar çıxış edirdi...
- AFFA-nın çox məsul işçilərindən biri illər öncə mənə demişdi ki, əgər "Xəzər Lənkəran" çempionatdan uzaqlaşsa, sən Azərbaycan çempionatından bir şey gözləmə, rəqabət olmayacaq. Lənkəranın stadionun hər oyunda tam dolurdu, çox gözəl azarkeşləri var idi. Əlbəttə, rəqabət olmayandan sonra milli də bu vəziyyətdə olacaq.

- Bu il çempionatımızda əsas mübarizə "Qarabağ" və "Neftçi" arasında gedir. Kimi daha şanslı görürsünüz?
- Hər zaman Qurban Qurbanovun məşqçilik və təşkilatçılıq bacarığına inanmışam. İnanmıram ki, Qurban Qurbanov şansı əldən verə. "Qarabağ" bu il də çempion olacaq. (Sportinfo)


 
tarix: 29-03-2019 12:58


 
Xəbər lenti
21.07.2019

15:27   “Neftçi” “Trabzonspor”la qarşılaşa bilər - Avroliqa

14:40   “Sumqayıt” Rumıniya klubuna qarşı - YENİLƏNİR

14:18   Emil Balayev baş məşqçisiz qaldı

13:39   “Neftçi” - “Speranta” matçının ən yaxşısı bilindi

13:35   Beyl “Real”dan gedir - Zidan açıqladı

13:00   Millimizin üzvü Avstriya klubunda - FOTO

12:45   “Qəbələ” “Dinamo” ilə oyuna Bakıda hazırlaşır

12:31   “Qəbələ” - “Dinamo” matçında şotlandiyalı hakimlər

12:00   Kökcü Türkiyə millisini seçdi

11:40   “Qəbələ” Avroliqa üçün 26 futbolçu sifariş etdi

11:30   “Roma”dan yeni transfer - RƏSMİ

11:00   Əliyev üçün 58 dəqiqə və 3 xal

10:47   İsrafilovsuz qələbə

10:30   “Traktor” Super Liqa klubuna qalib gəldi

10:00   Nazarov üçün 45 dəqiqə və heç-heçə

09:30   Millimizin futbolçusu İngiltərə klubunda qol hesabını açdı

09:14   Asif Məmmədov klub tapdı

09:00   İbrahimov sistemin təkmilləşməsini gözləyir: “Hələlik markanı yaratmaqla məşğuluq”

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.07.2019

21:00  “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30  Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00  Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30  “Neftçi”nin rəqibindən çətin qələbə

19:00  Fransada 198 azarkeş saxlanıldı

18:30  “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30  “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00  O da milli karyerasını başa vurdu

16:30  “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00  “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30  “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00  “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30  “Sumqayıt”ın yeni formaları - FOTO

14:00  “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30  "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00  “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30  “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00  La Liqanı Liqa 1-ə dəyişdi

11:31  Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00  Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30  Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00  Meksika millisinin üzvü “Ayaks”da

09:30  “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00  Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55  Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az