(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Zlatko Daliç: "Yurçeviç mənə dedi ki..."

Zlatko Daliç: "Yurçeviç mənə dedi ki..."

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının ev oyunlarını keçirmək üçün yeni stadion tikiləcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqının (NHS) prezidenti Davor Şuker qurumun Baş Assamleyasında açıqlama verib. 51 yaşlı funksioner bildirib ki, yeni arenanın inşası paytaxt Zaqrebin qərbindəki Blato rayonunda nəzərdə tutulub. O, stadionun tikintisi üçün FIFA və UEFA-dan da vəsait ala biləcəklərini vurğulayıb: "Stadion yaxın 2-3 il əzində tikiləcək. Təəssüf ki, bu il Avropa çempionatının seçmə mərhələsindəki səfər oyunlarımızı Budapeşt, Bratislava, Bakı və Kardiffdəki yeni və gözəl stadionlarda keçirəcəyi halda, dünya vitse-çempionlarının öz ölkəsində arenası yoxdur". 

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç isə Azərbaycan millisinə rəhbərlik edən həmyerlisi Nikola Yurçeviçlə söhbəti ilə bağlı təəssüratlarını bölüşüb: “Yurçeviç mənə dedi ki, Azərbaycanda böyük Bakı Olimpiya Stadionundan başqa, fantastik təlim-məşq bazası var. Hamı işləyir, investisiya qoyur, baza və stadionlar tikir. Xorvatiyanın ən azı bir belə infrastruktura sahib olacağını düşünün”.

Qeyd edək ki, Xorvatiya yığması AÇ-2020-nin I turunda Azərbaycan millisini Zaqrebdəki “Maksimir” stadionunda qəbul edib. Sonuncu dünya çempionatının finalçılarının ev oyunlarını keçirdiyi arena 1912-ci ildə istifadəyə verilib. 1997-ci ildə stadionun tutumu artırılıb. Hazırda idman qurğusu 35 min 123 azarkeş qəbul edə bilir ("Report").


 
tarix: 29-03-2019 16:20


 
Xəbər lenti
21.07.2019

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.07.2019

21:00  “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30  Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00  Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30  “Neftçi”nin rəqibindən çətin qələbə

19:00  Fransada 198 azarkeş saxlanıldı

18:30  “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30  “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00  O da milli karyerasını başa vurdu

16:30  “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00  “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30  “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00  “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30  “Sumqayıt”ın yeni formaları - FOTO

14:00  “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30  "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00  “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30  “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00  La Liqanı Liqa 1-ə dəyişdi

11:31  Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00  Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30  Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00  Meksika millisinin üzvü “Ayaks”da

09:30  “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00  Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55  Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az