(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Millimizdə pul davası - Nazarov vəd olunan mükafatı tələb edir

Millimizdə pul davası - Nazarov vəd olunan mükafatı tələb edir

Futbol üzrə Azərbaycan milli komandasında mükafatla bağlı narazılıqlar baş qaldırıb.

Futbolinfo.az xəbər verir ki, buna səbəb UEFA Millətlər Liqasında Farer adaları ilə matçlarda qazanılan iki qələbəyə görə AFFA-nın vəd etdiyi mükafatın hələ də komandaya verilməməsidir. Söhbətin bir oyuna görə ümumən 30 min manatdan getdiyi bildirilir.

AFFA-nın mətbuat katibi Firuz Abdulla dünən mətbuata açıqlamasında deyib: “Millətlər Liqasında qələbəyə görə mükafatların verilməməsi haqda xəbər doğrudur”. AFFA nümayəndəsi bunun səbəbini qarşıya qoyulan məqsədə - qrupdan çıxmağa müvəffəq olunmadığına görə atıldığını deyib.

Amma maraqlıdır ki, federasiya rəhbərliyi, dünya reytinqində Azərbaycandan 30 pillə geridə - 138-ci yerdə olan Litva ilə bir neçə gün əvvəl Bakıda keçirilən yoxlama matçındakı nəticəyə (0:0) görə komandaya mükafat ayrıldığını təsdiq edib. Bu məbləğ hər bir oyunçu üçün 5 min manat təşkil edir.

Başqa məlumata görə, yoxlama oyunu üçün komandaya mükafat ayrılsa da, Millətlər Liqasındakı iki qələbəyə görə mükafatın verilməməsi Dmitri Nazarov başda olmaqla bir neçə futbolçunun etirazını səngitməyib.

Məsələ ilə bağlı “Futbol+” qəzeti bu gün yazıb: “Onlar yaxın çevrələrində etirazlarını çəkinmədən dilə gətirirlər. "Mafiya”ya başçılıq edən isə Dmitri Nazarovdur. Almaniyada legioner həyatı yaşayan, Azərbaycana heç bir bağlılığı olmayan yarımmüdafiəçi Millətlər Liqasındakı mübarizəyə görə kiçik məbləğdə olsa belə, pul mükafatının verilməsini istəyir. Bunu isə çəkilən əziyyətlə, 6 oyunda Almaniyanı tərk edib müxtəlif ölkələrə yollanmaqla, xüsusən də toplanan 9 xalla bağlayır. Noyabrdan bu yana pulların hesaba köçürüləcəyinə ümid etsə də, ortada müsbət nəticənin olmadığını görərək özündən çıxır.

Hər halda, Xorvatiya və Litva ilə oyunlarda Dmitrinin özünə bənzəmədiyini hər kəs gördü. Layiq olmadığı halda Azərbaycan millisinin formasını geyinən, özünə yaxşı reklam qazanan və bunun müqabilində pul davası edən futbolçuya millidə yer olmamalıdır”.

AFFA-nın mətbuat katibi Firuz Abdulla isə dünən mətbuata bildirib ki, Nazarovun mükafatı israrla istəməsi barədə məlumat həqiqəti əks etdirmir: “Onun bu barədə quruma rəsmi müraciəti olmayıb". (qol.az)


 
tarix: 29-03-2019 19:35


 
Xəbər lenti
23.05.2019
22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az