(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Məmmədovun şousu: kadrlar iz azdırır, tənqid üçün başqa hədəf göstərilir

Məmmədovun şousu: kadrlar iz azdırır, tənqid üçün başqa hədəf göstərilir

Əməliyyat başladı. Mətbuatın, futbol ictimaiyyətinin, azarkeşlərin tənqidləri sıralanan kimi Elxan Məmmədov öz ordusunu işə saldı. Təbliğat kampaniyası start götürdü, millidəki mükafat biabırçılığının unudulması üçün bütün əməli addımlar atıldı.
 
AFFA-nın baş katibi belə işlərdə sənətkardı – maliyyə gücü də var, lazımi kanalları da. Və ictimai fikri yayındırmaq üçün bacardığını edir. Müxtəlif mənasız tədbirlər, şou-yığıncaqlarla işgüzar imic formalaşdırmağa cəhd edirlər.
 
Məmmədov Avropa Liqasının layihə meneceri ilə şəkil şəkdirib paylaşır. Ondansa qohumu Zaur Hacı-Məhərrəmovun səhvlərini araşdırar, müvafiq addımlar atardı. Məğlubiyyətə, biabırçı heç-heçəyə görə verilən mükafat barədə müsahibə verməsi də yaxşı olardı. Mətbuat katibi Firuz Abdullanı oda atmaqla deyil, onsuz da hamı bilir ki, həmkarımız katibin sözlərini çatdırır. Ondansa özü danışsın və yaxşı olar, üzr istəsin. Ən azı qohumuna görə...
 
Riad Rəfiyev də əks-təbliğatda öndə gedənlərdəndi. Himayədarını zərbələrdən yayındırmaq üçün klubun yeni idman direktorunun təqdimatını keçirib. Hakan Sünalın neçə vaxtdı Sumqayıta gəlməsi bəllidi, lakin onun məhz dünən təmtəraqla təqdim olunmasının səbəbi iz azdırmaq, gündəm dəyişməkdi.
 
Rəfiyev ötən mövsüm 3-cü pillədə qəbul etdiyi, avrokuboklardan kənar qoyduğu, bu mövsüm isə sonuncu pilləyə saldığı “Sumqayıt” haqda danışsa, daha maraqlı olardı. Təyinatının 1 ili bugünlərdə tamam olub, yaxşı olardı, bu müddət ərzində bu qədər geriləməyə necə nail olduğunu izah etsin, biz də bilək.
 
Məmmədovun media planlayıcısı, rusdilli mətbuat üzrə meneceri Rəhman Hacıyev də öz işindədi. Mini Futbol Liqasının (MFL) direktoru qondarma bir tədbir keçirib, bunu media orqanlarında yayıb ki, əsas məsələlər yaddan çıxsın. Həm özünü bacarıqlı kadr kimi gözə soxur, həm də milli komanda, AFFA ətrafındakı gərginliyi səngitməyə çalışır.
 
İndi ki Hacıyev MFL-i yada salıb, davam edək. Görək, bu şəxs orada ümumiyyətlə, nə işlə məşğuldu?
 
Bu liqa AFFA tərəfindən yaradılıb və məqsəd həvəskar futbolun təbliği, kütləvilikdi. İnsaf naminə, normal yarış keçirilir, xeyli futbolsevəri ətrafına toplayıb. Lakin bu layihə də kimlərinsə cibini doldurmaq üçün vasitədi. Əsas məram üçün SOCAR xərcə düşür, idarəçi/təşkilatçılar isə qaz vurub, qazan doldurur.
 
Yarışlar Bakı Olimpiya Stadionu ərazisindəki meydançalarda keçirilir, qazona qulluqdan tutmuş, bir sıra məsələlərə kimi, xərclər AFFA büdcəsindən ödənilir. Üstəlik, iştirakçılardan üzvlük haqqı yığılır və s. Bir sözlə, yarışın təşkili üçün çox şey elə assosiasiya tərəfindən edilir. Amma Hacıyev müxtəlif vasitələrlə buradan da qazanır.
 
Həmin 3 meydança 3 müxtəlif şəxs tərəfindən icarəyə götürülüb. Və onlar BOS-a kiçik məbləğ ödəyir, əvəzində özləri icarəyə götürdükləri meydanları MFL yarışlarında və digər oyunlarda icarəyə verib 2-3 qat artığını qazanırlar. Üstəgəl, tanışlıq vasitəsilə müxtəlif sponsorlar tapılıb və pullar dövr edir. Məsələn, təkcə, SOCAR-a bağlı olan “Bos Şelf” bu yarışa 200 min manat ayırır və həmin vəsait lazım bilindiyi kimi bölüşdürülür. Normalda bu şirkət pulu havaya sovurur, MFL-dən reklam qarşılığını almaq üçün perspektiv yoxdu. Lakin yenə də tanışlıq, qohumbazlıq kimi amillər həlledici xarakter daşıyır. Dövlətin pulu mənasız layihəyə, bir qrup insanın əyləncəsinə və qazanmasına yönəldilib.
 
İndi Rəhman bütün bunların qarşılığında dar günündə katibin qayğısına qalır. Əslində, o, daha çox özünü düşünür, gələcək karyerası üçün təməl atır. “Sabah”da adını Müşahidə Şurasının üzvü kimi yazdırmaqla həm də SV-sinin çatışmayan bəndini doldurur, bir neçə ildən sonra vəzifə almaq üçün futbol təsərrüfatında fəaliyyət göstərməsini rəsmiləşdirir.
 
Kəsəsi, hamı həm də özünü düşünür, işgüzar imic yaratmağa cəhd edir, eyni zamanda gündəmi dəyişmək üçün xəbər sayı artırırlar. Milli komandadakı forma və mükafat məsələlərindəki biabırçılıq ciddi narahatlığa səbəb olub. Və baş katib iz azdırmaq üçün bu təbliğatı işləri görməklə yanaşı, öz rəhbərini vurmaq naminə də xəbərlər “istehsal etdirir”. Guya ki, Litvayla oyuna görə mükafatı məhz AFFA prezidenti Rövnəq Abdullayev təyin edib, hətta Məmmədovun müəyyənləşdirdiyi 3 mini 5-ə qaldırıb. Qəzəbli azarkeşlərə rəhbərini tənqid etmək üçün material verir.
 
Bu, Məmmədovun şousudu. Lakin Tolikin verilişləri kimi belə şouların da ssenarisi çoxdan oxunub. İndi “aparıcı”ya baxıb, verilişlərə qiymət verirlər. Etmə, Elxan bəy, bacarıqlı idarəçi, işgüzar kadr imicin hər keçən gün daha da zədələnir. Alternativ variantlar fikirləş, manevrlərin təkrarolunandı və bu, səni ələ verir.
 
FƏRİD

 
tarix: 30-03-2019 09:00


 
Xəbər lenti
25.05.2019

01:07   PSJ-dən mövsümün son matçında məğlubiyyət

00:01   “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

24.05.2019

22:01  “Qəbələ” ilk kubokunun təqdimatını edəcək

20:15  İspaniya klubundan Azərbaycan millisinin üzvü ilə yeni anlaşma

19:47  Françesko Toldo ilə Maykl Ouen Bakıda

18:06  “Sabah”da yeni məşqçi təyinatları

17:40  Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

17:12  Premyer Liqa klbunda 3 illik müqavilə

16:47  “Arsenal” Bakı finalından sonra onunla yolları ayıracaq

16:24  PSJ-nin futbolçusu əməliyyat olundu

15:51  “Liverpul” UEFA-dan narazıdı

15:32  Venger də Bakı finalından danışdı

15:17  Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

14:53  “Ayaks”da 3 illik müqavilə

14:32  “Sumqayıt”ın son mövsümdə vurduğu bütün qollar - VİDEO

14:15  “Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar”

13:54  “Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

13:36  “Sevilya”da italiyalı baş məşqçi

13:07  “Sumqayıt” geridə qalan mövsümdə - STATİSTİKA

12:49  Emil Balayev ən yaxşılar arasında

12:24  Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00  Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47  Marçello Lippi yenidən milli komandada

11:31  Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22  PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11  Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00  Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33  “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00  Almaniyalı futbolçu İtaliya klubunda

09:30  “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00  Serbiya kubokunun qalibi bəlli oldu

00:25  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az