(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Emin Mahmudov: “Keşlə” ilə kim burda oynayırsa, əziyyət çəkir”

Emin Mahmudov: “Keşlə” ilə kim burda oynayırsa, əziyyət çəkir”

“Oyun çətin keçdi. Belə olacağını da bilirdik”. 

Futbolinfo.az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.

Azərbaycan Premyer Liqasının XXII turunda "Keşlə" ilə səfər qarşılaşmasından (1:0) sonra jurnalistlərin suallarını cavablandıran yarımmüdafiəçi öncə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: "Keşlə" ilə kim burda oynayırsa, əziyyət çəkir. "Qarabağ" da bu stadionda çətin qələbə qazanıb. Öz futbolumuzu göstərməyə çalışırdıq. Bəzi anlarda bu, alınmırdı. Hərdən uzun ötürmələrə üstünlük verirdik. Halbuki oyun üslubumuz bu deyil. Ancaq əsas nəticə idi. Şükür Allaha, bunu da qazandıq".

- "Keşlə"nin çətin rəqib olduğunu dediniz. Ancaq bu mövsüm 4-cü oyundu ki, sizə heç qol da vura bilmirlər...
- Azərbaycan çempionatında asan oyun yoxdu. Elə bir komanda yoxdu ki, asanlıqla 3 qolu vurub, evə rahat gedəsən. Yalnız bir qol vurduqdan sonra qələbə qazanmaq şansın artır.

- Son günlər milli ətrafında mükafatla bağlı çox söz-söhbətlər dolaşır. Buna münasibətiniz necədi?
- Bunu AFFA-dan soruşmaq lazımdı. Bu barədə heç nə deyə bilmərəm.

- Ümumiyyətlə, yığma barədə nə deyə bilərsiniz? Yeni baş məşqçinin rəhbərliyi altında ilk oyunlarınızı keçirdiniz. Gözləntiləriniz nədi?
- Yaxşı nəticə əldə etməyə çalışacağıq.

- Qurban Qurbanovla Nikola Yurçeviç arasında fərq varmı?
- Hər baş məşqçinin öz tələbləri, futbol fəlsəfəsi var. İstənilən çalışdırıcı komandasının onun istədiyi formada futbol oynamasını istəyir. Düzdü, bir az fərq var, amma bu, elə də çox deyil.

- Formanızın üzərində soyadınız düzgün yazılmamışdı. Buna görə irad bildirmişdiniz?
- Xeyr. Elə bir futbolçu yoxdu ki, adının düz yazılıb-yazılmadığını görmək üçün paltardəyişmə otağında formanın arxasına baxsın. Əsasən nömrənə baxırsan və formanı götürüb geyinirsən. Təsəvvür edin, Kriştianu Ronaldo formanı götürüb yoxlayır ki, görüm adım düz yazılıb, yoxsa səhv. Mən də fikir vermədim. Sonradan dedilər ki, soyadım düzgün yazılmayıb. Bu, elə də ciddi problem deyil. (matc.az)


 
tarix: 30-03-2019 21:46


 
Xəbər lenti
18.10.2019

11:00   Hakimi təhqir edən baş məşqçinin cəzası azaldıldı

10:42   UEFA “Ayaks”ı 50 min avro cərimələdi - “Borussiya” isə...

10:20   Bundesliqa klubunda yeni müqavilə

10:00   10 kq doşaba futbolçu transfer etdilər

09:40   Prezidentliyə namizədliyini geri götürdü - “Beşiktaş”da

09:21   Dortmund “Borussiya”sında yeni müqavilə

09:00   “Sabahın ulduzları”ndan biri - Bəhlul

17.10.2019

23:11  “Qarabağ” - APOEL matçında 30 min bayraq!

22:24  Millimizlə oyundan öncə 12 cavabsız qol

21:33  Slovakiya - Azərbaycan matçının stadionu dəyişdirildi

21:24  Millimiz Moldova ilə 2 yoxlama oyunu keçirəcək

21:16  “Qəbələ” APOEL-in xahişini yerə salmadı - Kiprlilər “Qarabağ”la oyuna...

20:00  Birinci Divizionda 8-ci turun oyun cədvəli

19:40  Premyer Liqada 9-cu turun oyun cədvəli açıqlandı

19:29  “Keşlə”nin stadionunda son durum - FOTOLAR

18:01  Azərbaycan millisi Sloveniyaya böyük hesabla məğlub oldu

17:36  “Neftçi”nin əvəzedilməzləri

17:14  MLS-də forması ən çox satılan futbolçu

16:51  “Yuventus”un zədəliləri sıraya döndü

16:33  “Traktor” türklərə dəstəyə görə cəzalanan futbolçusuna sahib çıxdı

16:12  23 yaşında karyerasını başa vurdu

15:55  “Real” Qaret Beyli də itirdi

15:39  “El klasiko”nun məkanı yox, vaxtı dəyişdirilir

15:20  Dani Alveş: “Onları buna görə peşman edərdim”

15:07  Dario yalnız qələbəni düşünür: “Heç nə həmin oyunla bağlı deyil”

14:48  “Milan”da rekord məbləğdə ziyan

14:31  “Mançester Yunayted”də 2 ciddi itki

14:17  “Oyun “Qarabağ”ın istədiyi tempdə keçdi”

13:48  Millilərimiz üçün Sumqayıt fərqi – AFFA, gözünü aç!

13:34  Milli komandada yeni baş məşqçi

13:19  Gözü Sadıqovun rekordunda olan Nazarov: “Azərbaycandan təkliflər alıram”

13:02  Xətai Bağırov: “Yaxşı nəticə qazanmalıyıq”

12:56  “Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq”

12:42  “Azərbaycanın vurduğu qol sayılsaydı, bilmirəm, necə yaşayardım”

12:29  “Yeni baş məşqçi ilə həmişə nələrsə dəyişir” – Xulio

12:15  Hacıyev “Trabzonspor” - “Krasnodar” oyununda

12:01  Atanın təkzibi: “Şikayətçi ola bilmərəm”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az