(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Yalnız fiziki göstəricilərə görə yox, digər komponentlərdə də geri qaldıq”

“Yalnız fiziki göstəricilərə görə yox, digər komponentlərdə də geri qaldıq”

Avropa çempionatının əsas mərhələsinin son oyununda Slovenya ilə qarşılaşan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ağatahir Əzimov açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, o, 1:9 hesablı məğlubiyyəti belə şərh edib:

“Final mərhələsinə Hollandiya vəsiqə qazansa da, Sloveniyanı qrupumuzun ən güclü komandası hesab edirəm. Anlaya bilmirəm ki, Hollandiyaya necə uduzdular. Hiss olunur ki, bu komandanın üzvləri məktəb keçiblər, uzun müddətdir bir yerdə oynayırlar. Oyuna gəldikdə, fikrimdə qalıram, yaxşı oyun gözlədiyim uşaqlar ümidləri doğrultmadılar. Bəziləri rəqibdən çəkindilər, bəziləri isə mübarizə aparmağa çalışdılar. Biz yalnız fiziki göstəricilərə görə deyil, digər komponentlərdə də onlardan geri qalırdıq. Ustalığımız çatmırdı. Təkbətək epizodlarımız oldu, amma istifadə edə bilmədik. 4-5 qolu isə uzaq məsafədən vurulan zərbələrdən sonra buraxdıq. Bir oyunda qapıçımız yaxşı dayanır, komandaya kömək edir, əvəzində oyunçularımız zəif çıxış edir. Digər qarşılaşmada isə əksinə olur. Komanda şəklində hələ formalaşmamışıq. İrad bildirəndə oyunçu deyir ki, məni keçmədilər ki, filankəsin oyunçusu idi. Belə düşünmək olmaz. Biz meydanda bir-birimizi sığortalamalıyıq. Bu Hollandiya ilə 2 il əvvəl U-17 səviyyəsində qarşılaşmışdıq. Müqayisə apardıqda nə qədər inkişaf etdiklərini görürük. Biz də gərək çox işləyək, fasilə verməyək. Bu işə başlamışıqsa, davam etməliyik.

Bir məqama da toxunum. Bizim heyətin 9 üzvü 2001-ci, rəqibin futzalçıları isə 2000-ci il təvəllüdlüdürlər. Bir yaş fərqi çox şey deməkdir. Bizim hazırkı heyətin 9 üzvündən növbəti seçmə mərhələnin oyunlarında da istifadə etmək olar”.


 
tarix: 31-03-2019 13:45


 
Xəbər lenti
21.07.2019

14:18   Emil Balayev baş məşqçisiz qaldı

13:39   “Neftçi” - “Speranta” matçının ən yaxşısı bilindi

13:35   Beyl “Real”dan gedir - Zidan açıqladı

13:00   Millimizin üzvü Avstriya klubunda - FOTO

12:45   “Qəbələ” “Dinamo” ilə oyuna Bakıda hazırlaşır

12:31   “Qəbələ” - “Dinamo” matçında şotlandiyalı hakimlər

12:00   Kökcü Türkiyə millisini seçdi

11:40   “Qəbələ” Avroliqa üçün 26 futbolçu sifariş etdi

11:30   “Roma”dan yeni transfer - RƏSMİ

11:00   Əliyev üçün 58 dəqiqə və 3 xal

10:47   İsrafilovsuz qələbə

10:30   “Traktor” Super Liqa klubuna qalib gəldi

10:00   Nazarov üçün 45 dəqiqə və heç-heçə

09:30   Millimizin futbolçusu İngiltərə klubunda qol hesabını açdı

09:14   Asif Məmmədov klub tapdı

09:00   İbrahimov sistemin təkmilləşməsini gözləyir: “Hələlik markanı yaratmaqla məşğuluq”

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.07.2019

21:00  “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30  Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00  Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30  “Neftçi”nin rəqibindən çətin qələbə

19:00  Fransada 198 azarkeş saxlanıldı

18:30  “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30  “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00  O da milli karyerasını başa vurdu

16:30  “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00  “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30  “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00  “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30  “Sumqayıt”ın yeni formaları - FOTO

14:00  “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30  "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00  “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30  “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00  La Liqanı Liqa 1-ə dəyişdi

11:31  Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00  Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30  Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00  Meksika millisinin üzvü “Ayaks”da

09:30  “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00  Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55  Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az