(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Rahid Əmirquliyev: “Son dəqiqədə qol vuranda qələbə şirin olur”

Rahid Əmirquliyev: “Son dəqiqədə qol vuranda qələbə şirin olur”

“Bilirdik ki, bizim üçün çətin qarşılaşma olacaq. Həm də səfərdə oynayırdıq, süni qazondan təbii ota keçəndə bir az çətinlik çəkirik. Ancaq bütün bunlara baxmayaraq, istədiyimiz nəticəyə nail olduq”. 

Futbolinfo.az xəbər verir ki, bunu “Səbail”in kapitanı Rahid Əmirquliyev səfərdə “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi 3 xal qazanmalarını daha vacib məsələ adlandırıb: “Düzdür, bəlkə oyun baxımından istənilən kimi olmadı, yaxşı oyun nümayiş etdirə bilmədik. Ancaq əsas məqsədimiz bu idi ki, 3 xalla qayıdaq. Sevinirik ki, buna da nail olduq”.

“Dənizçilər” “Zirə”nin məğlubiyyətsizlik seriyasını onun meydanında qıra biliblər. Əmirquliyevin fikrincə, oyun heç-heçə ilə də yekunlaşa bilərdi: “İlk hissədən fərqli olaraq, fasilədən sonra müdafiəyə “oturduq”, həm də qol buraxdıq. Oyunun gedişatı elə idi ki, heç-heçəyə gedirdi. Hardasa ümid var ki, rəqibi əks-hücumda tutaraq 3 xal götürə bilərik. Ancaq ümumən hiss olunurdu ki, matç elə heç-heçə də qurtaracaq”.

“Səbail” son saniyələrdə Şəhriyar Rəhimovun cərimə zərbəsindən vurduğu qolu çox emosionallıqla qeyd edib və bütün futbolçuları meydana axışıb. Aparıcı futbolçunun fikrincə, bu, komanda üzvlərinin rəqibə qarşı prinsipiallığı ilə bağlı deyil: “Zirə” ilə heç bir prinsipiallığımız yox idi. Sadəcə, futbolda elədir ki, son dəqiqələrdə vurulan qol, onun gətirdiyi qələbə şirin olur. Ona görə emosiyalar da çox idi. “Zirə”nin futbolçuları meydana niyə girmişdilər, onu bilmirəm. Yəqin, orda anlaşılmazlıq olub. Bilmirəm ki, mübahisə kimin arasında yarandı. Onu araşdıracağıq və biləcəyik ki, nə var, nə yox. Əsas odur ki, yoluna qoyduq, heç bir problem yoxdu. Sırf axırıncı saniyələrdə qol vurduq, ona görə belə emosiya vardı”.

Təcrübəli futbolçu cari mövsümdən şərəfini qoruduğu komandasının 3-cü yeri tutaraq birbaşa avrokuboklara yollanma şansını də dəyərləndirib. Onun sözlərinə görə, xal fərqinə görə arxayınlaşma ola bilməz: “Bundan əvvəl də 6 xal qabaq idik, gəldi fərq 2-yə düşdü. İndi fərq 5 xal olur. Ancaq onu da nəzərə alaq ki, ən yaxın izləyicimiz “Qəbələ”nin bir oyunu ehtyatda var. Çempionatın sonunadək arxayınlaşma olmayacaq. Bürünc medal tam təmin olunmamış arxayınlıqdan söhbət gedə bilməz”. (matc.az)

Qeyd edək ki, "Qəbələ" aprelin 1-də evdə "Sabah"la qarşılaşacaq.


 
tarix: 31-03-2019 18:30


 
Xəbər lenti
23.10.2019

01:00   “Qalatasaray” “Real”a uduzdu, MS, PSJ və “Tottenhem” 5 qola sevindi

22.10.2019

23:41  APOEL Bakıya 20 futbolçu ilə gəlir

21:52  Millimizin DÇ-nin əsas mərhələsi üçün heyəti

21:08  ÇL matçında spirtli içki qadağası

19:29  PSJ Avropada yeni rekorda imza ata bilər

18:43  “Düdelanj”ın futbolçusu üçün il bitdi

18:24  “Neftçi” “Sumqayıt” üçün başladı

18:00  “Qəbələ”nin baş məşqçisi: “APOEL-lə oyunda hamı bizdən uğur gözləyir”

17:30  “Qarabağ” - APOEL matçına nə qədər bilet satılıb?

17:01  İtaliyada daha bir baş məşqçi istefası

16:40  Ronaldoya 100 milyon avroluq təklif

16:18  Qrizmann məsələsi çözüldü - Gizli razılıq

15:54  “Borussiya” Milana ciddi itkilərlə yollanır

15:36  Motta İtaliya klubunda

15:19  Aylton APOEL-lə matçların həlledici olacağı ilə razılaşır: “İstər-istəməz acı xatirə qalıb”

15:00  “Qarabağ” üçün bizimlə Bakıda oynamaq çətin olacaq”

14:43  Ən yaxşı qapıçı adına 10 namizəd

14:22  “Sabah”la “Zirə”nin 6-cı dueli

14:01  AFFA-dan daha 2 komandaya texniki məğlubiyyət

13:48  Millimizin oyunu yenidən Sumqayıtda

13:30  Divizion klublarının da cəzası açıqlandı

13:15  AFFA Təmkin Xəlilzadənin cəzasını açıqladı

12:51  Ən yaxşı gənc futbolçu adına 10 namizəd

12:34  “Qızıl top”a namizədlər açıqlandı

12:12  APOEL “Qarabağ”la oyunun biletlərini satışa çıxardı

11:53  Millimizin Moldova ilə oyunlar üçün heyəti

11:34  Radamel Falkao “Real”a qarşı oynayacaq?

11:19  “Beşiktaş”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər

11:00  Kamara “Qarabağ”ın çempion, “Neftçi”nin ikinci olacağı ilə razılaşmır: “Hər şey baş verə bilər”

10:40  UEFA-dan Serbiyaya cəza

10:20  Matçın 20-ci saniyəsində qırmızı vərəqə aldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az