(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Baxımsız oyun, Rauf Cabbarovun səhvi və qorxudan statistika

Baxımsız oyun, Rauf Cabbarovun səhvi və qorxudan statistika

“Qəbələ” 3-cü pilləni tutmamaq üçün hər şey edir. Sənan Qurbanovun yetirmələri növbəti dəfə “Səbail”in uzaqlaşmasına şərait yaratdı. Halbuki bu gün qazanılacaq qələbə “qırmızı-qaralar”ın işinə çox yarayacaqdı.
 
Ümumiyyətlə, “Sabah”la matç nəinki turun ən pis oyunu, bəlkə də mövsümün ən bərbad qarşılaşması idi. Ola bilsin ki, ustalıq səviyyəsi aşağıdı, amma istək, əzmkarlıq da ən alt səviyyədə idi. Futbolçular 90 dəqiqəni yola verir, məşqçilər oyuna müdaxilə edə bilmirdi. Startdan final fitinədək monoton oyun, standart əvəzləmələr – komandalar bu şəkildə daha iki 90 dəqiqə oynasa, hesab açılmazdı.
 
Komandaların bərbad oyunu fonunda bəzi oyunçuların fədakarlığı diqqət çəkirdi. Meydan sahiblərindən Bəhlul Mustafazadə, qonaqlardan Coşqun Diniyevi fərqləndirə bilərik. Məhz belə seçilmənin nəticəsidi ki, Coşqun az qala matçın nəticəsini dəyişən adam olacaqdı. Diniyevin təkbaşına reyddən sonra kobudluqla dayandırılmasını baş hakim görsəydi, “Sabah” 2019-da ilk qələbəsini qazana bilərdi. Amma FIFA referisi Rauf Cabbarov böyük hakim ola bilməyəcəyini növbəti dəfə göstərdi. O, gözü qabağında baş verən epizodu simulyasiya kimi dəyərləndirdi. Halbuki Asif Məmmədov rəqibini aşkar şəkildə kobudluqla dayandırmışdı.
 
“Sabah” apellyasiya şikayəti versə, bu vərəqəni ləğv etdirə bilər. Amma AFFA-nın şikayətsiz də Cabbarovu cəzalandırması lazımdı. Çünki onun yanlış qərarı matçın nəticəsinə təsir etdi. Yox, debütantın diviziona düşməsində elə bu qurumda maraqlı olan insanlar varsa, o başqa məsələ.
 
Elşad Əhmədov fasilə dövründə komandanı qismən toparlaya bilib. Lakin mövsümün ilk yarısındakı, parlaq oynayan “Sabah”ı hələlik görə bilmirik. Klubdaxili ab-havanın tam düzəlmədiyi hiss olunur. Bununla belə, komandanın böhranı geridə qoyduğunu demək olar. İndi yalnız futbolçuların həddindən artıq qırmızı vərəqə alması narahatlıq doğurur. 2019-da baş tutan 8 oyunun 5-də matçı azlıqda başa vurmaq xoş mənzərə deyil.
 
“Qəbələ”nin dərdi başqadı. İddialılara qarşı əla oynayan əyalət klubu zəiflərlə matçlarda özünə bənzəmir. Sanki komandanı baş məşqçi Sənan Qurbanov yox, elə rəqiblərin səviyyəsi motivasiya edir. Halbuki əla heyəti olan komandanın nəticələri daha yaxşı olmalıydı. Son 5 matçda 4 heç-heçə qeydə alınıb və itirilən bu 8 xal indi 3-cü pillədə möhkəmlənmək üçün kifayət edərdi.
 
Hakim səhvi öz yerində, sərgilənən oyuna görə heç-heçə matçın ən ədalətli nəticəsi idi. Çempionatın səviyyəsi aşağıdı, amma heyət potensialına görə bu komandalar daha yaxşı oynamağa qadirdi. Niyə mümkün olmadı – qoy, bunu özləri fikirləşsin. Belə davam edəcəyi təqdirdə hədəflərə çatmaq çətin olacaq. İndi mövsümün ən vacib dövrüdü, hər xal itkisi “Qəbələ”ni avrokuboklardan, “Sabah”ı Premyer Liqadan uzaqlaşdırır.
 
AĞA

 
tarix: 01-04-2019 16:59


 
Xəbər lenti
20.07.2019

21:00   “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30   Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00   Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30   “Neftçi”nin rəqibindən çətin qələbə

19:00   Fransada 198 azarkeş saxlanıldı

18:30   “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00   “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30   “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00   O da milli karyerasını başa vurdu

16:30   “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00   “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30   “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00   “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30   “Sumqayıt”ın yeni formaları - FOTO

14:00   “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30   "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00   “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30   “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00   La Liqanı Liqa 1-ə dəyişdi

11:45   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

11:31   Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00   Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30   Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00   Meksika millisinin üzvü “Ayaks”da

09:30   “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00   Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55   Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

19.07.2019

23:53  Azərbaycan - Ukrayna matçı baş tutmadı

23:04  Dadaşovun komandası yeni mövsümə heç-heçə ilə başladı

22:31  “Sabah” ukraynalı qapıçı transfer etdi

22:19  UEFA “Fənərbaxça”nı cərimələdi

21:18  “Trabzonspor” argentinalı futbolçu aldı - RƏSMİ

18:30  Argentinalı hücumçu “Qarabağ”da?

18:00  Viktor Valdes yenidən “Barselona”da

17:30  “Azərbaycanda Avropa macərası yaşamaq istəyirəm”

17:00  “Qəbələ”də xorvatiyalı futbolçu - RƏSMİ

16:41  “Qəbələ” və “Neftçi”nin hər iki oyununun vaxtı təsdiqləndi

16:24  “Dandalk” Bakıya 150 minə gələcək

16:02  “Zirə” - “Keşlə” matçında 4 qol - VİDEO

15:44  “Atalanta”nın iki futbolçusu “Parma”da

15:25  UEFA Belçika klubunu Avroliqadan uzaqlaşdırdı

14:51  Keçmişi unutduranlar: göyərçinlə sünbül bir arada

14:40  2 dəfə “xərçəng”ə qalib gələn futbolçuya 7 illik müqavilə

14:21  “Qarabağ”dan nümunə götürməliyik”

14:00  Milli karyerasını başa vurdu

13:42  Azyaşlıya əxlaqsız təklif edən məşqçi tutuldu

13:34  “Atletiko”nun sabiq üzvü Argentina klubunda

13:24  Elnur Cəfərov yenə Rəfiyevin yanında

13:17  “İnter” hücumçusunu icarəyə verdi

13:01  Premyer Liqadan Çinə daha bir transfer

12:43  “Yuventus”un futbolçusu tibbi müayinədən keçə bilmədi

12:20  “Arsenal” - “Neftçi” matçının biletləri satışda

12:00  “Barselona”nın futbolçusu rəsmən “Xetafe”də

11:45  Azərbaycan 26-cı pillədə qaldı

11:30  Samir Abasov: “Hər şey gözlədiyimdən də yaxşı keçdi”

11:15  “Qəbələ”nin gürcülərlə ilk oyununun başlama saatı məlum oldu

11:00  Fransa klubu Molla ilə gücləndi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az