(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Vaqif Sadıqov: “Mənim üçün ən böyük hədiyyə budur”

Vaqif Sadıqov: “Mənim üçün ən böyük hədiyyə budur”

Bu gün “Neftçi”nin veteran futbolçusu Vaqif Sadıqovun 60 yaşı tamam olur.

Futbolinfo.az xəbər verir ki, 1959-cu ildə dünyaya gəlmiş sabiq yarımmüdafiəçi 1981-1986, 1989-cu illər ərzində "Neftçi”nin heyətində 126 oyun keçirib, 3 qol vurub. 1993-1995, 2009-2010-cu illərdə "Neftçi”nin baş məşqçisi olmuş Vaqif Sadıqov Azərbaycan milli komandasını da çalışdırıb (1997-1998, 2002, 2005, 2009).

Paytaxt klubunun rəsmi saytı "Neftçi” ailəsi adından veteran futbolçunu təbrik edib:

- Doğum gününüz, yubileyiniz mübarək, Vaqif müəllim!
- Çox sağ olun, minnətdaram!

- Bu günü necə qeyd edəcəksiz?
- Çoxları deyir ki, yubileyini təntənəli qeyd edək, amma mən həmişə olduğu kimi, bu dəfə də doğum günümü ailəmlə keçirəcəm. Valideynlərim sağ olanda onlarda yığışırdıq, indi isə öz ocağımda, evimdə ailəmlə birlikdə qeyd edəcəm.

- İndiyədək ən yaddaqalan doğum gününüz hansı olub?
- Ad günüm həmişə çempionatın ən qızğın vaxtına və ya milli komandaların oyununa təsadüf edib. Amma 10 il əvvəl, 50 illik yubileyimi təntənəli qeyd etdim. Mənə yaxın insanları bir araya gətirə bildim. Hamı iştirak etdiyi üçün çox sevindim. Çox yaddaqalan ad günü oldu.

- Bəs aldığınız ən yaddaqalan hədiyyə hansıdır?
- Açığı, heç vaxt hədiyyəyə fikir verən insan olmamışam. Həmişə istəmişəm ki, mənə hörmətlə yanaşılsın. Bəlkə də ən böyük hədiyyəm odur ki, hər ad günümdə ölkə daxilindən tutmuş ölkə xaricinə kimi zənglər qəbul edirəm. Bu gün də eyni hallarla rastlaşıram. Burada və vətəndən kənarda xeyli dostum var. Mənim üçün ən böyük hədiyyə budur.

- Təbriklərə gəlincə, bu gün sizi ən birinci kim təbrik edib?
- Bu gün yox, dünən gecə ən yaxınlarım – həyat yoldaşım və qızım məni təbrik ediblər. Bundan böyük xoşbəxtlik ola bilməz.


 
tarix: 01-04-2019 18:17


 
Xəbər lenti
18.07.2019

01:03   1-ci təsnifat mərhələsinə yekun vuruldu - ÇL

00:12   Rəşad Sadıqov: “Qol zamanında gəldi”

17.07.2019

23:48  Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”

23:39  “Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”

23:29  Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

23:15  “Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

23:01  “Qarabağ” avrokuboklarda 100-ə çatdı

22:52  “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində!

22:29  “Tottenhem”in futbolçusu rəsmən “Atletiko”da

21:55  Avropa Liqası: Gürcüstan klubu növbəti mərhələdə

21:27  Kristian Efros: “Fikrimi dəyişməmişəm”

21:09  Sənan Qurbanov Türkiyə toplanışını dəyərləndirdi

20:46  Əmirquliyev: “İçimizdə bir inam var”

20:11  Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

19:57  “Səbail”ə mən də qol vurmaq istəyirəm”

19:18  “Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

18:58  “Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

18:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18:22  “Zirə” növbəti transferini açıqladı

18:00  Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

17:47  Emin Mahmudov: “Hücum futbolu göstərəcəyik”

17:14  “Vest Hem”dən rekord transfer

16:50  Hollandiya Futbolçular Birliyində ukraynalı prezident

16:25  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00  Mançini “Roma”da

15:37  “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10  “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56  De Xea qərarını verdi

14:27  Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00  Premyer Liqa klubundan yeni transfer

13:42  İspan futbolçu La Liqada klubunu dəyişdi

13:21  Premyer Liqa klubunda yeni baş məşqçi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az