(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Səfehlər günü”ndə ağ yalan və qara böhtan - GÜNDƏM

“Səfehlər günü”ndə ağ yalan və qara böhtan - GÜNDƏM

Baş katibin mükafat haqda fikirləri ilə Ümumdünya gülüş günündə tanış olanlardan çoxunun bunu zarafat saydığına əminəm. Nə yazıq ki, bunun zaraftla əlaqəsi yoxdu. Hə, Elxan Məmmədov Litva ilə Bakıda 0:0 hesablı heç-heçəyə razılaşan milli üzvlərinin hərəsinə 5 min manat pul verildiyini etiraf edib.

Məsələdən xəbəri olmayanlar üçün yenə təkrar edək: FİFA reytinqində Azərbaycan millisindən 30 pillə geridə - 138-ci yerdə olan Litva ilə matçdakı bərabərliyə görə yığmadakı futbolçuların AFFA tərəfindən mükafatlandırılması media və sosial şəbəkələrdə kəskin etirazla qarşılanıb. Futbol qurumunu və "vəzir”i qamçılayan jurnalistlər, səriştəsiz idarəçilikdən cana doyan xalq fakta bacardığı şəkildə təpki göstərib.

Adam maaş almayan milli üzvlərinin heç-heçə və bərabərliyə görə həmişə pul aldığını qabardıb, bunun əvvəlki baş məşqçilərin də dönəmində eyni qaydada həyata keçirildiyini dilə gətirib. Öncə Məmmədovun futbolun dünənindən xəbərdar, stajlı futbol adamlarına danışdığı ağ yalana diqqət yetirək:

"Bir mütəxəssis demişdi ki, milliyə mükafat veriləndə burada stimullaşdırma faktoru nəzərə alınır. Mən də bunu etiraf edirəm. Futbolçular milliyə gələndə onlara gündəlik ezamiyyət xərcləri ödənilir, amma maaş olmur. Ona görə də yaxşı nəticə qeydə alınanda, qələbə və heç-heçə olanda biz çalışırıq ki, onları mükafatlandıraq. Bu, futbolçulara maliyyə dəstəyi göstərmək üçün yeganə imkandır. Amma təbii ki, mükafat ancaq və ancaq qələbə və heç-heçəyə görə tətbiq olunur”.

Azərbaycan seçməsinə 2008-ci il 6 sentyabr tarixində Uelsə səfərdə 0:1 hesabıyla uduzduğu matçdan sonra mükafat verilib. Baş katibin öz yaddaşında işlərinin çoxluğu ilə əlaqədar problem yaranıbsa, AFFA-ya yığdığı "uçeniklər”indən soruşa bilər. Mən birini xatırlatdım, amma bu, yeganə fakt deyil.

Əlbəttə, millidə top qovmaq hər futbolçu üçün xüsusi missiyadı. Litva önünə 9 "milliləşdirilmiş” futbolçuyla çıxan seçməmizdə milli rəmzlər, bayraq, milli ruh, vətən təəssübkeşliyi adlı anlayışların nə səviyyədə olduğunu yenidən xırdalamağa, gülüş günündə darğın ruhları sızlatmağa dəyməz. Deməli, pul milli ruhu olmayan yığma üçün yeganə motivasiya mənbəyidi. Niyə ingilisdə, fransızda, kosovoluda olan o ruhdan bizdə yoxdu? Mentallıq, yerli psixologiya amilini heç vaxt nəzərə almayan elxan məmmədovlar bilər…

Mənim bildiyim odur ki, mükafat faktını etirazla qarşılayan qələm əhlinə və sadə azarkeşlərə böhtan atan (futbol məmuru müzakirələrin süni şəkildə yaradıldığını söyləyib) Elxan bəy indiki postunda olduğu dönəmdə yığma heç bir ciddi uğura imza atmayacaq. Litva ilə öz meydanında "quru” heç-heçə edən komandanın üzvləri pul yox, hərəyə 5000 kəlməlik danlaq almalıydı. Neftin xalqa çatmayan pullarının hayında deyiləm. Ən azı azarkeşlərə hörmət, futbol ictimaiyyətinin sağlam fikirli nümayəndələrinə sayğı, milli rəmzlər və mentallıq xatirinə.

P.S.Böyük Britaniyada 1 aprel gülüş yox, "səfehlər günü” adlandırılır.

Nihat Ağasoy, fanat.az


 
tarix: 01-04-2019 21:36


 
Xəbər lenti
10.12.2019

01:57   “Arsenal”dan əzmkar qələbə

09.12.2019

23:02  Autsayder doğma meydanda sevindi

18:56  “Qarabağ” - “Düdelanj”: cəmi 5 min bilet satılıb

18:34  Uels yığmasının nümayəndələri Bakıda

18:00  120 illik rekord təkrarlandı

17:46  “Neftçi” yeni sponsorla müqavilə bağlayır

17:30  Şirvan da AFFA Həmkarlar İttifaqına “hə” dedi

17:07  Ayaz Quliyev “Spartak”dan ayrılır?

16:35  “Səbail” liderliyini qorudu, “Qarabağ”dan darmadağın

16:26  İngiltərə yığmasına daha bir rəqib

15:40  Premyer Liqada 150-ci qol

15:16  Rusiyaya dopinq şoku - DÇ-2022-də olmayacaqlar!

14:43  98 illik tarixlərində ilk dəfə aşağı liqaya düşdülər

14:23  “Fənərbaxça”dan şikayət edə bilərlər – FİFA-ya

14:00  Şotlandiyada Liqa kubokunun qalibi məlum oldu

13:38  İlkin Qırtımovun atası: “Qızım intihar etməyib”

13:09  Dünya futbol tarixində ikinci - Buffonu qabaqladı

12:38  Bolqarıstan millisinin üzvünə Azərbaycandan təklif

12:10  “Səbail”i məyus edən 100-cü qol

11:54  550-ci səfər qolu

11:42  “Qarabağ”ın legioneri 100-ə çatdı

11:31  2-ci dövrənin ən yaxşısı məlum oldu

11:20  Əliyar Ağayev İsrailə yollanır

11:03  İsgəndərliyə 2 müştəri: Polşa və Rumıniyadan

10:51  Gözlənilən düzülüş: “Neftçi” çempionluq yarışına qayıtdı

10:32  Bordini tarixə salan səbəb

10:17  La Liqada yeni rekordçu

10:01  Roxas “Sabah”da qalacağına ümid edir

09:47  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:31  Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü

09:14  Dadaşovun komandası “Setubal”a da uduzdu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az