(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Əsas günahkar - məsuliyyət 6nda əzilən menecer Rəfiyev

Əsas günahkar - məsuliyyət 6nda əzilən menecer Rəfiyev

Bu, “Sumqayıt”ın məğlubiyyəti deyil. Heç Sumqayıt futbolunun layiq olduğu da 0:6 olmamalıdı. “Qarabağ” “Gənclik şəhəri” təmsilçisinə qarşı normal oyununu oynadı, sadəcə, səviyyə fərqi üzə çıxdı, çünki rəqib çox zəifdi.
 
Bəs, rəqib niyə zəifdi? Təkcə ona görə yox ki, büdcəsi azdı. Az pulu ola-ola normal futbol oynayıb, yaxşı nəticə qazanmaq, ən azı abırlı uduzmaq olar. Amma “Sumqayıt” bunu da bacarmadı. Çünki qış fasiləsi boşa verilib, klubun mövcud büdcəsi də düzgün xərclənməyib.
 
“Sumqayıt” elə bu büdcə ilə ötən mövsüm avrokuboklara vəsiqə uğrunda mübarizə aparırdı, daha güclü “Qarabağ”ı kubokdan kənarlaşdırmışdı. Amma Riad Rəfiyev kluba prezident gələndən bəri hər şey dəyişib. Çünki bu adam klubu yox, öz qazancını düşünür.
 
Klubu düşünən adam qış boyunca milli komandalara baş məşqçi axtarışında olmazdı. Təbii ki, onu menecerlik xidməti üçün alacağı 100 min avro maraqlandırırdı, klub nəyinə lazımdı? Nikola Yurçeviçin təyinatından bu qədər qatladı, digər əcnəbilərdən də əlavə məbləğ. “Sumqayıt”a yalnız bir neçə gün ayırdı, həmin vaxtda da İrandan 2 nəfər tapdı. Onlardan birinin oynaya bilməyəcəyi 3-cü dövrə ərəfəsində aydınlaşdı, digərinin nə gündə olduğunu hamı görür.
 
Riad kimi təcrübəli menecer belə səhv buraxmazdı. Gör, klub onun üçün nə qədər əhəmiyyətsizdi ki, işinə barmaqarası yanaşır, Peyman Keşvarazın sənədləri ilə maraqlanmır, bir ay Türkiyədə toplanış xərclərini çəkir, sonra da lazımsız olduğu aydınlaşır. Peyman Babayi, Əmir Ağayev də onun kimi. Gözü ancaq kimisə milliləşdirməyə, qazanc götürməyə öyrəşib, klubun nəticəsi vecinə deyil.
 
Və bu məsuliyyətsizliklərin nəticəsidi ki, indi “Sumqayıt” “Qarabağ”ın 6nda qalır, hamıya aşağıdan yuxarı baxır. Gələn vurur, gedən vurur, komanda 2019-da qələbə görməyib. Hələlik azarkeşlər komandaya yiyə durur, hər oyunda tribunadadılar, lakin bu gedişlə ya onlar futboldan üz döndərəcək, ya da Rəfiyevi daşqalaq edəcəklər. Sumqayıt fanatları tələbkardı, nəticə istəyir, buna haqları da var.
 
 
Baş məşqçi Ayxan Abbasov “Zirə”də də bu aqibətlə üzləşmiş, qələbəsiz 11 oyunluq seriyaya imza atmışdı. Amma indiki durumda günahkar o deyil. Ayxan sınıq-salxaq heyətlə “Neftçi”ni kubokdan uzaqlaşdıran adamdı, lakin onun da gücü, bacarığı bir yerə qədərdi. Əlində heyət yoxdursa, bu aqibətə məhkumsan. Üstəlik, hakimlər əleyhinə kritik qərarlar verir, vacib oyunlarda uduzdurulursan və klub rəhbərin durub futbolçuları qınayır, AFFA-dakı rəhbərini müdafiə edir. Klubu yox, yiyəsini düşünən prezidentin komandası elə bu vəziyyətdə olmalıdı.
 
0:6 Rəfiyevin fiaskosu, bacarığına verilən qiymətdi. Bu gedişlə sonuncu pillədən qaçmaq mümkün olmayacaq. Növbəti turda “Keşlə” üzərində qələbə qazanılmasa, vəziyyət kritik həddə çatacaq. Futbolçular, məşqçilər ruhdan düşüb, əzmkarlıq göstərəndə hakimlər hər şeyi alt-üst edir, Rəfiyev çəpik çalır, güc yetməyəndə isə reallıq üzə çıxır.
 
Riad hələ ki, postundadı. Amma komanda diviziona düşsə, onu Sumqayıtdan birdəfəlik qovacaqlar. Hamı bilir ki, hər şüyin günahkarı odur. Bu futbolçularla, bu büdcəylə daha yaxşı nəticələr əldə olunmasının mümkünlüyü ötən mövsüm sübut edilib. Hətta məşqçi dəyişikliyi də baş aldatmaq olacaq. Rəfiyevin bacarıqsızlığı, səhlənkarlığı üzündən “Sumqayıt” bu gündədi. Bu adam öz karyerasını, qazancını düşünür, sabah başqa təklif ortaya çıxan kimi qaçacaq. Və sumqayıtlılara daha bir uğursuz mövsüm, puç olan ümidlər qalacaq...
 
FƏRİD

 
tarix: 02-04-2019 09:00


 
Xəbər lenti
16.07.2019

20:00   Franko Lerda: “Bura turist kimi gəlməmişik”

19:44   “Qarabağ”ın yeni transferinin kimliyi bəlli oldu

19:00   Qurbanov: “Təcrübəmizin olması bizim üçün üstünlükdü, amma...”

18:34   “Qarabağ”ın gücünə bələdik”

18:03   “Partizani”nin müdafiəçisi: “Biz “Kukesi”nin aqibətini yaşamayacağıq”

17:49   “Neftçi”nin potensial rəqibi yeni transferini “qocaltdı” FOTO

17:20   “Zirə”də haitili hücumçu - RƏSMİ

17:07   “Qarabağ” yeni transferini göstərdi - VİDEO

16:35   “Sumqayıt” “Akhisar Bələdiyyəspor”la qarşılaşacaq

16:21   Türkiyə klubundan kuryoz transfer

16:14   “Qarabağ”dan azarkeşlərə jest

15:56   “Səbail” Rumıniyaya getdi

15:28   “Lids”in futbolçusu Super Liqa klubunda

14:59   “Partizani” Bakıda - FOTO

14:11   “Qarabağ” Gerye ilə bağlı qərarını verdi – RƏSMİ

14:04   “Monako”da 5 illik müqavilə

13:40   “Qəbələ”dən Qurbanovla bağlı rəsmi açıqlama

13:21   Zeedorf istefa verdi

13:05   “Mançester Siti”ni “Everton”a dəyişdi

12:44   “Partizani” penaltilər seriyasına hazırlaşır

12:20   Premyer Liqadan La Liqa klubuna

12:14   Pərdis yenidən “Keşlə”də: tibbi müayinədən keçdi

11:52   Nazim Süleymanov millət vəkilləri ilə görüşdü

11:33   Əvvəlcə Bordin, sonra Efros

11:18   Faysal Rerras: “Çox möhtəşəm kluba gəlmişəm”

11:00   “Liverpul” müqavilə bağladı və icarəyə göndərdi

10:41   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

10:24   Zidanın oğlu Portuqaliya klubunda

10:05   Yurçeviçin hesabatı: legionerlərdən narazıdı

09:45   Karikari yenə Azərbaycana gəlir

09:30   “Çelsi”də 4 illik müqavilə

09:19   “Neftçi” Saşanı istəyir

09:07   “Sumqayıt”da İsayev düyünü: Rəfiyev klubu yox, öz qazancını düşünür

09:00   Yaponiya millisinin üzvü rəsmən “Barselona”da

01:09   “Qəbələ” Boluda doluya düşdü

00:35   “Qəbələ”nin daha bir futbolçusu Çexiya klubunda

00:16   Davit Volkov: “Dinamo” ilə şanslarımız bərabərdi”

15.07.2019

23:21  “Neftçi” Kvame Karikari ilə müqaviləyə xitam verdi

22:08  “Neftçi”də istirahətə son, hazırlığa davam

20:22  ABŞ millisinin üzvü rəsmən “Beşiktaş”da

19:33  “Qarabağ”ı keçmək üçün hər şeyi edəcəyik”

19:00  “Qarabağ” - “Partizani”: Mətbuat konfransları və son məşqlər

18:35  “Yuventus” yeni transferini təqdim etdi

17:44  “Sevilya”dan növbəti transfer - RƏSMİ

17:15  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:53  Yunanıstanlı müdafiəçi “Zirə”də

16:34  “Fənərbaxça”dan ayrılan futbolçu La Liqa klubunda

16:15  Korneliu Papure: “Səbail” bizə sürpriz yaşada bilər”

15:54  Kasilyasın yeni iş yeri bəlli oldu

15:36  Azərbaycanlı hakim DÇ-nin seçmə mərhələsində

15:12  Türkiyəyə gətirildi, müqavilə bağlamaqdan son anda imtina etdi

14:50  “Neftçi” və “Səbail”in cavab oyunlarının hakimləri açıqlandı

14:36  “Neftçi” - “Speranta” matçının biletləri satışda

14:06  “Fənərbaxça”nın 4 futbolçusu rəsmən “Rizəspor”da

13:39  Emil Balayev rəmzi komandada - FOTO

13:12  “Partizani”nin cavab matçı üçün start heyəti

12:50  Orxan Hüseynzadə ÇL matçına təyinat aldı

12:35  La Liqa klubundan rekord transfer

11:51  Əsgərovun komandası darmadağınla 1/4 finalda

11:30  Emil Balayev: “Bizə çətin olacağını bilirdik”

11:15  AFFA “Turan Tovuz”la bağlı tender elan etdi

11:00  “Qarabağ” – “Partizani”: Hakim təyinatları açıqlandı

10:45  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

10:30  Paşayevli “Aleksandriya”ya 1 qol bəs etdi

10:00  “Valensiya” 50 milyonluq hücumçu aldı

09:30  “Partizani”nin baş məşqçisi: “25 milyonluq büdcəsi olan komandaya qarşı oynayırıq”

09:00  “Qəbələ”dən ayrılan daha bir futbolçu İsrailə üz tutdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az