(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“AFFA-nın nəzarətində olmayan Premyer Liqa təmsilçilərindən dəvət alacaq”

“AFFA-nın nəzarətində olmayan Premyer Liqa təmsilçilərindən dəvət alacaq”

Tanınmış jurnalist, bir müddət "Kəpəz”in icraçı direktoru kimi çalışan Elnur Camalxanov millinin sabiq inzibatçısı İslam Abbasov barədə fikirlərini bölüşüb. Sosial şəbəkədəki profilindən ürəyini boşaldan Camalxanov İslam Abbasova qarşı haqsızlıq edildiyini düşünür.
 
Geniş publika üçün maraqlı olacağını nəzərə alaraq, həmin statusu sizə təqdim edirik: "Bu dəfə idmandan yazacam. Ozü də futboldan. Gülməli də olsa... Daha doğrusu, futbolla əlaqəli bir şəxsdən.
 
Bu nə müdafiə xarakteri daşıyır, nə də hücum. Heç vəkillik etmək fikrim yoxdur. Haqqında yazacağım şəxs nə qohumum deyil, nə də uzun illərin dostu, yoldaşı. Cəmi bir ildir tanıyıram. Bəlkə də bir az artıq. Ümumiyyətlə, futbolla ilgili şəxslərin bir çoxu ilə şəxsi tanışlığım elə bu müddətdə baş verib. "Kəpəz” Futbol Klubuna icraçı direktor təyin olunduqdan sonra. O cümlədən də vaxtilə milli komandanın Baş inzibatçısı və mənimlə eyni vaxtda "Kəpəz” PFK-nın Müşahidə Şurasının sədri işləmiş İslam Abbasovla. Nə tərif edəcəm, nə də pisləyəcəm. Tam səmimi düşüncələrimi yazacam.
 
Bəlkə də soruşacaqsız - NİYƏ? Səbəbini deyim... Son dövrlər bəzi mətbu orqanlarda bu şəxs haqqında neqativ yazıların şahidi oldum. Yazanlar isə həyatda bircə dəfə də olsun Abbasovla üz-üzə gəlməyib, onunla təmasda olmayan, elə tanımadıqlarına görə də mövzularında haqsızlıqlara yol verən jurnalist dostlarımızdır. Bir növ onları qınamıram. Çünki məlumatsızlıq onları "eşitdiyimizə görə”, "deyilənlərə görə”, "etibarlı mənbələrə görə” kimi ümumiləşdirlmiş, qeyri-peşəkar istinadlara söykənməyə məcbur edir. Hansı ki, peşəkar jurnalist belə istinadlardan kənar durmalıdır. Durmadıqda isə kiminsə haqqının tapdandığının fərqində olmurlar.
 
Haqsızlıq edənlə onu görüb göz yuman da eyni günahın sahibi olduğunu hamınız yaxşı bilirsiz. Düzü, bu prinsipin ozünü qorumaq da hədsiz çətin bir məsələdir. Bəlkə də mənim də göz yumduğum məsələlər olub, unutmuşam. İndi isə nə qədər ki, unutmamışam, bir-iki qeydlərimi çatdırım. Heç bir şişirtmə olmadan. Onunla tanışlığımız AFFA-dan başladı. İlk söhbətimiz də çox yaxşı alındı. Qısa vaxtda yol yoldaşı olduq. Və bu yoldaşlıq peşəkar fəaliyyətimizlə əlaqədar daha da intensivləşməyə başladı. Bu müddət ərzində onun işinə nə qədər peşəkar və məsuliyyətlə yanaşan bir mütəxəssis olduğunu gördüm. Düşüncə tərzi, intellekti, qayğıkeşliyi, təəssübkeşliyi və ciddiliyi diqqətimdən yayınmadı. Hətta dəfələrlə olub ki, dost-tanış, o zamankı rəhbərim və keçmiş jurnalist həmkarlarım arasında da belə bir fikir səsləndirmişəm: AFFA da İslam qədər işinə peşəkar, məsuliyyətli və ürəkdən yanaşan (bir-iki nəfər də daxil olmaqla) başqa bir adam görmədim.
 
Hətta son oyunda yaşanan biabırçılıq da peşəkarın öz yerində olmamasından irəli gəlirdi. Yəqin ki, bu faktı danmayacaqsız. Bu gün forma qalmaqalında adı hallandırılan bu şəxs, yəni İslam Abbasov Müşahidə Şurasının sədri kimi özünə çatacaq (rəhbər və bütün komanda üzvlərinə verilir) forma dəstindən belə imtina edirdi. Aylarla əməkhaqqı almayan klub əməkdaşlarının haqqını qorumaqdan ötrü mübarizə aparırdı. Dəfələrlə müəyyən işləri tez bir zamanda həll etmək, komandanı yarışlara ezam etmək üçün ya öz şəxsi vəsaitindən, ya da dostlarının köməyindən istifadə etdiyinin şahidi olmuşam. Sizcə beləmi olmalıydı? Təbii ki, xeyir. Hətta bir neçə dəfə söhbət əsnasında çox yorulduğunu və işdən gedəcəyini də açıqlamışdı.
 
Düşünürəm elə bu səbəbdən də gedib, bəzilərinin dediyi kimi QOVULMAYIB. Heç şübhə etmirəm ki, bu cür mütəxəssis işsiz qalmayacaq. Ən azından AFFA-nın nəzarətində olmayan Premyer Liqa təmsilçilərindən tezliklə dəvət alacaq. Çox xüsusiyyətlərin saya bilərəm. Amma oxumağa vaxtınız olmayacaq. Olsa da bəlkə də inanmayacaqsız. Amma bütün bunların şahidi olan bir şəxs kimi bildirmək istəyirəm ki, o cür xarakterin sahibi heç vaxt kiminləsə əlbir olub forma alverinə qol qoymaz, əziz həmkarlar. Düzdür, futbol oyundur. Amma yaşıl meydanda. Siyası meydanda (bəzi fürsətçilər üçün) olan futbola isə qoşulmasaq daha yaxşı olar. Qoşulsanız da ədalət tərəzinizi özünüzlə götürməyi unutmayın....”
 
Camalxanovun başlığa çıxardığımız cümləsi onun kimlərin bostanına daş atdığını, kimdən narazı olduğunu aşkar göstərir. Əlavə şərhə ehtiyac yoxdu – hamı Azərbaycan futbolunu kimin məhv etdiyini gözəl bilir. Amma işləyəndə danışmırlar, ofsayda düşən kimi səsləri çıxır. Halbuki dünənə kimi baş katib Elxan Məmmədova çəpik çalanlardan biri də elə Elnur bəy idi...

 
tarix: 01-04-2019 22:04


 
Xəbər lenti
09.12.2019

02:08   Marsel “Olimpik”indən inamlı qələbə

01:56   “Sevilya” səfərdə xal itirdi

01:38   “Milan” 3 xalı 3 qolla qazandı

00:43   Yığmamızda oynayan futbolçunun bacısı intihar etdi

08.12.2019

23:08  “Beşiktaş”dan növbəti qələbə

22:58  “Verder” autsayderə məğlub oldu

22:28  “Lester Siti”dən ardıcıl 8-ci qələbə

21:17  “Psixoloji baxımdan da əhəmiyyətli qələbədi”

20:12  Rahid Əmirquliyev: “Klubda daxili problemlər var”

20:07  “Sumqayıt” “Qəbələ”dən heç-heçə - VİDEO

19:58  “Sabah” “Neftçi”yə belə məğlub oldu - VİDEO

19:46  “Zirə” - “Səbail” matçında 5 qol - VİDEO

19:20  Sopiç: “Pul mənim komandamda heç vaxt önəmli rol oynamayacaq”

19:13  “Futbolçular tapşırıqlarımıza əməl etdilər”

18:57  “Neftçi” və “Zirə” ili qələbə ilə başa vurdu

18:20  “Səbail”lə kubok oyunları daha çətin olacaq”

18:09  Aftandil Hacıyev: “Səbail”dən gedənlərin sayı artacaq”

17:27  Ayxan Abbasov: “Bu komanda 1-2 ildən sonra daha iddialı ola bilər”

17:16  Elmar Baxşıyev: “Onların cəzasını özümüz verəcəyik”

16:12  Qvardioladan antirekord

14:40  “Real”ın 1700-cü qələbəsi

14:21  Nazim Süleymanov Şirvanda da təşkilat yaratdı

14:00  Messi Ronaldonu geridə qoydu

13:40  Beqoviç üçün 2 ölkə seçimi

13:04  Millimizin üzvü üçün 28 dəqiqə və 1 xal

11:58  Əliyev komandasına qələbə qazandırdı, yenə matçın ən yaxşısı seçildi

10:31  Paşayevli “Aleksandriya”dan darmadağın

10:00  “Qarabağ”ın rəqibi 4 qolla 1/4 finalda

09:30  Turabovun komandasından “Partizani” üzərində qələbə

02:07  “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50  “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36  PSJ Monpelyedən də qələbə ilə döndü

00:02  “Borussiya” “Bavariya”ya da qalib gəldi

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az