(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Marko Deviç: "Sabah"a keçidimdə maliyyə əsas rol oynamadı”

Marko Deviç: "Sabah"a keçidimdə maliyyə əsas rol oynamadı”

“Heç “Rubin”də oynadığım vaxt məni Ukrayna millisinə çağırmırdılar. Fikrimcə, milliyə kömək edə bilərəm” - bunu “Sabah”ın hücumçusu Marko Deviç deyib.
 
Serbiya əsilli forvard şərəfini qoruduğu Ukrayna millisinə qayıdışı perspektivinə toxunub. 37 yaşlı futbolçu Ukrayna mətbuatına müsahibəsi zamanı şansının az olduğunu söyləyib: “Azərbaycan çempionatı o səviyyədə deyil ki, yığmada oynayım. Bu, millinin baş məşqçisi Andrey Şevçenkonun futbolçularını görmək istədiyi səviyyə deyil. Bilmirəm, necə kömək edə bilərəm. Bəlkə də, 15-20 dəqiqə meydana çıxa bilərəm. Mən həmişə yanınızdayam, kömək lazım olsa, yığmaya çağırmaq lazımdı”.
 
Deviç dəvət alacağına inanmadığını vurğulayıb: “Vaduts”a keçəndən sonra məlum idi ki, bir də çətin nəvaxtsa milliyə dəvət etsinlər. Şevçenkonun komandası indi çox yaxşı çıxış edir. Futbolçular legioner həyatı yaşayır ki, bu da sevindiricidi. Bir az bəxtləri gətirsə, hər şey daha yaxşı olacaq. Fikrimcə, yığma getdikcə daha güclü olur”.
 
Deviç AVRO-2020-nin seçmə mərhələsi barədə fikirlərini də bölüşüb. O, eyni qrupda yer alan Ukrayna və Serbiya yığmasının şanslarını bərabər sayıb: “Serbiya və Ukrayna yığmalarının ikisinin də final mərhələsinə vəsiqə qazanmasını istəyirəm”.
 
Veteran oyunçu "Sabah"ı seçməsinin səbəbini də açıqlayıb: "Azərbaycan çempionatında ən böyük rəqiblər "Qarabağ"la "Neftçi"di. "Neftçi" ilə son oyunumuza 1000 azarkeş gəlmişdi. Bilirsiniz, "Sabah" yeni yaranmış komandadı. Azərbaycan futbolunda infrastruktur yaxşı səviyyədədi. Bura gəlməzdən əvvəl klub prezidenti ilə söhbətimdə də fikirlərinin ciddi olduğunu gördüm. Yəni burda maliyyə əsas rol oynamadı. Bildirdim ki, hələ 2 il oynamaq istəyirəm, o da mənə 2 illik müqavilə təklif etdi. Hər şey ürəyimcə oldu. Hələ ki, özümdə oynamağa güc hiss edirəm. Başqa variantlar da var idi. Məsələn, Ukraynada "Çernomorets"dən təklif almışdım. Amma yeni təcrübə, həyəcan üçün Bakıya gəlməyi seçdim".
 
Bakı haqda müsbət fikirlər səsləndirən Deviç "Sabah"dakı qazancından da söz açıb: "Bakıda hava dəyişkən olur. Gah hava isti keçir, gah da soyuq. Maraqlı şəhərdi. Həm yaşamaq, həm də futbol oynamaq üçün bura əlverişlidi. Çempionatda da bütün komandalar, demək olar ki, Bakıda məskunlaşır. Hansısa səfər oyununa təyyarə ilə getməyə ehtiyac olmur. O ki qaldı məvacibimə, "Volın"dakı qazancımdan bir az çox alıram. Üstəlik, mükafatlar da olur".

 
tarix: 02-04-2019 11:45


 
Xəbər lenti
23.07.2019

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

22.07.2019

21:41  “Neftçi” Tulaya nə vaxt gedəcək?

19:15  Meza Kolli rəsmən “Keşlə”də

18:20  Azərbaycanda daha bir klub dağıldı

17:41  Millimizin 3 futbolçusu Rusiya klubunda - RƏSMİ

17:15  “Portu”dan ayrılan futbolçu Qətər klubunda

16:50  Avroliqada 3-cü təsnifat mərhələsinin püşkü atıldı

16:35  “Qarabağ” İrlandiyaya yola düşdü

16:18  “Qəbələ” üçün “Feyenoord”, “Neftçi” üçün “Bney Yehuda”

15:51  “Arsenal” - “Neftçi”: Mətbuat konfranslarının vaxtı bilindi

15:30  Millimiz Latviyaya qalib gəldi

15:08  Avroliqanın Çempionlar yolunda 3-cü mərhələnin cütlükləri

14:50  “Qarabağ”ın Avroliqadakı potensial rəqibləri məlum oldu

14:28  3-cü təsnifat mərhələsinin püşkü atıldı - ÇL

14:09  “Qarabağ”ın potensial rəqibi bəlli oldu – ÇL-də

13:47  Messinin 130 minlik avtomobili əlindən alınır

13:00  “Qarabağ”ı təhlil etmişik, yenə də edəcəyik”

12:37  “Napoli”ni “Benfika”ya dəyişdi

12:16  295 minə aldı, 16 milyona satdı - “Fənərbaxça”

11:47  Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:00  AFFA-da dava: əlbəyaxa oldular

10:47  Qeye “Neftçi” ilə anlaşıbmış

10:28  PAOK-dan Super Liqa klubuna

10:15  Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00  Fransalı futbolçu London klubunda

09:48  AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34  Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23  Milli komandada baş məşqçi istefası

09:11  Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00  Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az