(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Mövsümün 200-cü qolu

Mövsümün 200-cü qolu

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün 200-cü qolu vurulub.

Futbolinfo.az xəbər verir ki, bu, 22-ci turun “Sumqayıt” – “Qarabağ” oyununa təsadüf edib. 

Qonaqların 6:0 hesabı ilə qalib gəldiyi matçda vurulan sonuncu top mövsümdə 200-cü olub. Yubiley qoluna 84-cü dəqiqədə Abdullah Zubir imza atıb. Vurulan 200 qol 22 turun 86 görüşünə (digər iki oyunda texniki nəticə qeydə alınıb) təsadüf edib. Çempionatda orta məhsuldarlıq 2,33-ə bərabərdi.

Qeyd edək ki, mövsümdə ilk qolu 1-ci turun “Sumqayıt”la oyununda (2:0) “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov, 50-ci qolunu “Səbail”lə 6-cı turda (4:0) onun sabiq komanda yoldaşı Dario Frederiko vurub. 100-cü top 11-ci turun “Qəbələ” – “Qarabağ” görüşündə (1:3) hesabı açan Ceyms Adeniyinin aktivinə yazılıb. 150-ci qol isə 17-ci turun “Neftçi” – “Keşlə” qarşılaşmasında (2:0) hesabı açan Emin Mahmudovun hesabındadı.


 
tarix: 02-04-2019 12:42


 
Xəbər lenti
24.05.2019

00:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

23.05.2019

21:22  “Şüvəlan” Naxçıvanda çempion oldu

18:38  Avroliqanın Bakı finalına yeni formalarla

17:46  La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

17:07  “Bu, Bakıda kuboku qaldırma ehtirasımızı artırıb

16:41  Paytaxt klubu daha bir futbolçusu ilə vidalaşdı

16:05  “Neftçi”nin Türkiyədəki ilk rəqibi müəyyənləşdi

15:51  Nazim Süleymanov Gəncə veteranlarını da birləşdirdi

15:41  Hollandiyalı futbolçu rəsmən “Barselona”da!

15:12  Avroliqanın final matçının açılış mərasimi üçün Conas Blu

14:44  UEFA-dan “Arsenal”a finalla bağlı xəbərdarlıq

14:25  “Fənərbaxça”nı Yunanıstan klubuna dəyişir

14:06  Millimizin forvardı “Visla”dan cavab gözləyir

13:26  43 yaşında karyerasını başa vurdu

13:05  “Sabah” futbolçu seçimi elan etdi

12:48  Villian: “Bakıdakı finalda qalib gəlməliyik”

12:27  Xorvatiya kubokunun qalibi bəlli oldu

12:01  David Luis: “Azərbaycan gözəl ölkədi”

11:42  Rusiya kubokunun qalibi bəlli oldu

11:24  “Çelsi” və “Arsenal” final biletlərini qaytarır

11:00  “Barselona”da ciddi itki - finalda oynamayacaq

10:30  Rudi Qarsiya istefa verdi

10:00  Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30  Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00  Paşayev üçün 90 dəqiqə və 1 xal

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az