(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
3R-lə 3S-in qovuşması: “Sumqayıt”ın Saxta Strategiyası

3R-lə 3S-in qovuşması: “Sumqayıt”ın Saxta Strategiyası

Bu, sumqayıtlıların əsəbiylə oynamaqdı. Artıq 9 ildi ölkənin əhali sayına görə ikinci ən böyük şəhərinə qondarma klub calaq ediblər və yerli camaatı aldatmaqla məşğuldular.
 
Daim futbolda öz dəst-xətti olan, yetirmələri milli komandaların əsas zərbə qüvvəsini təşkil edən “Gənclik şəhəri” indi asılı vəziyyətə salınıb. Hətta SSRİ-nin müxtəlif yaş qrupundan olan yığmalarına futbolçu verən, Arif Əsədov kimi Avropa, dünya çempionu yetişdirən Sumqayıt futbol məktəbi son illər heç Azərbaycan millisində də təmsil olunmur.
 
Şəhər də həminkidi, əhalisi də, futbolu sevən fanatları da, uşaq məşqçiləri də. Sadəcə, bu şəhərdə futbolu idarə edənlər dəyişib, Sumqayıt Sumqayıtdan olmayanların, Sumqayıtı sevməyənlərin, Sumqayıtı düşünməyənlərin əsirinə çevrilib. AFFA-nın himayəsində can verən, süni nəfəs aparatına qoşularaq yaşadılan, hər an ölüm riskinə atılan şəhər futbolunun ənənələri beləcə məhv edilir. Gəncə, Tovuz, Lənkəran, Mingəçevir kimi…
 
“Sumqayıt” milli komandalara ehtiyat qüvvə hazırlanması məqsədi ilə yaradılmışdı. AFFA bunu əsas gətirərək şəhərdə tarixi olan klubları (məsələn, “Xəzər”i) bərpa etmədi, yenisini yaratdı, ilk vaxtlar adını da qaqaşvari seçdi. Londonda oxumuş ruskafalılar Azərbaycan çempionatının Güclülər Dəstəsini Premyer Liqaya çevirdi, bu şəhərin komandasını da “Sumqayıt Şəhər” (Siti) adlandırdılar. Bəxtiyar Vahabzadə demişkən, “kasıb kasıblığını gizlətmək üçün, itinin adını Gümüş çağırır”.
 
Zaman keçdi, bu ad məsxərəyə qoyuldu və klub “Sumqayıt”a çevrildi, strategiya isə dəyişmədi. Əməl olunsaydı, pis deyildi, amma saxta olduğunu sonrakı illər göstərdi. Əslində, bu klub kimlər üçünsə pul silmək vasitəsinə çevrildi.
 
İndi “Sumqayıt”dan neçə futbolçu əsas milli komandamızdadı? Son 2-3 ildə kimsənin adını çəkə bilmərik. Hətta namizəd olan da yoxdu, arabir düşərgəyə cəlb edilənlər tapılır. Yalnız “Qarabağ”dakı uğurlarına görə Əfran İsmayılov arabir kiminsə yadına düşür. Sumqayıt futbolu o günə qalıb ki, son sınaq matçında ötən il İsraildə oynayan, bu ölkə ilə nəfəs alan Əli Babayevə 28 yaşında (!) “tapıntı” adı altında milli forma geydirilir. Komandanı son pilləyə salanlardan biri, damarlarında İsrail qanı axması ilə fəxr edən Əli…
 
“Sumqayıt” milliyə namizədlərin məkanı olmalı, bu komandalara düşmək üçün çalışanlar yetişdirilməliydi. Amma heyətdəki oyunçuların 20-30 faizi yaşca baş məşqçidən böyükdü, karyeralarının qürub çağını burada yaşayırlar, qalanları isə digər komandalarımıza lazım olmayan yerlilər və məqsədli gətirilən əcnəbilərdi.
 
Komandanın normal büdcəsi var, klub xüsusilə yerli gənclərə güvənmək üçün kifayət edəcək vəsaitə sahibdi. Lakin seçilən strategiya ilə manipulyasiya edirlər. Milliyə namizədlər hazırlanır deyə, əcnəbi transferinə qadağa qoyulub, guya ki, legioner gətirilməsi yasaqdı. Lakin reallıq başqadı: hazırda əsas heyətin 8 üzvü əcnəbidi, milliləşdirilərək oynadılır. Nə Atilla Yıldırım milli komandaya yüksələcək səviyyədədi, nə Peyman Babayi, nə də Mehdi Cənnətov. Sadəcə, bu adla israillini, iranlını, dağıstanlını azərbaycanlı edib, pul qazanırlar.
 
Və bu, təkcə Riad Rəfiyevin günahı deyil. Hə, o baş roldadı, klub prezidentidi, bütün əcnəbilərin həm də şəxsi meneceridi. Ötən illərdə klub rəhbərliyi başqası olanda da əsas əməliyyatları o həyata keçirirdi. AFFA-dakı himayədarı, baş katib Elxan Məmmədov şərait yaradır, o isə pulsilmə dəzgahını işlədirdi. Rəfiyev Sumqayıt“ın prezidenti olsa da, bütün xəyalı futbolçu transferindən qazanmaq, milli üzvlərini klublara yerləşdirib faiz “tutmaq”, milli komandalara məşqçi gətirib kompensasiya əldə etməkdi.
 
Bu saxta strategiya olmasaydı, 3-4 səviyyəli legioner gətirilər, onların yanında yerli gənclər oynadılardı. Belədə həm nəticə yaxşılaşar, həm də həqiqətən şəhər üçün gələcək nəsil yetişərdi. Və əmin olun ki, o zaman komandanın nəticələri də daha yaxşı olardı.
 
Əcnəbilərdən imtina qərarı pis deyil, bir şərtlə ki, buna əməl edəsən. Sumqayıt futbolunda yeni nəsil üzə çıxsaydı, “bravo” deyərdik. Lakin ötən 9 ildə “Sumqayıt” milli komandalar üçün kimi yetişdirib, kimi yığmaların daimi üzvünə çevirib? Pərdis Fərcad-Azad, Uğur Pamuk, Andrey Popoviç, onlarla dağıstanlı, türkiyəli yalnız öz karyeralarını qurub, yüzminlər qazanıb, kimlərəsə qazandırıblar. Milli komandada isə hərəsi heç 5-6 oyun keçirməyib, arabir düşərgəyə çağırılıb, lazımsız biliniblər. Çünki saxta strategiyanın məhsullarıdılar.
 
İndi “Sumqayıt” turnir cədvəlinin dibindədi. Amma yerli cammat futbolu sevir. Son turun digər 3 oyununa 2200 azarkeş gəlmişdisə, təkcə “Gənclik şəhəri”ndə 2000 adam matçı tribunadan izləyirdi. Halbuki “KapitalBank Arena”nın tutumu imkan versəydi, bu say ikiqat olardı, çünki bir o qədər insan da meydanın kənarındakı hasarlardan boylanırdı. Kluba o qədər diqqətsiz yanaşılır ki, hətta futbol üçün can verən yerli camaatın asudə vaxtını təmin etmək də yaddan çıxıb. Halbuki “daydaylı” Qvanzav Maqomedovu, Atilla Yıldırımı əvəzedici heyətdə oynadan rəhbərlik, bu faydasız milliləşdirilənlərə xərclədiyi pula yeni tribunanı çoxdan tikib təhvil verərdi.
 
Sumqayıt futbolu belə idarə olunur. AFFA-nın, klub prezidentinin öz maraqları var, şəhər rəhbərliyi özünü görməməzliyə vurub, haqqı tapdanan yerli istedadlar, nəticə həsrətiylə qovrulan azarkeşlərdi. Halbuki Sumqayıt çoxdan avrokuboklarda təmsil olunmalıydı.
 
Riad Rəfiyevin 3R adlanan menecer şirkətinin işləri qaydasında getsin, sumqayıtlılar hər matçdan sonra 3S-lə (“Sumqayıt”ın saxta strategiyası) köks ötürsə də olar…
 
CAVAD

 
tarix: 03-04-2019 09:00


 
Xəbər lenti
15.10.2019

22:23   “Daha çox qol vura bilərdik, amma heç-heçə də ədalətli olardı”

21:51   Millimiz İsveçrəyə Sumqayıtda uduzdu

20:37   Çempionlar Liqasının finalı İstanbuldan alına bilər

19:49   İbrahimoviç “ən yaxşı” adına namizədlər arasında

19:20   UEFA Türkiyəyə qarşı intizam işi açdı

19:00   Millimiz San Marinoya qalib gəldi

18:41   Tovuzda və Gəncədə danışılmış oyunlarla bağlı seminar keçirildi

18:24   Narkotik alverçisi olan sabiq futbolçu ABŞ-a təhvil verilir

18:00   Milli karyerasını başa vurdu

17:42   35 ildən sonra…

17:20   Elita hakimləri Divizion oyunlarına təyinat aldı

17:00   Premyer Liqada 8-ci turun hakim təyinatları

16:41   “Hansısa komanda uduzan kimi 2-3 pillə aşağı düşür” - Alxasov

16:27   Riçard Qadze: “Yenidən evimə qayıtdım”

16:08   İvan Rakitiç: “Azərbaycanla heç-heçədən sonra...”

15:44   Fransızların tələbi: UEFA Türkiyəyə sanksiya tətbiq etsin

15:26   Millimizin lideri - Ramil Şeydayev!

15:01   UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödədi

14:42   Premyer Liqanın 8-ci turu rəqəmlərin gözü ilə

14:21   AFFA hakimi söyən futbolçuları cəzalandırdı

14:00   Şenol Güneş: “Bunu Makrondan, Trampdan soruşun”

13:42   Millinin Macarıstanla oyunu “Bol idman”da müzakirə edildi - VİDEO

13:30   Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə

13:17   Ronaldo 700-cü qoluna imza atdı: “Rekordlar özü məni tapır”

12:43   “Azərbaycan insanların düşündüyündən güclüdü”

12:21   Millimiz San Marino ilə üz-üzə

12:07   AÇ-2020-nin oyununda “meymun səsləri”

11:48   Türkiyə millisi Fransadan səfərdə də xal aldı - VİDEO

11:21   Uçurumun dibində: dövləti unutduran AFFA

11:03   Cüzeppe Rossi rəsmən La Liqa klubunda

10:51   “Fənərbaxça”nın zədəliləri sıraya döndü

10:37   Paytaxt klubunda yeni futbolçu

10:23   Almeyda APOEL-ə qarşı oynaya biləcək

10:12   Təhlükəli mitinq oyunu

10:00   Almaniya klubundan türk futbolçu ilə bağlı sərt qərar

09:39   PSJ-də Neymar şoku – 4 həftə olmayacaq

09:27   Fransa klubunda yeni baş məşqçi

09:11   “Spartak” Tedeskoya tapşırıldı

09:00   Şeydayevin həqiqəti: “Oynadığımız oyuna görə utanıram”

08:45   Macarlar qrupdan çıxsa, Bəhlula hədiyyə göndərəcək

00:46   Ukrayna AÇ-2020-də, Türkiyədən Fransa ilə heç-heçə

14.10.2019

23:45  “Qarabağ”ın legioneri sıradan çıxdı

20:04  Azər Bağırov “Qəbələ”də - RƏSMİ

19:48  Rudi Qarsiya rəsmən Lion “Olimpik”ində

18:30  Millimizin rəqibinin heyəti açıqlandı

18:00  “Bəlkə də, ömrümün sonuna qədər bunun peşmançılığını çəkəcəm” – Rəşad Sadıqov

17:42  Lion “Olimpik”ində yeni baş məşqçi

17:21  Təsəllin mübarək, AFFA!

17:00  “Qalatasaray”ın sabiq futbolçusu karyerasını başa vurdu

16:40  FIFA referimiz “Yuventus”un oyununda

16:22  Azərbaycanlı azarkeşlərdən etiraz aksiyası: “Xalımızı geri qaytarın”

16:11  Mançininin taleyinə aydınlıq gəldi

15:50  Millimizin rəqiblərindən heç-heçə - VİDEO

15:40  Sadıqov da etiraz etdi: "Daha bu qədər də haqsızlıq olmaz!" - FOTO

15:31  Uçurumun dibində: 2019-da millilərimiz 67 oyuna cəmi 8 qələbə görüb

15:22  "Hiqler Azərbaycan millisini "dəfn etdi" - Avropa mətbuatı

15:06  Fiasko...

14:41  Adı “Sabah”la hallanan məşqçi Polşa klubunu çalışdıra bilər

14:05  Fransa - Türkiyə matçında 40 min türk

13:48  Messi və Aquero yığmaya nə vaxt qayıdacaq?

13:27  “Qarabağ”da aprel şəhidlərinin övladlarıyla 1 gün - VİDEO

13:02  “Əsas odu ki, hələ sağıq”

12:43  Millimizin rəqibi Paraqvayla bacarmadı

12:24  Beyl Azərbaycanla oyunu buraxa bilər

12:01  Rusiya yığmasından Kiprə 5 cavabsız qol - VİDEO

11:45  Bəhlul Mustafazadə: “Top 100 faiz əlimə dəyməmişdi”

11:30  Uels yığması Bakıya itki ilə gələcək

11:15  İtaliya yığmasında itki

11:00  “Dua edirdim ki, hər hansı səbəbdən qol sayılmasın”

10:44  “Qol sayılmayıbsa, buna görə biz üzr istəyəsi deyilik”

10:30  Cavid Hüseynov: “Bu, onsuz da həmişə belə olub”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az