(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
BOS-da çadır şəhərciyi və ya təyyarə anqarı

BOS-da çadır şəhərciyi və ya təyyarə anqarı

Bakı Olimpiya Stadionu (BOS) istifadəyə veriləndən sonra bu arenanın xərclərini qarşılamaq üçün çox variant fikirləşdilər. Hansısa bir klubun oyunların burada keçirməsi mümkün olmadı, çünki tamaşaçı tutumu böyük, idman qurğusunun yeri narahat idi. Premyer Liqada bir mövsümə 65 min azarkeş yığmaq olmur, o ki qaldı bu qədər tutumu olan arenanı hansısa kluba təhkim edəsən.
 
Bir ara müxtəlif korporativ tədbirlər planlandı, hətta BOS-da toy mərasimlərini təşkil etmək variantı ortaya atıldı. Lakin bəlli oldu ki, hamısı xəyaldı, reallıqdan uzaqdı. Bir çox ofislərin burada yerləşməsi də böyük xərclərin qarşılanması üçün yetərli deyil. Bu arenanı ancaq böyük yarışlarda istifadə etmək olardı.
 
“Qarabağ”ın sayəsində 2 mövsüm yola verildi. Çempionlar Liqasının, ardınca Avropa Liqasının qrup oyunlarını burada keçirən ağdamlılar belinə yüklənən icarə haqqını ödəyib, idman qurğusunun nəfəs almasına şərait yaratdı. Milli komandanın oyunlarının məcburən bura salınması da çıxış yolu deyildi. “Neftçi” Sağlamlıq İdman Mərkəzinin balansına verilən arenanın saxlanma xərclərini SOCAR qarşılayır və obyekt hazırda zərərlə işləyir.
 
2015-ci ildəki Avropa Oyunlarından sonra BOS böyük yarışlar qəbul etməli idi. Və buna dövlət qayğısı sayəsində nail olundu. Ali futbol qurumları ilə böyük sponsor anlaşmalarından sonra 2019-cu ilin mayında baş tutacaq Avropa Liqasının final matçı və Avro-2020-nin bir qrupunun, eləcə də ¼ finalın bir matçının BOS-a salınması mümkün oldu. Bunların davamlı olması üçün mütləq etimad doğrulmalı, yüksək təşkilatçılıqla seçilməliyik. Bəs, biz nə edirik?
 
Avropa Liqasının finalına sayılı günlər qalıb. AFFA təşkilati məsələlərdə bacardığını edir, oyuna marağın böyük olmasını bilet satışındakı fəallıq da göstərir. Maraq o qədər çoxdu ki, onlayn bilet sifariş edənlər arasında püşk atılacaq. Bütün bunlar ölkəmizdə futbola marağın səviyyəsini göstərir və müsbət məqamdı.
 
Lakin BOS finala hazırdımı? Təşkilatçılara inansaq, hə! Bununla belə, xoş olmayan mənzərələr də var. Ölkəmizə turist kimi gələcək qonaqlar idman qurğusunu gəzsə, ən azı onu kənardan seyr etsə, evə xoş təəssüratlarla qayıtmayacaq, əksinə, xeyli məzəli videolarla gündəmə gələcəyik. Stadionun kənarındakı hündürlükdən baxanda ümumi panoramanı görsəz, siz də belə düşünərsiz.
 
BOS-un ərazisində müxtəlif meydançalar salınıb. Əksəriyyəti idman qurğusunu tam bir kompleks kimi göstərir, lakin mini-meydanların olduğu ərazidə xaosdu. Bildiyimizə görə, stadionun bu ərazisi müxtəlif adamlar tərəfindən 50 il müddətinə icarəyə götürülüb. BOS-un xərclərinin böyük hissəsini məhz bu meydançalardan gələn gəlirlə qarşılamaq mümkün olduğu halda, bu hissə çox ucuz qiymətə icarəyə verilib və orada müxtəlif insanlar şəxsi biznesini qurub. Hamısı tanışlar, qohumlar olduğu üçün 5 qat qazanmaq imkanı əldə ediblər.
 
Bəlkə də biznesin qaydalarıdı, belə də olmalıdı. Amma onlardan da müəyyən tələblər olmalıdı. Ümumi görünüşü korlamamaq, BOS-u dünya səviyyəli arena kimi tanıtmaq üçün müəyyən standartlara əməl olunmalıdı. Bu səliqə gələcəkdə digər yarışların ölkəmizə ayaq açmasına kömək edə bilər, amma...
 
Fotolara baxanda təəccüblənməyin. Bunlar BOS ərazisindəki mini-futbol meydanlarıdı. Vaxtilə burada toy mərasimləri təşkil etmək istəyənlərin arzusu ürəyində qalıb, sanki əvəzində mərasim çadırı qurublar. Yüzmilyonlar xərclənən qurğuda bu cür örtülü meydançaların olması ayıbdı. Metronun “İçərişəhər”, “Avtovağzal” və “Koroğlu” stansiyalarında olduğu kimi üçbucaq formalı çadır-meydançanın salınmasında bəlkə də başqa səbəb var, amma hətta belə olduqda da ümumi görünüş pozulmamalıdı. Yanaşı salınan meydançalardan biri fərqli, qalanları fərqlidi. Bu, həmin meydanların fərqli adamlara məxsus olmasını göstərir, lakin qurğunun rəhbərliyi buna imkan verməməliydi. Belə qarışıqlıq ümumi görünüşü korlayır.
 
Çadır-meydançanın yuxarı hissəsində 2 deşik də qoyulub, sanki soba bacasıdı. Digərləri də burada futbol oynandığını işarə vermir, elə bil təyyarə anqarlarıdı. Hər halda, kənardan belə görünür. Dünya praktikasında belə vacib yarışlar, turnirlər ərəfəsində azarkeşlər üçün fan-zonalar təşkil olunur, bizdə isə fərqlidi: kənardan baxanda “palatka-zonalar”ın salındığı təəssüratı yaranır. Sanki məhv edilmiş Azərbaycan futbolunun 3, 7 mərasimi üçün çadır qurulub.
 
Təbii ki, faciəvi nəsə baş verməyib. Hələlik turistlər gəlməyib, mayın 29-dakı final matçına da 2 ay qalıb. BOS rəhbərliyi təcili tədbir görüb, idman qurğusunun ərazisinə əl gəzdirə, ümumi görünüşü düzəldə bilər. Ölkə rəhbərliyi büdcədən bu qədər pulu Azərbaycanın müsbət imicini formalaşdırmaq üçün xərcləyib. İndi onu hansısa vəzifə sahiblərinin öz maraqları naminə korlaması, səriştəsizlik üzündən biabırçılıq yaratması doğru olmaz.
 
 
 
 
 
FƏRİD

 
tarix: 03-04-2019 12:00


 
Xəbər lenti
23.08.2019

17:33   “Beşiktaş” – “Göztəpə” matçını buradan canlı izlə! - Azərbaycanda ilk dəfə

17:27   Larsson istefa verdi

16:47   “Mançester Yunayted”də itki

16:00   Yığmamızın heyətində dəyişiklik

15:30   Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

15:00   İngiltərə millisinin sabiq üzvü “Seltik”də

14:36   Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə

14:00   Meksika millisinin üzvü rəsmən “Napoli”də

13:32   Fernando Torres vida matçına çıxır

13:06   “Qəbələ” Kamal Mirzəyevin transferinin detallarını açıqladı

12:53   “Trabzonspor”un Yunanıstan zəfəri - VİDEO

12:00   “Qalatasaray”ın futbolçusu rəsmən İspaniya klubunda

11:39   Azərbaycanlı futbolçu rəsmən Küveyt klubunda

11:17   "Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

11:08   "Səbail"in legioneri üçün il bitdi

11:03   Nazarov “Ştutqart”a meydan oxudu

10:54   Qonşumuz dəyişdi

10:32   “Qarabağ”a qalib gəlmək inanılmazdı”

10:00   Kompani istefaya göndərildi

09:30   “Liverpul”da yeni müqavilə

09:12   “Real”ın futbolçusu digər La Liqa klubunda

09:00   "Tarixin ən yaxşı komandası" və yarıhəvəskarlar

01:57   Qurban Qurbanov: “Cavab matçında böyük şansımız var”

01:37   “Linfild” - “Qarabağ” matçında 5 qol - VİDEO

00:55   Avropa Liqasında gecənin bütün nəticələri

00:34   “Qarabağ” “Linfild”ə ilk oyunda məğlub oldu

22.08.2019

22:33  “Traktor” yeni mövsümə heç-heçə ilə başladı

19:01  “Kəpəz”lə MOİK mövsümə heç-heçə ilə başladı

18:41  Etopaz.az-dan möhtəşəm yenilik: Türkiyə Superliqası canlı yayımda!

18:22  “Neftçi” Baqali Daboya görə bəyanat yaydı

18:04  Milli komandanın sabiq üzvü vəfat etdi

17:43  “Sevilya”nı digər La Liqa klubuna dəyişdi

17:24  “Elit Məşq” layihəsi ilə bağlı təqdimat

17:07  Premyer Liqanı A Seriyasına dəyişdi

16:43  Millimizə 23 futbolçu çağırıldı

16:25  “Tottenhem”dən “Beşiktaş”a – RƏSMİ

16:03  “Qarabağ” kimi komandanı keçmək əsl qəhrəmanlıq olar”

15:44  Azərbaycanla oyuna yeni kapitanla

15:23  Sponsorların nümayəndələri Bakıda səfərdədi - AÇ-2020

15:01  “Monako”nun futbolçusuna 3 oyunluq cəza

14:43  “Qalatasaray” yeni transferini icarəyə verir

14:24  Braziliyalı futbolçu Çin futbolunun tarixinə düşdü

14:02  “Beşiktaş”da istefa

13:44  Braziliyalı futbolçu Super Liqa klubunda

13:22  Millimizin sabiq baş məşqçisi vəfat etdi

13:03  Premyer Liqada 3-cü turun oyun cədvəli açıqlandı

12:40  PSJ cəzalandırıldı – Neymara görə

12:22  Balayevin komandasında yeni futbolçu

12:00  Milli komandada baş məşqçi istefası

11:40  Dabo “Neftçi” azarkeşlərini təhqir etdi

11:20  “Sumqayıt” - “Səbail” matçı ilə bağlı dəyişiklik

11:00  Millimizin üzvü “Sabah”da - RƏSMİ 

10:30  “Qalatasaray”dan PSV-yə - RƏSMİ

10:00  “Çelsi”nin futbolçusu rəsmən “Roma”da

09:30  Əliyevin komandası 1/16 finalda

09:00  Azərbaycanlı futbolçuların komandaları yarımfinala buraxılmadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az