(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Xorvatiya ilə Azərbaycanın fərqi: orada prezidentə şəxsən müraciət edirlər

Xorvatiya ilə Azərbaycanın fərqi: orada prezidentə şəxsən müraciət edirlər

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan Xorvatiya millisi hücumçu problemini həll etməyin yolunu tapıb. Baş məşqçi Zlatko Daliç bununla bağlı ölkə prezidenti Kolinda Qrabar-Kitaroviçlə görüşüb (matc.az).
 
Mario Mandzukiç milli karyerasını bitirdikdən sonra ona layiqli əvəzləyici tapa bilməyən Daliç ispaniyalı futbolçuya döz dikib. Belə ki, çalışdırıcı Zaqreb "Dinamo"sunun gənc forvardı Dani Olmonu yığmaya dəvət etmək niyyətindədi.
 
"Barselona"nın yetirməsi olan 21 yaşlı Olmo İspaniyanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış edib. 2014-cü ildən Zaqreb "Dinamo"sunun formasını geyinən oyunçu artıq 5 ildi Xorvatiyada yaşayır. Daliç də yerli mətbuata açıqlamasında onun milliləşdirilməsi üçün bir əngəl olmadığını söyləyib.
 
O, artıq iyun ayındakı seçmə mərhələ oyunundan etibarən Olmonu ixtiyarında görməkdə maraqlıdı: "Olmoya Xorvatiya vətəndaşlığının verilməsi üçün şəxsən prezident Kolinda Qrabar-Kitaroviçə müraciət etmişəm. Komandamda bu cür oyunçu profili yoxdu. İyunun 8-də Uelslə qarşılaşmada ona şans vermək istəyirəm. Bir dəfə Zlatan İbrahimoviçi Xorvatiya yığmasına gətirmək şansını əldən vermişik. Dani Olmo və digər super istedada malik oyunçularda eyni səhvin təkrarlanmasını istəmirəm. Olmoya artıq təklifi etmişəm, o da öz qərarını bildirəcək".
 
Qeyd edək ki, qrup mərhələsinin ilk turunda Zaqrebdə millimiz üzərində 2:1 hesablı qələbə qazanan Xorvatiya sentyabrın 9-da Bakıda yığmamızın qonağı olacaq.
 
Bu xəbərdə maraqlı olan məqam odur ki, Xorvatiyada bi futbolçunu milliləşdirmək üçün baş məşqçi ölkə prezidentinə şəxsən müraciət edir. Bizdə isə milli komanda başdan-ayağa əcnəbilərlə doludur, amma onlara pasport gizlicə, AFFA-nın kabinetlərində, dost-tanış məclisində verilir. Həm də kimə gəldi...

 
tarix: 03-04-2019 11:27


 
Xəbər lenti
21.07.2019

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.07.2019

21:00  “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30  Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00  Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30  “Neftçi”nin rəqibindən çətin qələbə

19:00  Fransada 198 azarkeş saxlanıldı

18:30  “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30  “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00  O da milli karyerasını başa vurdu

16:30  “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00  “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30  “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00  “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30  “Sumqayıt”ın yeni formaları - FOTO

14:00  “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30  "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00  “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30  “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00  La Liqanı Liqa 1-ə dəyişdi

11:31  Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00  Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30  Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00  Meksika millisinin üzvü “Ayaks”da

09:30  “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00  Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55  Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az