(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Xəzər Lənkəran”a texniki məğlubiyyət verildi, bir klub yarışdan kənarlaşdırıldı

“Xəzər Lənkəran”a texniki məğlubiyyət verildi, bir klub yarışdan kənarlaşdırıldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasında “Baku” FC – “Füzuli” matçının 90+4-cü dəqiqəsində “Füzuli”nin futbolçusu Zeynalabdin Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Zirə” – “Xəzər Lənkəran” matçının 21-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Fərid Hüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Neftçi” PFK – “Gəncə” TİM matçında “Neftçi”nin baş məşqiçisi Mirbağır İsayev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

U-15 Liqasında “Neftçi” İK İB – “Xilə” matçının 39-cu dəqiqəsində “Xilə”nin futbolçusu Pərvin Hüseynov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-15 Liqasında “Zaqatala” – “İsgəndər Cavadov” BFA matçının 70+3-cü dəqiqəsində “Zaqatala”nın futbolçusu Rəvan Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasında “Səbail” – “Zirə” matçının 68-ci dəqiqəsində “Zirə”nin futbolçusu Cavidan Bilalzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Sabah” – “Neftçi” matçının 35-ci dəqiqəsində “Sabah”ın futbolçusu Əli Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında UGİŞM-1 (Sumqayıt) – UGİM (Şabran) matçının 56-cı dəqiqəsində UGİŞM-1-in futbolçusu Eltac Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında UGİM (Siyəzən) – Araz Bakı UFK matçında “Araz Baku”nun heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasında “Turan Tovuz” – “Gəncə” TİM matçının 46-cı dəqiqəsində “Gəncə”nin məşqiçisi İntiqam Səmədov hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-13 Liqasında “Məhsul” (Cəlilabad) – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran”ın heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında UGİM (Ağdam) – “Gənclik” (Şəki) matçının 21-ci dəqiqəsində “Gənclik”in futbolçusu Sabir Kərimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Qızlar Liqasında “Gənclik” (Şəki) – İOEUGİM (Bakı) matçının 61-ci dəqiqəsində “Gənclik”in futbolçusu Fəridə Abdulmənəfova rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalanıb. Oyunun 61-ci dəqiqəsində İOEUGİM klubunun futbolçusu Rübabə Atakişizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Yüksək Qızlar Liqasında “Veqa” (Bakı) – “Uğur” (Sumqayıt) matçında “Veqa” komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Yüksək Liqada “Araz” – “Yasamal” MFK matçında “Yasamal” MFK komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığına görə klub yarışlardan kənarlaşdırılıb.

Futzal üzrə Yüksək Liqada EKOL – “Xəzər Cənub” matçının 18-ci dəqiqəsində “Xəzər Cənub”un futzalçısı Hadı Rezvan ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Lakin oyunun protokoluna baxdıqda futzalçının oyun ərzində iki sarı vərəqə almadığı müəyyən olunub. Futzalçıya göstərilən sarı vərəqənin birinci olmasını və oyunun hakiminin İntizam Komitəsinə raport yazaraq yanlışlığa yol verdiyini etiraf etdiyinə görə, futzalçıya göstərilən qırmızı vərəqə İntizam Komitəsi tərəfindən ləğv olunub.


 
tarix: 03-04-2019 14:14


 
Xəbər lenti
16.10.2019

01:28   Cənubi Koreya yığması 29 il sonra Şimali Koreyada oyuna çıxdı

00:53   İspaniya AÇ-2020-də!

00:25   Millimiz İsveçrəyə belə uduzdu - VİDEO

00:14   Azərbaycan - İsveçrə oyununda yanğın

00:09   “Neftçi” məşqləri bərpa etdi

00:01   Mircavadovun Dadaşlinski imtahanı - VİDEO

15.10.2019

23:53  Federasiya prezidenti istefa verdi

22:48  Obradoviç: “Düzələsi çox şey var”

22:23  “Daha çox qol vura bilərdik, amma heç-heçə də ədalətli olardı”

21:51  Millimiz İsveçrəyə Sumqayıtda uduzdu

20:37  Çempionlar Liqasının finalı İstanbuldan alına bilər

19:49  İbrahimoviç “ən yaxşı” adına namizədlər arasında

19:20  UEFA Türkiyəyə qarşı intizam işi açdı

19:00  Millimiz San Marinoya qalib gəldi

18:41  Tovuzda və Gəncədə danışılmış oyunlarla bağlı seminar keçirildi

18:24  Narkotik alverçisi olan sabiq futbolçu ABŞ-a təhvil verilir

18:00  Milli karyerasını başa vurdu

17:42  35 ildən sonra…

17:20  Elita hakimləri Divizion oyunlarına təyinat aldı

17:00  Premyer Liqada 8-ci turun hakim təyinatları

16:41  “Hansısa komanda uduzan kimi 2-3 pillə aşağı düşür” - Alxasov

16:27  Riçard Qadze: “Yenidən evimə qayıtdım”

16:08  İvan Rakitiç: “Azərbaycanla heç-heçədən sonra...”

15:44  Fransızların tələbi: UEFA Türkiyəyə sanksiya tətbiq etsin

15:26  Millimizin lideri - Ramil Şeydayev!

15:01  UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödədi

14:42  Premyer Liqanın 8-ci turu rəqəmlərin gözü ilə

14:21  AFFA hakimi söyən futbolçuları cəzalandırdı

14:00  Şenol Güneş: “Bunu Makrondan, Trampdan soruşun”

13:42  Millinin Macarıstanla oyunu “Bol idman”da müzakirə edildi - VİDEO

13:30  Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə

13:17  Ronaldo 700-cü qoluna imza atdı: “Rekordlar özü məni tapır”

12:43  “Azərbaycan insanların düşündüyündən güclüdü”

12:21  Millimiz San Marino ilə üz-üzə

12:07  AÇ-2020-nin oyununda “meymun səsləri”

11:48  Türkiyə millisi Fransadan səfərdə də xal aldı - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az