(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Aslan Kərimovla bağlı yalan yığını

Aslan Kərimovla bağlı yalan yığını

“Futbolinfo”nun daha bir xəbəri təsdiqləndi. “CBC Sport”un daimi eksperti Aslan Kərimovun kanaldan uzaqlaşdırılması ilə bağlı bu səhər yaydığımız informasiyaya hər iki tərəf “doğrudu” dedi.
 
Sabiq futbolçunun milli komanda haqqındakı tənqidi çıxışına görə işindən olduğu dəqiqdi. Bu, kanalın sahiblərindən olan AFFA rəhbərliyinin xoşuna gəlməyib və onu yola salmaq lazım bilinib. Amma həm kanal rəhbərliyi, həm də səbəbkar bu məqamı gizlətməyə çalışır, dost kimi ayrılma görüntüsü yaradır.
 
“CBC Sport”un baş direktoru Volkan Üstün qol.az-a açıqlamaları çox maraqlıdı. Aşkar görünür ki, türkiyəli məmur yalan danışır, ağalarından tapşırıq aldığı üçün bu addımın atıldığını gizlətməyə cəhd edir.
 
Sitat: "Aslan Kərimovla iki il əməkdaşlıq etdik. Bundan məmnunuq. Sadəcə, efir rəngarəngliyininin artırılması üçün onunla müqavilə uzadılmadı. Çempionatın sonuna yaxınlaşırıq. Gərgin oyunlar gedir. Buna görə də hər dəfə eyni adamın deyil, müxtəlif ekspertlərin şərhinə yer vermək istəyirik. Bir müddət telekanalımızda daimi ekspert olmayacaq. Növbəti layihələrimizdə isə Aslan Kərimovu telekanalımızda görmək istərdik".
 
Mövüsümün sonunda belə addım atılmaz, Volkan bəy. Çempionatda fantastik gərginlik yoxdu, olsa da, Aslan bəy onu azaldacaq adam deyil. Əksinə, indi qüvvələri bir az da artırmaq, verilişlərin sayını çoxaltmaq lazım idi. Bu məqamda daimi ekspertdən imtina etməzlər, onun ətrafına yeni mütəxəssislər yığarlar. Dilinizi dolaşdırmayın, deyin ki, “Elxan Məmmədov əmr etdi, mən də “baş üstə” dedim”.
 
Bundan başqa, əməkdaşlıq indi dayandırılırsa, ümumiyyətlə, indiyə nəzərdə tutulursa, bunun özü də qeyri-peşəkarlıqdı. Müqavilə bağlananda apreldən-aprelə olmur, mövsümlük razılaşdırılır. Elə deyilsə, rəsmi müqaviləni açıqlayın, görək. Kərimovla anlaşma mövsüm bitəndə yekunlaşacaqdı, ikitərəfli xitam vermisiz və xahiş etmisiz ki, detallara varmasın.
 
Aslan bəy özü isə müsahibəsində ikibaşlı danışıb, amma onun təkziblərindən də təsdiq qoxusu gəlir. Verilişin formatının necə dəyişdiyini tezliklə görəcəyik, lakin bu, ağ yalandı. Yenə daimi ekspertlər olacaq, amma o sırada Kərimovu görməyəcəyik.
 
Aslan AFFA-da rəhbəri olduğu məşqçilik kurslarından da uzaqlaşdırıla biləcəyi haqda ehtimalımızı təkzib etməyib: “Hə, bu barədə də danışırlar. Düzü, mənə indiyə qədər kimsə zəng vurub deməyib ki, sən düzgün işləmirsən. Heç vaxt belə münasibət görməmişəm. Əksinə, dəfələrlə UEFA, federasiya rəhbərliyi tərəfindən bizim gördüyümüz işə xoş münasibət bildirilib, bunu yüksək qiymətləndiriblər. Bu baxımdan məlumatların necə yayıldığını deyə bilmərəm. Çünki mən belə şey hiss etməmişəm. Bəlkə bundan sonra çağırıb deyəcəklər ki, daha lazım deyilsən. Bu da baş verə bilər. Amma hazırkı vəziyyətə görə işimin başındayam”.

 
tarix: 03-04-2019 18:57


 
Xəbər lenti
22.05.2019
21.05.2019

21:29  Fariz Nəcəfov: “Bu qələbə bir ay ərzində görülmüş işin nəticəsi deyil”

20:51  AFFA-dan Mxitaryan açıqlaması: “Bu, finalın möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək”

19:07  Yurçeviç: “Dəyişikliyə ehtiyac görmürəm”

18:44  “Neftçi”nin futbolçusu Qvineya millisinə dəvət aldı

18:26  Fransa klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

17:44  Premyer Liqada mövsümün qolu - VİDEO

17:14  Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

16:54  Bakı finalı öncəsi yeni müqavilə

16:37  La Liqa klubunda yeni baş məşqçi

16:15  “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt müəyyənləşəcək?

15:53  Bakı finalına doğru: “Arsenal” üçün fantastik mükafat

15:34  Finala görə “Tarqovı”ya giriş məhdudlaşdırılır

15:11  “Arsenal” rəsmən açıqladı: Mxitaryan Bakıya gəlmir!

14:52  “Keşlə” - “Neftçi” matçında 7 qol

14:35  Bakı finalına doğru: Bilet satışında 4-cü mərhələ

14:16  Almaniya millisinin üzvü “Borussiya”da

13:55  Dadaşovun komanda yoldaşı Bundesliqa klubunda

13:33  Bombardir milli karyerasını başa vurdu

13:12  Final “Sumqayıt”a 1600, “Qəbələ”yə 800 manata başa gəldi

12:53  “Trabzonspor”lu futbolçu seçim qarşısında: Azərbaycan, yoxsa Türkiyə?

12:44  La Liqanı tərk edən klub baş məşqçisini qovdu

12:31  “Keşlə” daha bir futbolçuyla anlaşdı - RƏSMİ

12:22  Unudulmuş “Bakı” mövsümə bombardirləri ilə damğa vurdu

12:14  Bakı finalına doğru: Mavi rəngli qanı olan Jiru

12:05  Yurçeviç media önünə çıxır

11:55  “Qəbələ”dən Makedoniyaya

11:48  Azərbaycan millisinə 23 futbolçu çağırıldı

11:42  "Çelsi"də Sarrini Lempard əvəz edir

11:35  "Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

11:29  “Mançester Siti”də mövsümün ən yaxşısı açıqlandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az