(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Talana göz yummayanlar günahkardı?!

Talana göz yummayanlar günahkardı?!

Milli komandanın Xorvatiyaya uduzduğu, Litva ilə məğlubiyyətə bərabər heç-heçəyə razılaşdığı oyunlar artıq tarixə qovuşub. Bu qarşılaşmalarda xüsusi nəsə baş vermədi. Elə necə olmalıydısa da oldu.
 
Xorvatlarla qarşılaşma Uelsə, Portuqaliyaya, Rusiyaya minimal hesablı yenilgiləri xatırlatdı. Cüzi fərq onda idi ki, Ramil Şeydayev fərdi ustalığı sayəsində hələ ilk yarıda hesabı açmağı bacarmışdı. Bu faktın özü Azərbaycan çempionatının bataqlıq olmasını, burdan uzaqlaşmağı bacaranların səviyyəsində yüksəlişin baş verməsini isbatlayır. Yəni, biz illərdi istedadı olan futbolçularımızı məhz buna görə Biləcəridən o tərəfə adlamağa çağırırıq. İstəyirik ki, getsinlər, heç olmasa Rusiyada, Türkiyədə top qovsunlar, əsl futbolun nə olduğunu görsünlər. Həm də istedadları tam açılsın, peşəkarlıqları artsın. Bununla da Azərbaycan millisinə fayda versinlər. Nə yazıq ki, bizi eşitmək istəmirlər. Litva ilə görüşdə də fərqli nəsə yaşanmadı. Foqtsun zamanında Lixtenşteynə qarşı bu cür oynamışdıq. 90 dəqiqə rəqibin qapısına doğru mənasız həmlələr etmişdik, amma qapı torunu silkələməyə hünərimiz çatmamışdı. Deməli, Yurçeviçin gəlişi ilə heç nə dəyişməyib, heç dəyişməsi mümkün də deyil.
 
Əsl həngamə bu qarşılaşmalardan sonra yaşandı. AFFA-nın səxavət kisəsinin ağzını geniş açması, futbolçulara pul paylaması cəmiyyətdə geniş etirazlar, narazılıq doğurdu. Məsələ idman mətbuatının və azarkeşlərin sərhədlərini aşıb millət vəkillərinə qədər gedib çıxdı. Təsadüfi deyil ki, sonda AFFA-nın baş katibi Elxan Məmmədov özü sükutu pozmağa məcbur oldu.
 
"Həmişə mükafat heç-heçəyə və qələbəyə görə verilib. Yoldaşlıq oyunları da nəzərə alınaraq. Gördüm ki, mediada və sosial şəbəkələrdə bu məsələ müzakirə olunur. Amma hiss etdim ki, bu, süni şəkildə müzakirə olunur. Bəlkə kimsə qısqanır ki, komanda heç-heçə oynayıb. Bəlkə də bəziləri Litva ilə görüşdə qələbə arzusunda idilər və bu olmadı. Azarkeşdə əsəb yaranır ki, nəyə görə heç-heçəyə görə mükafat verilir? AFFA olaraq hər zaman şəffaflığa üstünlük veririk…”
 
Sözümüz bütün balaların şadlığına, Elxan Məmmədovun Beynəlxalq Gülüş Günündə "Real” TV-yə verdiyi açıqlamadan sitatları burda hələlik saxlayıram. Baş katibin Xorvatiya və Litva ilə oyunlardan sonrakı mükafat müzakirələrinə münasibət bildirməsi yaxşı haldı. Deməli, ölkədə baş verən müsbət dəyişikliklər AFFA-dan da yan keçməyib. İndiyə qədər ictimaiyyətin rəyini heçə sayan, özündənrazılıq nümayiş etdirən baş katib yavaş-yavaş bu rəylə hesablaşmağa başlayır, özündə hesabat vermək borcu hiss edir. Mən əminəm ki, proses davam edəcək, AFFA-nın ictimai rəyə münasibətində köklü dəyişikliklər baş verəcək. Ya bu münasibət və qurumun fəaliyyəti dəyişməlidi, ya da AFFA-nın idarəetmə aparatı. Başqa variant yoxdu. Buna şübhəniz olmasın.
 
Cənab Məmmədovun mükafatla bağlı dediyi sözlərdən daha çox AFFA-nın şəffaflığı və müzakirələrin süni surətdə aparılması ilə bağlı söylədikləri diqqətimi cəlb etdi. Həmin sözləri eşidincə əsl dejavü yaşadım. Xəyallarım məni 2017-ci ilin noyabrına apardı. Sizin də yadınızdadı, heç unudarıqmı? "Kəpəz”dəki böyün yeyintilərin, maliyyə pozuntularının üstü açılmışdı. Mikayıl Nərimanoğlunu qurbana çevirən Elxan bəy hər cəhdlə sudan quru çıxmağa çalışır, bundan ötrü illərlə bərabər yol gəldiyi adamdan, yəni Mikayıl Nərimanoğlundan imtina etməkdən belə çəkinmirdi. Mətbuatın vicdanlı kəsimi isə yeyintiləri, maliyyə fırıldaqlarını araşdırmağa davam edir, hər gün ortaya yeni faktlar çıxırdı. Bəli, baş katib həmin vaxt da eyniylə indiki kimi davranmışdı. Soyuq payız günlərində onun jurnalistlərin suallarına verdiyi cavabları birlikdə xatırlayaq.
 
2017-ci ilin payızında, U-21 yığmasının Almaniya ilə oyunundan sonra baş katib belə demişdi: "Bizim problemimiz odur ki, çox şəffaf təşkilatıq. Hər zaman çalışmışıq, gələcəkdə çalışacağıq ki, hər addımımız açıq olsun. Çünki futbol milyonların oyunudu. 2008-ci ildən etibarən öz işlərimizi şəffaf görməyə çalışırıq. Bəzi, bəzi starteji qərarlar olur ki, onlar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanır. Ancaq belə məsələlərdə çox şəffafıq. "Kəpəz”də baş verənləri biz özümüz elan verdik, açıqladıq. Bəziləri bundan istifadə edir. Vəzifəyə təyin olunmuş şəxs son zamanlar işinin öhdəsindən gələ bilməyib, müəyyən qüsurlar olub, biz də onu azad etmişik. Qalan məsələlərlə hüquq-mühafizə orqanları məşğul olacaqlar. Nəticələrdən belə başa düşmək olar ki, müəyyən səhvlər var, ancaq kritik deyil. Bunu dəfələrlə demişəm. Sadəcə, bu məsələni süni şəkildə gündəmdə saxlamağa çalışırlar”.
 
Baş katibin intonasiyası, mətbuatı günahlandırması, özlərinin şəffaflığından danışması eyni qalıb. Özlərindən başqa hamı pisdi. Problemi araşdıranlar bunu yenə də süni surətdə edirmiş. Ay səni, cənab Məmmədov. Yenə də bulanıq sudan quru çıxmaq üçün özlərini şəffaf elan edir, ətrafdakıları günahlandırır. Bunun adı riyakarlıqdı, dostlar. Neftdən futbola ayrılan pullar insafsızcasına talanır, buna göz yummayanlar isə günahkar olur. Amma riyakarlıqla uzağa gedə bilməyəcəklər, buna şübhəniz olmasın!
 
Mənbə: sport7.az

 
tarix: 04-04-2019 10:39


 
Xəbər lenti
23.05.2019

11:42   Rusiya kubokunun qalibi bəlli oldu

11:24   “Çelsi” və “Arsenal” final biletlərini qaytarır

11:00   “Barselona”da ciddi itki - finalda oynamayacaq

10:30   Rudi Qarsiya istefa verdi

10:00   Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30   Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00   Paşayev üçün 90 dəqiqə və 1 xal

22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az