(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Qara Qarayevin Qarabağ niskili: “Allah doğulduğumuz  torpaqlara qayıtmağı yenidən bizə nəsib edəcək”

Qara Qarayevin Qarabağ niskili: “Allah doğulduğumuz  torpaqlara qayıtmağı yenidən bizə nəsib edəcək”

Təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvasını itirmiş, məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmış həmvətənlərimiz arasında, bütün mərhumiyyətlərə rəğmən, istedad və bacarığını üzə çıxarmağa, cəmiyyətdə öz yerini tutmağa nail olanlar da çoxdur. Ağdamın “Qarabağ” futbol klubunun müdafiəçisi, yığma komandanın üzvü Qara Qarayev də onlardan biridir. Əslən Füzuli rayonundan  olan 27 yaşlı futbolçu karyerası ərzində dəfələrlə ölkədaxili yarışların qalibi olub. İndiyədək kütləvi informasiya vasitələrində daha çox idman həyatı işıqlandırılan gənc futbolçu qəzetimizin məcburi köçkünlük məsələsi ilə bağlı suallarını səmimiyyətlə cavablandırıb (Vətən səsi).
 
- Dünyaya gəlişinizdən on ay sonra işğal olunmuş Füzuli rayonu ilə bu gün sizi birləşdirən hansı dəyərlər var? Ata-baba yurdunuz haqqında valideynlərinizdən, qohum-əqrabanızdan eşitdiklərinizdən nələri yaddaşınızda hələ də saxlayırsınız?
- Doğru vurğulayırsınız ki, hələ mənim bir yaşım olmamış doğulduğum torpağı - Füzuli rayonunu tərk etmək məcburiyyətində qaldıq. Ailəmizin köçkünlük həyatı başladı. Öz doğma yurduma uzun müddətdir gedə bilmirəm, doğulduğum yerlərdə ola bilmirəm. Müsahibələrimin birində də demişdim ki, qarabağlı olub öz torpaqlarını tərk etmiş insanların hissləri daha fərqli, daha  acılı olur. Mənim doğulduğum yerlər təsəvvürümdə daha gözəldir. Ailəmiz, qohumlarımız mənə  çaylardan, dağlardan, təpələrdən, hər şeydən danışırlar və mən də çalışdığım qədər yadımda saxlayıram. Mən ümidliyəm, Allah o hissi yaşamağı, doğulduğumuz  torpaqlara qayıtmağı yenidən bizlərə nəsib edəcək. Məncə, o günlər çox uzaqda deyil.
 
- Ailənizin köçkünlük həyatı ilə bağlı hansı təəssüratlarınız var? Köçkün kimi harada məskunlaşmısınız, hansı orta məktəbdə oxumusunuz?
- Köçkünlük həyatı mənə unudulmayacaq bir ad verdi. Bu ad hələ də mənimlədir və inşallah ki, bu addan tezliklə qurtularıq. Rayonumuzun işğalından sonra ailəmiz əvvəlcə Beyləqanda məskunlaşıb. Orada bir müddət yaşadıqdan sonra Bakıya  köçmüşük. Yasamal rayonunda müvəqqəti məskunlaşmışıq... Atamın dediyinə görə, Füzuli rayonundakı evimizdən heç bir şey çıxarmaq mümkün olmayıb.
 
- Uşaqlığınızın keçdiyi, məhəllə futbolu oynadığınız yerlərə yolunuz düşürmü? İdmanda qazandığınız uğurlarda kimlərin rolu var?
- Uşaqlığım demək olar ki, Yasamalda keçib. Azərbaycan İnşaat Mühəndisləri, Universitetinin yataqxanasında məskunlaşmışdıq. Binanın həyətində asfalt döşəməli böyük bir futbol meydançası vardı. Bu, belə deyim, hər daşı, hər künc-bucağı mənim üçün doğma olan stadiondur. Ən xoş xatirələrim var, o stadionla bağlı... Bəzən ora yolum düşürdü, hətta uşaqlara qoşulub oynayırdım da... Amma uzun müddətdir ki, gedə bilmirəm. Professional karyeramda qrafikin sıxlığı imkan vermir.
İdmanda qazandığım uğurlara görə minnətdar olduğum və hər zaman da minnətdar olacağım bir şəxs var. Futbol oynamağa başladığım dönəmdə hər zaman şükürlər etmişəm ki, onun kimi gözəl in­sanla, müəllimlə tanış olmuşam. Məni doğru-düzgün idmana yanaşmağı öyrədən ilk məşqçim Elnur Zeynalovu nəzərdə tuturam. Mənim futbola bağlanmağımda və uğur qazanmağımda onun böyük zəhməti olub.
“Qarabağ”da oynamağa başladıqdan sonra qazandığım bütün böyük uğurların tək memarı isə hal-hazırki məşqiçim Qurban Qurbanovdur. 2009-cu ildən bu yana mənə inanıb, mənə şans verib, mənə daha çox diqqət göstərməyə çalışıb.  Futbol karyeramda mənim üçün uğurlu bu iki amil olub ki, həqiqətən də bir-birindən yaxşı iki məşqçi ilə işləmişəm. Düşünürəm ki, idmanda qazandığım bütün uğurlara görə bu iki məşqçiyə borcluyam.
 
- Köçkün məktəblərində görüşləriniz olurmu? Məcburi köçkün uşaqlara, yeniyetmələrə nələri tövsiyə edərdiniz?
- Uzun müddətdir ki, məcburi köçkün məktəblərində görüşlərimiz olmur. Adətən, klubumuzda belə görüşlər olduqda bizə xəbər verilir, biz də məmnuniyyətlə gedirik. Ümid edirəm ki, belə görüşlər olsa, bizim üçün də xoş təəssüratlar bağışlayacaq. Yeniyetmələrə məsləhətim odur ki, idmanda uğur qazanmaq üçün çalışmaq lazımdır. İdmanda uğur qazanmaq üçün savad önəmli rol oynayır. Bütün idman növlərində bu belədir. Uğur qazanmaq üçün gərək daha çox çalışasan, əziyyətə qatlaşasan.  Düşünürəm ki, uşaqlar idmanla məşğul olanda gələcəkdə ölkəmizi, bayrağımızı təbliğ etməyin önəmini dərk edirlər. Məncə, uşaqlar çox çalışarlarsa, istədikləri nəticəyə, uğura çata bilərlər.
 
- Yəqin ki, sizin də ailəniz məcburi köçkünlər üçün dövlətin müəyyənləşdirdiyi güzəşt və imtiyazlardan istifadə edir. İndi tanınmış və təminatlı idmançı olduğunuz bir vaxtda ailənizin sosial-maddi vəzyyətinin yaxşılaşmasına köməyiniz varmı?
- Sözsüz ki, Füzulinin işğalından sonra Bakıda məskunlaşdığımız illərdə dövlətimiz tərəfindən verilən yardımlardan, imtiyazlardan biz də hər kəs kimi  istifadə etmişik. O ki, qaldı ailəmizin sosial-maddi vəziyyətinin yaxşılaşmasına kömək etməyimə, bu mənim üzərimə düşən ən böyük haqq və borclardan biridir. Bundan sonra da yaşadığım dövrdə, oynadığım dövrdə hər zaman çalışacam ki, ailəmin - atamın, anamın və qardaşlarımın sosial-maddi vəziy­yətinin yaxşılaşması üçün əlimdən gələni edim və düşünürəm ki, bu mənim mənəvi borcumdur. Həyatımın sonuna qədər də bu borc mənim boynumda haqq olaraq qalacaqdır.
 
- Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə uşaq futbolunu inkişaf etdirməklə bağlı hansı təklif və köməyiniz ola bilər? Və ya belə bir təşəbbüslə “Qarabağ”ın, yaxud AFFA-nın qarşısında məsələ qaldırmaq mümkündürmü?
- Həmin qəsəbələrdə futbolu inkişaf etdirmək istəyiriksə, mütləq futbola uyğun infrastruktur yaradılmalıdır. Stadionlar, bazalar, məşq meydançaları mütləq olmalıdır. Və ən əsası uşaqlarla çalışacaq savadlı, bilikli futbol müəllimlərini ora cəlb etmək lazımdır. Sözsüz ki, mütləq diqqət ayırmaq lazımdır o uşaqlara ki, hər zaman nəzarətdə olsunlar. Onda həmin qəsəbələrdə yaxşı idmançılar yetişdirmək olar. O idmançılar ki, milli komandamıza faydalı ola biləcək. Köməyə gəldikdə isə ixtiyarımızda olan bütün məsələlərdə əgər kömək istənilirsə, əlimdən gələn etməyə hazıram.
“Qarabağ” və AFFA-nın qarşısında da məsələ qaldırmaq, əlbəttə, mümkündür. Düşünürəm ki, belə bir təklif olduğu halda müsbət bir rəy bildirərlər. Federasiyada bu məsələlərlə çalışan insanlar var. Onlar regionlarla bağlı futbol haqqında düşünür və belə bir məsələ olarsa, “Qarabağ”a təklif etmək mənim üçün daha asan olar.

 
tarix: 04-04-2019 11:18


 
Xəbər lenti
21.05.2019

21:29   Fariz Nəcəfov: “Bu qələbə bir ay ərzində görülmüş işin nəticəsi deyil”

20:51   AFFA-dan Mxitaryan açıqlaması: “Bu, finalın möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək”

19:07   Yurçeviç: “Dəyişikliyə ehtiyac görmürəm”

18:44   “Neftçi”nin futbolçusu Qvineya millisinə dəvət aldı

18:26   Fransa klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

17:44   Premyer Liqada mövsümün qolu - VİDEO

17:14   Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

16:54   Bakı finalı öncəsi yeni müqavilə

16:37   La Liqa klubunda yeni baş məşqçi

16:15   “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt müəyyənləşəcək?

15:53   Bakı finalına doğru: “Arsenal” üçün fantastik mükafat

15:34   Finala görə “Tarqovı”ya giriş məhdudlaşdırılır

15:11   “Arsenal” rəsmən açıqladı: Mxitaryan Bakıya gəlmir!

14:52   “Keşlə” - “Neftçi” matçında 7 qol

14:35   Bakı finalına doğru: Bilet satışında 4-cü mərhələ

14:16   Almaniya millisinin üzvü “Borussiya”da

13:55   Dadaşovun komanda yoldaşı Bundesliqa klubunda

13:33   Bombardir milli karyerasını başa vurdu

13:12   Final “Sumqayıt”a 1600, “Qəbələ”yə 800 manata başa gəldi

12:53   “Trabzonspor”lu futbolçu seçim qarşısında: Azərbaycan, yoxsa Türkiyə?

12:44   La Liqanı tərk edən klub baş məşqçisini qovdu

12:31   “Keşlə” daha bir futbolçuyla anlaşdı - RƏSMİ

12:22   Unudulmuş “Bakı” mövsümə bombardirləri ilə damğa vurdu

12:14   Bakı finalına doğru: Mavi rəngli qanı olan Jiru

12:05   Yurçeviç media önünə çıxır

11:55   “Qəbələ”dən Makedoniyaya

11:48   Azərbaycan millisinə 23 futbolçu çağırıldı

11:42   "Çelsi"də Sarrini Lempard əvəz edir

11:35   "Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

11:29   “Mançester Siti”də mövsümün ən yaxşısı açıqlandı

11:14   Yenidən La Liqada

11:00   Xavi karyerasını başa vurdu, məşqçiliyə başladı

10:45   Səbuhi Səfiyarlı: “Monrozun “Neftçi”ylə anlaşmasında qeyri-adi heç nə yoxdur”

10:30   Danışılmış oyunlara görə 11 futbolçu həbs olundu

10:00   Premyer Liqa klubunda yeni baş məşqçi

09:30   Dmitri Bezotosnı: “Qəbələ”də qalıb-qalmayacağımı bilmirəm”

09:00   Nəbiyevin komandası 3 xalı 4 qolla qazandı

00:28   Romada 6 qolluq heç-heçə

00:15   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.05.2019

23:14  “Fənərbaxça”ya 1 qol bəs etdi

21:00  Şotlandiya yığmasında yeni baş məşqçi

20:24  “Qarabağ”da yeni müqavilə

19:01  Bakıda əfsanəvi ingilis personajların paradı - FOTOLAR

18:36  Messi rekorda şərik oldu

17:44  “Seltik”dən Bundesliqa klubuna

17:17  La Liqa klubu baş məşqçiylə vidalaşdı

16:53  40 yaşında karyerasını başa vurdu

16:30  Bundesliqa klubunda yeni baş məşqçi

16:12  Avroliqanın könüllüləri üçün əyləncə gecəsi

15:51  Aparıcı futbolçusu "Sumqayıt"dan gedir

15:31  “Qəbələ”nin futbolçusunda xəstəlik aşkarlandı

15:15  “Barselona”da final öncəsi itki

14:58  Fransada mövsümün ən yaxşı futbolçusu və rəmzi komandası

14:36  Bundesliqaya yüksələn 2-ci klub bilindi

14:18  Polşada çempion bəlli oldu

13:56  “Real”da 4 illik müqavilə

13:35  Oyun zamanı infarkt keçirən hakim həyatını itirdi - VİDEO

13:14  AÇ-2019-un qalibi məlum oldu

12:50  AFFA-dan 3 oyunçuya 1 illik cəza

12:32  La Liqa klubu baş məşqçisini qovdu

12:12  Millimizin hücumçusundan uğurlu debüt

12:02  “Şaxtyor”dan 12-ci çempionluq

11:54  Stiven Monroz: "Bu, "Qəbələ"də sonuncu oyunum idi"

11:41  Riberi Bundesliqanın tarixinə düşdü

11:24  Rizvanov üçün 21 dəqiqə və 3 xal

11:11  Mövsümün son matçında ehtiyatda qaldı

10:59  "Qarabağ"a 13 potensial rəqib

10:45  Amit Quluzadəsiz qələbə

10:38  “Qəbələ”də ayrılıq qərarları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az