(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Keçmiş "Neftçi" rəsmisi: "Ədəbiyyatda zirvəyə çatmaq arzumdur"

Keçmiş "Neftçi" rəsmisi: "Ədəbiyyatda zirvəyə çatmaq arzumdur"

"Payız adamı" Mehman Rəsulov: "Narahatlıq yazdırır"
 
ANS kanalı və "Neftçi" klubunun sabiq mətbuat katibi kimi tanıdığımız Mehman Rəsulov yeniliyə imza atıb. 
 
Hazırda "Real" TV-nin idman departamentində çalışan Mehman bəyin yeni kitabı çap olunub. 
 
"Payiz adamı" adlanan kitabda müəllifin 10-15 il ərzində qələmə aldığı şeirləri yer alıb. 
 
 
Mehman bəy, yeni kitabı haqqında fikirlərini Sport7.az-la bölüşüb. Futbolinfo.az həmin müsahibəni təqdim edir:
 
- Mətbuata gələncə niyə məhz idmançı seçdiniz? İş elə gətirdi, yoxsa özünüzün sevginiz vardı?
- Mətbuata gələndə prinsipcə idman jurnalisti olmaq kimi fikrim yox idi. O vaxtlar idmana jurnalist gözü ilə baxmırdım. Çox sevdiyim üçün azarkeş kimi baxırdım.  Ancaq əvvəldən hədəfim sırf idman jurnalisti olmaq olmayıb. İş elə gətirdi ki, ANS-də idman bölməsində vakant yer vardı. Gündüz Abbaszadə ilə danışdım və istəsən bizimlə birgə işləyə bilərsən dedi. Alındı və orada işləməyə başladım. Bu gün də özümü sırf futbola aid yox, ümumilikdə idman jurnalisti hesab edirəm. Eyni zamanda yazı-pozu ilə də məşğul oluram. 
 
- Öncə ANS-də, daha sonra isə "Neftçi" klubunda Gündüz Abbaszadə birgə çalışmısınız. Bu dostluq lap əvvələ dayanır?
- Gündüzlə tanışlığımız ANS-də oldu. 2007-ci ildən bir-birimizi yaxından tanıyırıq. Ondan əvvəl şəxsi tanışlığımız yox idi. "Neftçi"yə bərabər getdik. Ora da onun dəvəti ilə getdim. Uzun müddət bu klubda işlədik. İndi hər ikimiz ayrı kanallarda, o, "CBC Sport"da , mən isə "Real" TV-də işləyirəm. Ancaq münasibətimiz qalıb. Düzü, iş ilə əlaqədar olaraq tez-tez görüşmək imkanımız olmur. Ancaq bu yaxılarda görüşmüşük. 
 
 
- Səhv eləmirəmsə, "Neftçi"də işlədiyiniz illərdə bədii film üçün ssenari yazmışdınız. Ötən günlərdə isə, yeni kitabınızın işıq üzü gördüyündən xəbər tutdum. Bir tərəfdə futbolda görməyə alışdığımız Mehman Rəsulov, digər tərəfdə isə duyğulal yazar-şair. Hansı daxilən sizə daha yaxındı?
- 2013-cü ildə "Arzuların ardınca" bədii filminin ssenarisini yazmışdım. O ərəfədə atamı itirmişdim. Onun təsiri altında melodram janrında film ssenarisi yazdım. Daha sonra bu işin arxası ilə davamlı getmək üçün vaxtım olmadı. Bu gün ədəbiyyatımızın problemi odur ki, ədəbiyyatla məşğul olaraq qazanmaq və maddi baxımdan yaşamaq çətindir. Bu reallıqdır, bunu qəbul etmək lazımdır. Jurnalistika isə, həm yaradıcı mühitdir, həm də maddi gəlir mənbəyidir. Ədəbiyyatla həmişə məşğul olmuşam. O illərdə də yazırdım. "Payız adam"ı kitabı bir neçə gün öncə satışa çıxıb. Bu kitabda da daha öncədən yazdığım şeirlər öz əksini tapıb. Qismət olarsa, bu işi də davam etdirəcəm. Ədəbiyyat mənə jurnalistika ilə məşğul olmağa mane olmur. Yəni bu işlərin biri digərinə mane olmur. Çalışacam ki, ədəbiyyatda bacardığımı ortaya qoyum. Qismət olsa, növbəti kitablar da olacaq. 
 
 
- "Payız adamı" kitabı neçə müddət ərzində ərsəyə gəldi? Atanızın ruhu şad olsun. Bu itkidən təsirlənib "Arzuların ardınca"nı yazdınız. Bəs "Payız adamı"nda nədən təsirləndiniz? Olmaya elə bu "payız adamı" özünüzsünüz?
- Təbii ki, yazıçı özünü yazır, özüməm. Əslində insanın bəşəri narahatlıqlarıdı bu, narahatlıq yazdırır. Daha çox son 2 ilin şeirləridi. Amma 10-15 il əvvəl yazdığım şeirlər də var kitabda.
 
Bir müddət uzaq qaldım ədəbiyyatdan, daha sonra dostum Tural Əhməd məni şairə Nigar Həsənzadə ilə tanış etdi. Nigar xanım məni inandırdı ki, şeirlərim işıq üzü görməlidir. Onun sayəsində ARB telekanalında yayımlanan "Xalqın şairi" müsabiqəsinə qatıldım. Sonra onun rəhbəri olduğu "Söz ədəbi" layihəsinin iştirakçısı oldum. Ötən il "Nəsimi festivalı"nın qalibi adını qazandım. İnşallah, kitabın təqdimatını da "Söz ədəbi layihəsi" ilə birgə keçirəcəm. Ora mənim evimdir.
 
 
- Təqdimat nə zaman üçün nəzərdə tutulub?
- İmza günü ayın 15-i "Gənclik mall"da yerləşən "Libraff" mağazasında olacaq. May ayında isə, "Söz ədəbi" layihəsi çərçivəsində tədbir keçirməyi düşünürəm. İnanıram ki, imza günündə jurnalist dostlarım da məni tək qoymayacaq. Təbii ki, sizi də dəvət edirəm.
 
- Böyük məmnuniyyətlə iştirak edəcəyəm... Mehman bəy, 10-15 il sonra üçün düşünsək, özünüzü idman mətbuatında, yoxsa ədəbiyyatda zirvədə görmək istərdiniz?
- Bu gün "Real" TV-də çalışıram və kollektivimizlə fəxr edirəm. Biz qısa müddətdə çox iş görə bildik. Jurnalistika həm də çeviklik tələb edir. Əgər 15 il sonra belə ola biləcəmsə, işləyəcəm, olmasa yerimi gənclərə verəcəm. Ədəbiyyatda zirvəyə çatmaq isə arzumdur. Alınsa əla, alınmasa da ən azı biləcəm ki, cəhd etdim.
 


 
tarix: 04-04-2019 12:35


 
Xəbər lenti
15.10.2019

22:23   “Daha çox qol vura bilərdik, amma heç-heçə də ədalətli olardı”

21:51   Millimiz İsveçrəyə Sumqayıtda uduzdu

20:37   Çempionlar Liqasının finalı İstanbuldan alına bilər

19:49   İbrahimoviç “ən yaxşı” adına namizədlər arasında

19:20   UEFA Türkiyəyə qarşı intizam işi açdı

19:00   Millimiz San Marinoya qalib gəldi

18:41   Tovuzda və Gəncədə danışılmış oyunlarla bağlı seminar keçirildi

18:24   Narkotik alverçisi olan sabiq futbolçu ABŞ-a təhvil verilir

18:00   Milli karyerasını başa vurdu

17:42   35 ildən sonra…

17:20   Elita hakimləri Divizion oyunlarına təyinat aldı

17:00   Premyer Liqada 8-ci turun hakim təyinatları

16:41   “Hansısa komanda uduzan kimi 2-3 pillə aşağı düşür” - Alxasov

16:27   Riçard Qadze: “Yenidən evimə qayıtdım”

16:08   İvan Rakitiç: “Azərbaycanla heç-heçədən sonra...”

15:44   Fransızların tələbi: UEFA Türkiyəyə sanksiya tətbiq etsin

15:26   Millimizin lideri - Ramil Şeydayev!

15:01   UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödədi

14:42   Premyer Liqanın 8-ci turu rəqəmlərin gözü ilə

14:21   AFFA hakimi söyən futbolçuları cəzalandırdı

14:00   Şenol Güneş: “Bunu Makrondan, Trampdan soruşun”

13:42   Millinin Macarıstanla oyunu “Bol idman”da müzakirə edildi - VİDEO

13:30   Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə

13:17   Ronaldo 700-cü qoluna imza atdı: “Rekordlar özü məni tapır”

12:43   “Azərbaycan insanların düşündüyündən güclüdü”

12:21   Millimiz San Marino ilə üz-üzə

12:07   AÇ-2020-nin oyununda “meymun səsləri”

11:48   Türkiyə millisi Fransadan səfərdə də xal aldı - VİDEO

11:21   Uçurumun dibində: dövləti unutduran AFFA

11:03   Cüzeppe Rossi rəsmən La Liqa klubunda

10:51   “Fənərbaxça”nın zədəliləri sıraya döndü

10:37   Paytaxt klubunda yeni futbolçu

10:23   Almeyda APOEL-ə qarşı oynaya biləcək

10:12   Təhlükəli mitinq oyunu

10:00   Almaniya klubundan türk futbolçu ilə bağlı sərt qərar

09:39   PSJ-də Neymar şoku – 4 həftə olmayacaq

09:27   Fransa klubunda yeni baş məşqçi

09:11   “Spartak” Tedeskoya tapşırıldı

09:00   Şeydayevin həqiqəti: “Oynadığımız oyuna görə utanıram”

08:45   Macarlar qrupdan çıxsa, Bəhlula hədiyyə göndərəcək

00:46   Ukrayna AÇ-2020-də, Türkiyədən Fransa ilə heç-heçə

14.10.2019

23:45  “Qarabağ”ın legioneri sıradan çıxdı

20:04  Azər Bağırov “Qəbələ”də - RƏSMİ

19:48  Rudi Qarsiya rəsmən Lion “Olimpik”ində

18:30  Millimizin rəqibinin heyəti açıqlandı

18:00  “Bəlkə də, ömrümün sonuna qədər bunun peşmançılığını çəkəcəm” – Rəşad Sadıqov

17:42  Lion “Olimpik”ində yeni baş məşqçi

17:21  Təsəllin mübarək, AFFA!

17:00  “Qalatasaray”ın sabiq futbolçusu karyerasını başa vurdu

16:40  FIFA referimiz “Yuventus”un oyununda

16:22  Azərbaycanlı azarkeşlərdən etiraz aksiyası: “Xalımızı geri qaytarın”

16:11  Mançininin taleyinə aydınlıq gəldi

15:50  Millimizin rəqiblərindən heç-heçə - VİDEO

15:40  Sadıqov da etiraz etdi: "Daha bu qədər də haqsızlıq olmaz!" - FOTO

15:31  Uçurumun dibində: 2019-da millilərimiz 67 oyuna cəmi 8 qələbə görüb

15:22  "Hiqler Azərbaycan millisini "dəfn etdi" - Avropa mətbuatı

15:06  Fiasko...

14:41  Adı “Sabah”la hallanan məşqçi Polşa klubunu çalışdıra bilər

14:05  Fransa - Türkiyə matçında 40 min türk

13:48  Messi və Aquero yığmaya nə vaxt qayıdacaq?

13:27  “Qarabağ”da aprel şəhidlərinin övladlarıyla 1 gün - VİDEO

13:02  “Əsas odu ki, hələ sağıq”

12:43  Millimizin rəqibi Paraqvayla bacarmadı

12:24  Beyl Azərbaycanla oyunu buraxa bilər

12:01  Rusiya yığmasından Kiprə 5 cavabsız qol - VİDEO

11:45  Bəhlul Mustafazadə: “Top 100 faiz əlimə dəyməmişdi”

11:30  Uels yığması Bakıya itki ilə gələcək

11:15  İtaliya yığmasında itki

11:00  “Dua edirdim ki, hər hansı səbəbdən qol sayılmasın”

10:44  “Qol sayılmayıbsa, buna görə biz üzr istəyəsi deyilik”

10:30  Cavid Hüseynov: “Bu, onsuz da həmişə belə olub”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az