(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Səbail”in transfer planları: Tsxadadze baş rolda

“Səbail”in transfer planları: Tsxadadze baş rolda

Avropa Liqasına vəsiqəni böyük ölçüdə təmin edən “Səbail”, yeni mövsüm üçün transfer çalışmalarına başlayıb. Baş məşqçi Aftandil Hacıyev heyətdən kimin gedəcəyini, kimin qalacağını dəqiqləşdirməsə də, menecerlər indidən təkliflər paketini təqdim edir.
 
Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun yayda heyətinə qatacağı ilk futbolçunun kimliyi bəllidi. Söhbət Gürcüstan millisinin üzvü Aleksandr Kobaxidzedən gedir. Ukraynanın "Vorskla" klubunda çıxış edən 32 yaşlı yarımmüdafiəçi ilə ilkin danışıqlar baş tutub. O, yayda yeni klubuna azad agent kimi keçəcək.
 
Peşəkar karyerasına Tiflis "Dinamo"sunda başlayan, Ukraynanın "Dnepr", "Krivbass", "Arsenal", "Volın" və "Vorskla" klublarında çıxış edən Kobaxidze Gürcüstan millisində 34 oyun keçirib. O, 2017-ci ildə Türkiyənin "Göztəpə" klubunun uğurları üçün də tərk töküb.
 
Bu futbolçunun “Səbail”ə keçidinə Baçana Tsxadadze vasitəçilik edir. Ölkəmizdə atası Kaxaber Tsxadadzenin rəhbərliyi altında, “İnter”də oynamış sabiq hücumçu karyerasını bitirdikdən sonra menecerliklə məşğuldu. O, əsasən gürcü futbolçular üçün vasitəçilik edir.
 
Baçana aprelin əvvəlində Bakıya gəlib və “Səbail”lə transferin detallarını müzakirə edib. Kobaxidzenin “dənizçilər”ə gəlişində yerli menecerlər də rol oynayır. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin qohumu Polad Nəbizadə həm Tsxadadzeylə, həm də “Səbail”in faktiki rəhbəri olan Tamerlan Abdullayevlə əla münasibətlərə malikdi. Baçana da bu keçiddə onların hamısını “maraqlandıraraq” istəyinə nail olmaq istəyir. Gürcü menecer adıçəkilən şəxslərlə müxtəlif fotolarını sosial şəbəkədə paylaşmaqla ölkəmizə səfərini gizlətmədiyini nümayiş etdirib.
 
“Səbail”də postsovet məkanından gələnlərin, xüsusilə gürcülərin çoxluq təşkil etdiyini görsəz, təəccüblənməyin. Çünki bu “transfer xətti” klubda çox işlər görəcək. Hazırda komandanın qapısını qoruyan Aleksandr Rıbka da Nəbizadənin müştərisidi və faydalı oyunçu kimi özünü təsdiqləyib.
 
Lakin bu keçidin klubda marağı olan digər “cəbhə”nin xoşuna gəlməyəcəyi aydındı. “Səbail” AFFA-dan maliyyələşir və baş katib Elxan Məmmədov buraya ciddi nüfuz edir. O, bəzən klubdakı adamları vasitəsi ilə Tamerlan Abdullayevi də ofsayda atır. Katibin menecer dostlarının qayğısına qaldığı dəqiqdi və transfer siyasətinə onların nəzarət etməsini istəyir. Bu səbəbdən Kobaxidzenin transferi əngəllənsə, təəccüblənməyin.
 
Bu durumda ən çətin durumda olan Aftandil Hacıyevdi. Postunu itirməmək üçün baş məşqçi hər iki tərəfi nəzərə almağa məhkumdu. Lakin o, indi bu barədə yox, komandanın avrokuboka vəsiqəni təmin etməsi barədə düşünməlidi. İmkan versələr...
 
 
 
 
 
FƏRİD

 
tarix: 06-04-2019 09:00


 
Xəbər lenti
08.12.2019

02:24   Premyer Liqada mövsümün ilk yarısına yekun vurulur - YENİLƏNİR

02:07   “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50   “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36   PSJ Monpelyedən də qələbə ilə döndü

00:02   “Borussiya” “Bavariya”ya da qalib gəldi

07.12.2019

23:39  “Mançester Siti” “Mançester Yunayted”ə məğlub oldu, “Liverpul” darmadağına sevindi

22:56  “Qalatasaray”a 1 qol bəs etdi

21:48  Dmitri Nazarov oynadı, komandası məğlub oldu

21:14  “Qəbələ”nin “Sumqayıt”la 31-ci dueli

21:07  Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

20:58  “Keşlə” Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

18:07  “Atletiko”nun yeni rekordçusu

17:00  Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10  “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21  La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08  “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47  “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32  Yılmaz Vural yenə millimizə göz dikib?

12:00  Premyer Liqa klubunda yeni baş məşqçi

11:19  Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14  Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59  Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44  Debütant rəqabətə hazırdı

09:30  İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15  Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00  Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12  Hərəyə 2 qol, 1 xal

02:03  Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55  “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48  “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az