(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Halldorsson “Qarabağ”dan kompensasiya alacaq

Halldorsson “Qarabağ”dan kompensasiya alacaq

Əslində, gözlənilən ayrılıqdı. Bəlkə də yubanıb, daha tez vidalaşmaq lazım idi.
 
“Qarabağ” dünən islandiyalı qapıçı Hannes Tor Halldorssonla müqaviləni qarşılıqlı razılıqla pozdu. Mövsümün əvvəlində Ağdam klubuna transfer olunan qolkiper bu müddətdə cəmi 8 (4 Premyer Liqa, 4 avrokubok) matça çıxdı. Səhvləriylə yadda qalan 34 yaşlı legioner bu üzdən baş məşqçi Qurban Qurbanovun gözündən düşdü.
 
Futbolinfo.az qarşılıqlı razılıqla xitam verilən müqaviləylə bağlı bəzi detallar öyrənib. 2020-cu ilin iyununa kimi nəzərdə tutulan 2 illik müqavilə vaxtından tez pozulduğu üçün islandiyalı kompensasiya alacaq. İllik 350 min dollar maaş alan Hannes, bu məbləğin müəyyən hissəsini alaraq anlaşmanı pozub. Bizdə olan məlumata görə, klub 150 min dollarından keçib. Halldorsonun 14 aylıq müqaviləsi qalmışdı və bundan sonra ümumilikdə 420 min dollar almalı idi. Lakin o, ehtiyatda oturmaqdansa, güzəştə getməyi lazım bilib.
 
Skandinaviya ölkələrində yeni mövsüm hələ başlamayıb. Hannesin də bəzi təklifləri var və onlardan birini dəyərləndirmək niyyətindədi. Milli komandadakı yerini itirməmək üçün o, daim oynayacağı klub axtarır. “Qarabağ” isə bu futbolçunu hələ qışda göndərmək istəyirdi, futbolçu ilə ortaq məxrəcə gəlinmədiyindən, danışıqlar uzanırdı. Nəhayət, hər iki tərəfi qane edən variant tapılıb və müqavilə pozulub.
 
Ağdam klubu braziliyalı Vaqner Silvaya əsas qapıçı kimi güvənir. Onun əvəzedicisi isə Şahruddin Məhəmmədəliyevdi.

 
tarix: 06-04-2019 10:14


 
Xəbər lenti
23.05.2019
22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az