Premyer Liqada bu gün startı veriləcək XXIII turun ən önəmli oyunlarından biri Sumqayıtda baş tutacaq. Yerli komandanın "Kapital Bank Arena" “Keşlə” ilə oyunu hər 2 tərəf üçün önəmlidi. “Zirzəmi”də qonşu olan komandaların duelində məğlub olan sonuncu pillədə möhkəmlənəcək.
Hazırda rəqibini 2 xal qabaqlayan qonaqlar üçün heç-heçə də pis nəticə sayılmaz. Sumqayıtlılar isə 2019-da ilk qələbəsini qazanmasa, yəqin ki, son pillədən qurtulmaq üçün başqa real şans qazanmayacaq.
Hər 2 klubun düşərgəsində gərgin ab-hava var. Hətta məğlub olan komanda baş məşqçisi ilə vidalaşa bilər. Son turda “Qarabağ”a 0:6 hesablı məğlubiyyətdən sonra azarkeşlər klub rəhbərliyindən də üz döndərib. Onlar nəticələrdə dönüş edilməyəcəyi təqdirdə cavabdehləri bağışlamayacaq.
“Keşlə də isə problem baş məşqçi ilə bağlıdı. Klubun Müşahidə Şurasının sədri baş məşqçi Tərlan Əhmədovla yola getmir və onu qovmaq üçün bəhanə axtarır. Komanda son pilləyə ensə, son turları gözləmədən Əhmədovun qovulması mümkündü.