(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Neftçi” və “Qəbələ”dən ilk oyun günündə 1 qələbə

“Neftçi” və “Qəbələ”dən ilk oyun günündə 1 qələbə

Xəbər verdiyimiz kimi, “Neftçi” və “Qəbələ”nin U-12 komandaları Türkiyədə təşkil olunan “İzmir Cup” turnirində mübarizə aparır.

Futbolinfo.az xəbər verir ki, “Neftçi” futbolçuları beynəlxalq turnirin ilk günündə 3 oyun keçirib. “AZ Alkmaar” (Hollandiya) və “Şlask Vroslav”a (Polşa) 0:1 hesabı ilə məğlub olan komanda Türkiyənin “Konyaspor” klubuna 3:0 hesabı ilə qalib gəlib. Qollara Fərid Məcidov, Amin Muradov və Əli Aslanzadə imza atıblar.

Qeyd edək ki, “Neftçi” bu gün A qrupundakı digər rəqibləri – “Bursaspor” (Türkiyə), “Anderlext” (Belçika), “Siqma Olomous” (Çexiya), “Lill” (Fransa) və “Seltik” (Şotlandiya) ilə qarşılaşacaq. 

“Qəbələ”nin 12 yaşlıları da “İzmir Cup”da mübarizəyə başlayıb. Elnur İmanquliyevin baş məşqçisi olduğu U-12 beynəlxalq turnirin ilk günündə dörd matç keçirib. G qrupunda qüvvəsini sınayan “Qəbələ” ilk görüşdə "Brügge" (Belçika) ilə üz-üzə gəlib. Bu oyun bir dəqiqəlik sükutla başlayıb. Hər iki komanda matçın baş hakiminin müşayiətilə aprel döyüşlərində həlak olmuş həmyerlilərimizin xatirəsini yad ediblər. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb. Ardınca "Benfika" (Portuqaliya) və "Valensiya"ya (İspaniya) eyni - 0:2 hesabı ilə uduzan “Qəbələ” ilk oyun gününün son qarşılaşmasında "Qrashoppers"ə (İsveçrə) qalib gəlib - 2:1. Komandanın qollarına Ziya Şəkərxanov və Hikmət Cəbrayılzadə imza atıblar.

“Qəbələ” aprelin 6-da “Ankaragücü” (Türkiyə), “Kardiff” (Uels), “Göztəpə” (Türkiyə) və “Tvente” (Hollandiya) ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirdə 72 komanda 8 qrupda mübarizə aparır. Hər qrupda ilk dörd yeri tutan komanda aprelin 7-də final mərhələsində mübarizə aparacaq. 


 
tarix: 06-04-2019 12:09


 
Xəbər lenti
21.05.2019

00:28   Romada 6 qolluq heç-heçə

00:15   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.05.2019

23:14  “Fənərbaxça”ya 1 qol bəs etdi

21:00  Şotlandiya yığmasında yeni baş məşqçi

20:24  “Qarabağ”da yeni müqavilə

19:01  Bakıda əfsanəvi ingilis personajların paradı - FOTOLAR

18:36  Messi rekorda şərik oldu

17:44  “Seltik”dən Bundesliqa klubuna

17:17  La Liqa klubu baş məşqçiylə vidalaşdı

16:53  40 yaşında karyerasını başa vurdu

16:30  Bundesliqa klubunda yeni baş məşqçi

16:12  Avroliqanın könüllüləri üçün əyləncə gecəsi

15:51  Aparıcı futbolçusu "Sumqayıt"dan gedir

15:31  “Qəbələ”nin futbolçusunda xəstəlik aşkarlandı

15:15  “Barselona”da final öncəsi itki

14:58  Fransada mövsümün ən yaxşı futbolçusu və rəmzi komandası

14:36  Bundesliqaya yüksələn 2-ci klub bilindi

14:18  Polşada çempion bəlli oldu

13:56  “Real”da 4 illik müqavilə

13:35  Oyun zamanı infarkt keçirən hakim həyatını itirdi - VİDEO

13:14  AÇ-2019-un qalibi məlum oldu

12:50  AFFA-dan 3 oyunçuya 1 illik cəza

12:32  La Liqa klubu baş məşqçisini qovdu

12:12  Millimizin hücumçusundan uğurlu debüt

12:02  “Şaxtyor”dan 12-ci çempionluq

11:54  Stiven Monroz: "Bu, "Qəbələ"də sonuncu oyunum idi"

11:41  Riberi Bundesliqanın tarixinə düşdü

11:24  Rizvanov üçün 21 dəqiqə və 3 xal

11:11  Mövsümün son matçında ehtiyatda qaldı

10:59  "Qarabağ"a 13 potensial rəqib

10:45  Amit Quluzadəsiz qələbə

10:38  “Qəbələ”də ayrılıq qərarları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az