(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Tərlan Əhmədovdan istefa açıqlaması: “Bacarmadım”

Tərlan Əhmədovdan istefa açıqlaması: “Bacarmadım”

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- Hər iki komandanın üzərində təzyiq çox idi. Zədəlilərimiz də həddn artıq çoxdu. Heyətdə dəyişiklik etməyim komandanın oyununa təsir etdi. Məğlubiyyət psixologiyası düzəlmir ki, düzəlmir. Bundan əvvəlki oyunda da bir buraxdığımız səhv, məğlubiyyətlə nəticələndi. Komanda diqqətsizliyin qurbanı olur. Bu oyun haqda danışmaq çətindi. Komandanı düzəltmək çətin oldu mənə. Bacarmadım, sabah rəhbərliklə söhbətimiz olacaq.

- Komandadan getmək istəyirsiz?
- Məni gətirən komanda rəhbərliyidi. Danışacağıq. Ancaq bacarmıram. Burda görüləsi iş çoxdu. Sabah hər şey ola bilər.

- Üzərinizdə təzyiqlərin olduğunu dediz. Bu rəhvərliklə bağlıdırmı?
- Rəhbərliklə əlaqəsi yoxdu. Bütün təzyiqlər üzərimizdədi.

- Komandanı düzəltmək üçün nə lazımdı? 
- Məndən əvvəl 2 məşqçi dəyişib. Yayda düzəltmək, heyətə yaxşı futbolçular cəlb etmək lazım idi. Çox şey demək olar, ancaq demirəm. Uğursuzluq nədəndi, bilmirəm. Futbolçularla çox danışırıq, ancaq yenə alınmır.

- Sizdə də komandaya inam yoxdu sanki... 
- Əvvəllər belə situasiyada olmuşam. Ancaq o komandaların ruhu var idi. Bilirdim ki, mənim üçün onlar canlarını da qoyardılar. Burda o ailəni qura bilmirik. Bu oyun bizim üçün böyük zərbə ola bilər. Qarşıda 8 günümüz var. Psixoloji sindromdan çıxmaq lazımdı. Heç kimi yarıda qoymaq kimi bir xasiyyətim yoxdu.

- "Oynamırlar, oynamaq istəmirlər" deyə bir fikir varmı? 
- İnanmıram ki, kimsə qəsdən oynamasın. Bunun necə olduğunu bilmirəm. Yaşamamışam belə bir şey. Avropa Liqasının ilk mərhələsində məğlub olduqdan sonra komandanın vəziyyəti düzəlmir. Bütün gün əvvəlki oyunları izləyirik. Bütün səhvlər eynidi. Etiraf edirəm ki, bacarmadım. (komanda.az)


 
tarix: 06-04-2019 18:19


 
Xəbər lenti
19.10.2019

01:22   “Qranada”ya 1 qol bəs etdi

01:14   PSJ 3 xalı 4 qolla qazandı

01:07   “Yığma 0:5 uduzacaqsa, baş məşqçiyə 30-40 min verməyin nə adı var?” - Mahir Şükürov

01:00   “Ayntraxt”dan darmadağın

00:25   “Qəbələ” “Qarabağ”a, “Keşlə” “Sabah”a qarşı - YENİLƏNİR

18.10.2019

23:37  “Qalatasaray”dan çətin qələbə

22:28  Nazarov Almaniyada daha bir qol vurdu

20:41  “Region Liqası”nın püşkü atıldı

20:01  İlham Yadullayev rəsmən “Turan Tovuz”da

19:48  Premyer Liqa klubunda yeni müqavilə

19:14  Divizion matçında “Qarabağ Azərbaycandır!” şüarı - VİDEO

18:31  DÇ-də rekord izləyici – FİFA açıqladı

17:40  Futboldan 2 illik uzaqlaşdırıldı – narkotik maddəyə görə

17:19  PSJ-nin zədəlilərindən ikisi sağaldı

16:59  “Qarabağ”la “Neftçi” uduzdu, “Keşlə” darmadağına sevindi

16:34  119 yaşlı klub fəaliyyətini dayandırdı

16:12  Ferqyusonla bağlı şok ittiham: ÇL-də oyun satıb

15:56  "Qarabağ"a vurduğum qola təəccüblənmədim" - Çiçarito

15:37  “Onun istefasının qələbədə rolu yoxdu” - Ruslan Abışov

15:14  APOEL-dən “Qarabağ”la oyuna havayı bilet

14:53  Ermənistan yığmasında baş məşqçi istefası

14:34  “El klasiko” ilə bağlı rəsmi qərar açıqlandı

14:15  Elxan Məmmədova Nikola Yurçeviçdən şikayət – Millidə “üsyan”

13:57  UEFA “Qarabağ”ın oyunlarında baş verənlərlə bağlı qərarı təxirə saldı

13:40  “Neftçi”nin sabiq forvardı D seriyasında: “Ora uyğunlaşa bilmədim”

13:21  Mövsümün açılış iclası keçirildi

13:05  Kamerunlu futbolçunun evi qarət olundu – 100 min avroluq ziyan

12:44  Amerika kuboku-2020-nin rəsmi loqosu - FOTO

12:22  Fransada sentyabrın ən yaxşı oyunçusu bəlli oldu

12:03  Millimizə Özbəkistan klubundan futbolçu çağırıldı

11:47  “El klasiko” təxirə salındı

11:25  Eşli Koul yenidən “Çelsi”də

11:00  Hakimi təhqir edən baş məşqçinin cəzası azaldıldı

10:42  UEFA “Ayaks”ı 50 min avro cərimələdi - “Borussiya” isə...

10:20  Bundesliqa klubunda yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az