(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Orxan Sadıqlı: “Aranı sakitləşdirdiyim halda mənə qırmızı vərəqə göstərdi”

Orxan Sadıqlı: “Aranı sakitləşdirdiyim halda mənə qırmızı vərəqə göstərdi”

“İnqilab Məmmədov mənə qırmızı vərəqə göstərdi. Buna çox əsəbləşdim. Mən dəliyəm ki, kiməsə nəsə söz deyim və ya orada atlanıb-düşüm? Bəxtiyar Həsənalızadə və Baqali Dabo kəllə-kəlləyə gəlmişdilər. Onları araladım. Dabo Bəxtiyarı söymüşdü. Dabonu ingiliscə təbrik edib, araladıq. İnqilab Məmmədov isə gələn kimi Baqali Daboyla məni yanına çağırdı. Ona sarı, mənə isə qırmızı vərəqə göstərdi".

Futbolinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin qapıçısı Orxan Sadıqlı Azərbaycan Premyer Liqasının 23-cü turunda "Neftçi"yə 2:4 hesabı ilə uduzduqları oyundan sonra yaşanan qalmaqal barədə danışarkən deyib.

Matçı ehtiyatda keçirən 25 yaşlı qolkiper daha sonra bildirib: "Nəyə görə mənə qırmızı vərəqə verdi? Bəzi hakimlər güzgünün qarşısında dayansınlar və özlərinə baxsınlar ki, kimdilər? Ağzına fit almaqla hər şey qurtarmır, həyat davam edir. Haqlı olduğum yerdə haqsız çıxardılar. Bilirəm ki, kiməsə əl vursam, qırmızı vərəqə alacam. Bunu bilirəmsə, niyə edərəm? Mən aranı sakitləşdirirdim. Dabo özü də deyir ki, ona niyə qırmızı verdin, mən Orxanla dalaşmamışam".

Sadıqlı "Klubdan cəza gələcəyini düşünürsünüz" sualına belə cavab verib: "Bundan sonra nə baş versə, qəbul edəcəm. Belə haqsızlıq baş verdisə, nə olur, olsun. Kimisə vurmuşamsa, qərara razıyam. Dayandığım yerdə qırmızı aldım. İnsanlıq göstərib aranı sakitləşdirirdim, mənə qırmızı vərəqə göstərdi".


 
tarix: 07-04-2019 09:38


 
Xəbər lenti
18.07.2019

01:03   1-ci təsnifat mərhələsinə yekun vuruldu - ÇL

00:12   Rəşad Sadıqov: “Qol zamanında gəldi”

17.07.2019

23:48  Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”

23:39  “Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”

23:29  Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

23:15  “Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

23:01  “Qarabağ” avrokuboklarda 100-ə çatdı

22:52  “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində!

22:29  “Tottenhem”in futbolçusu rəsmən “Atletiko”da

21:55  Avropa Liqası: Gürcüstan klubu növbəti mərhələdə

21:27  Kristian Efros: “Fikrimi dəyişməmişəm”

21:09  Sənan Qurbanov Türkiyə toplanışını dəyərləndirdi

20:46  Əmirquliyev: “İçimizdə bir inam var”

20:11  Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

19:57  “Səbail”ə mən də qol vurmaq istəyirəm”

19:18  “Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

18:58  “Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

18:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18:22  “Zirə” növbəti transferini açıqladı

18:00  Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

17:47  Emin Mahmudov: “Hücum futbolu göstərəcəyik”

17:14  “Vest Hem”dən rekord transfer

16:50  Hollandiya Futbolçular Birliyində ukraynalı prezident

16:25  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00  Mançini “Roma”da

15:37  “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10  “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56  De Xea qərarını verdi

14:27  Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00  Premyer Liqa klubundan yeni transfer

13:42  İspan futbolçu La Liqada klubunu dəyişdi

13:21  Premyer Liqa klubunda yeni baş məşqçi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az