(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Əhmədov bacarmadı, amma günahkar təkcə o deyil

Əhmədov bacarmadı, amma günahkar təkcə o deyil

Tərlan Əhmədov bacarmadı - özü də etiraf edir. “Keşlə”ni böhrandan çıxarmaq, yuxarı pillələrə qaldırmaq onun bacaracağı iş deyilmiş.
 
Komanda yenə sonuncu pillədədi və Premyer Liqanı tərk etməyə əsas namizədlərdən biridi. Düzdü, hələ qarşıda oyunlar var, lakin bu əhval-ruhiyyə, bu psixologiya ilə toparlanmaq mümkünsüzdü. Klub daxilində birlik yoxdu, eyni hədəfə köklənməyəndə isə uğursuzluq qaçılmaz olur.
 
Qışda Əhmədov “hər şeyə mən cavabdehəm” deyib, sinəsinə döymüşdü. Hazırlıq, transferlər – rəhbərlik heç nəyə qarışmırdı. Və indi meyvələri toplamağı vaxtıdı, Əhmədovun bağında isə çürük alma-armuddan başqa bir şey yetişməyib. Sonuncu pillə, məzmunsuz oyun, aşkar ruh düşkünlüyü...
 
İstefa verən rəhbərliyin qərarını gözləməz, ərizəsini yazar, bəyan edər və sağollaşar. Tərlan bəy isə hələ damar yoxlayır, bacarmadığını etiraf edir və klubun qərarını gözləyir. Bəlkə bağışladılar ümidi ilə…
 
Ötən mövsüm “Neftçi”ni qəbul edib, autsayderlər sırasından 3-cü pilləyə yüksəldən adam eyni şeyi “Keşlə”də bacarmadı. Avrokuboklara vəsiqə cəhənnəm, komandada kiçik canlanma da yoxdu. Deməli, Ramin Musayevin dəstəyi olmayanda, klub rəhbərliyi kömək etməyincə olmurmuş. Bu iş təkcə Əhmədovun sehrli çubuğunun gücüylə alınmır.
 
Deyək ki, Tərlan bəy həqiqətən bacarıqsızdı. Halbuki belə olduğunu düşünmürəm, məşqçi kimi yaxşı xüsusiyyətləri var, sadəcə, davranışı, ədası, inadı, özündənrazılığı ona problem yaradır. Hətta bütün bunları cəmləyəndə də təcrübəsi onun əllərini qaldırmasına səbəb olmamalıdı. “Keşlə”nin əsas problem rəhbərliklə bağlıdı.
 
Müşahidə Şurasının sədri Zaur Axundov bir klubun axırına necə çıxmaq lazım olduğunu əyani göstərir. Deyək ki, Əhmədov bacarıqsızdı, bəs, əvvəlki məşqçilər niyə göndərildi? Yuri Maksimov, Mladen Milinkoviç də bu klubda xoş gün görmədi, daxili çəkişmələrə qurban getdi. “Keşlə”nin dərdi məşqçilər deyil, idarəçilərdi. Kapitan Kamran Ağayevə hüdudsuz səlahiyyətlər verirsənsə, klub daxilində xaos varsa, yalnız məşqçini ittiham etmək olmur.
 
 
Özləri bilər, amma Axundov uğursuz rəhbər kimi arxivə atılmaq üzrədi. Onun komandası sonuncu olsa, diviziona düşməsi, sonra da dağılması qaçılmaz olacaq. AFFA büdcəsindən ən çox pay alan bu klubun yaşaması heç kimə maraqlı deyil. Mövsüm ərzində 20-dək legionerin gəlib-getdiyi, böyük pulların xərcləndiyi “Keşlə” son pillədə olmamalı idi. Axundov bunu “bacarıb” və indi təkcə Əhmədovu yox, həm də idarəolunmaz hala gələn kluba görə özünü qınamalıdı.
 
FƏRİD

 
tarix: 07-04-2019 10:24


 
Xəbər lenti
16.07.2019

01:09   “Qəbələ” Boluda doluya düşdü

00:35   “Qəbələ”nin daha bir futbolçusu Çexiya klubunda

00:16   Davit Volkov: “Dinamo” ilə şanslarımız bərabərdi”

15.07.2019

23:21  “Neftçi” Kvame Karikari ilə müqaviləyə xitam verdi

22:08  “Neftçi”də istirahətə son, hazırlığa davam

20:22  ABŞ millisinin üzvü rəsmən “Beşiktaş”da

19:33  “Qarabağ”ı keçmək üçün hər şeyi edəcəyik”

19:00  “Qarabağ” - “Partizani”: Mətbuat konfransları və son məşqlər

18:35  “Yuventus” yeni transferini təqdim etdi

17:44  “Sevilya”dan növbəti transfer - RƏSMİ

17:15  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:53  Yunanıstanlı müdafiəçi “Zirə”də

16:34  “Fənərbaxça”dan ayrılan futbolçu La Liqa klubunda

16:15  Korneliu Papure: “Səbail” bizə sürpriz yaşada bilər”

15:54  Kasilyasın yeni iş yeri bəlli oldu

15:36  Azərbaycanlı hakim DÇ-nin seçmə mərhələsində

15:12  Türkiyəyə gətirildi, müqavilə bağlamaqdan son anda imtina etdi

14:50  “Neftçi” və “Səbail”in cavab oyunlarının hakimləri açıqlandı

14:36  “Neftçi” - “Speranta” matçının biletləri satışda

14:06  “Fənərbaxça”nın 4 futbolçusu rəsmən “Rizəspor”da

13:39  Emil Balayev rəmzi komandada - FOTO

13:12  “Partizani”nin cavab matçı üçün start heyəti

12:50  Orxan Hüseynzadə ÇL matçına təyinat aldı

12:35  La Liqa klubundan rekord transfer

11:51  Əsgərovun komandası darmadağınla 1/4 finalda

11:30  Emil Balayev: “Bizə çətin olacağını bilirdik”

11:15  AFFA “Turan Tovuz”la bağlı tender elan etdi

11:00  “Qarabağ” – “Partizani”: Hakim təyinatları açıqlandı

10:45  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

10:30  Paşayevli “Aleksandriya”ya 1 qol bəs etdi

10:00  “Valensiya” 50 milyonluq hücumçu aldı

09:30  “Partizani”nin baş məşqçisi: “25 milyonluq büdcəsi olan komandaya qarşı oynayırıq”

09:00  “Qəbələ”dən ayrılan daha bir futbolçu İsrailə üz tutdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az