(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Neftçi” “Zirə”nin səhvlərini bağışlamadı

“Neftçi” “Zirə”nin səhvlərini bağışlamadı

“Neftçi” hər ötən tur çempionluğa daha çox inanmağa başlayır. Komanda elə futbol oynayır ki, hər an xal itirə biləcəyini düşünürsən - parlaq futbol yoxdu, rəqiblərdən aşkar üstünlük gözə dəymir. Lakin bu vəziyyətdə də qələbələr sıralanırsa, deməli, hədəfə doğru köklənilib.
 
“Zirə”ylə dünənki oyun da belə idi. Komanda kompakt təsir bağışlamır, tez-tez top itirir, kombinasiya qura, rəngarəng hücumlar edə bilmirdi. Amma yekunda 4 qol vurdu və vacib qələbə qazandı. Bəzən oyun getməyəndə liderlərin ön plana çıxması lazım gəlir, “Neftçi”də bu baxımdan işlər qaydasındadı. Bu dəfə Baqali Dabo əbəs yerə komandanın ən ödənişli futbolçusu olmadığını göstərdi.
 
Əslində, bu matçın nəticəsini “Zirə” özü müəyyənləşdirdi. Xüsusilə ilk yarıda bərbad görünən qonaqlar beşli müdafiəçi sistemini dəqiq tətbiq edə bilmədi. İlkin Qırtımov sağ cinaha boyunca çatdırmayınca, Bəxtiyar Həsənalızadə onu lazımınca sığortalamayınca “Neftçi” zəif nöqtəni tapdı və Dabo ustalıqla ilk qolu vurdu. Ardınca müdafiədə daha bir səhv və 2:0.
 
Fasilədə Samir Abasovun 3 əvəzetməni birdən etməsi onun start heyətdəki səhvlərinin etirafı idi. Özü də anladı ki, meydan sahiblərini düzgün qiymətləndirməyib və güvəndiyi heyət xal qazanmaq gücündə deyil. Amma ikinci hissə başlayan kimi “Neftçi” daha 2 yüzfaizli şansı boşa verdi. “Zirə”nin aqressiv oyunu hesab arasındakı fərqin azalmasına imkan yaratdı. Lakin həmin epizodda da qol komanda oyununun nəticəsi deyildi, Mamadu Mbodj fərdi səhv etmişdi.
 
Qol buraxarkən “Neftçi” azlıqda idi, zədələnən Mirabdulla Abbasov kənarda həkimdən yardım alırdı. Onu əvəzləyən Namiq Ələskərov meydana daxil olan kimi 3-cü qolu vurub, “Neftçi”nin özünü itirməsinə imkan vermədi. “Zirə” yenə hesab arasındakı fərqi azaltdı və ardınca daha bir top buraxdı. Bu, artıq qələbə demək idi.
 
Ardıcıl ikinci məğlubiyyət “Zirə”nin turnir vəziyyətini bir qədər pisləşdirdi, “Neftçi” isə “Qarabağ”la qiyabi mübarizədə psixoloji üstünlük qazandı. Lider yenə zirvədədi və yoluna davam edir.
 
Maraqlı, gərgin mübarizəni oyundan sonra başverənlər korladı. Əsəblərin tab gətirməməsinə səbəb elə amansız mübarizə idi. “Qartallar” rəqib oyunçulara qarşı çox kobud oynayır, onlara aşkar xəsarət yetirmək istəyirdi. Xal qazanmağın mümkün olmayacağı anlaşılanda aqressiya daha çox görünürdü. Matçın bitimində Daboya qarşı edilənlər isə həm də futbolçunun öz günahı idi. Onun Həsənalızadəyə qarşı ədəbsiz jestindən sonra ara qızışdı. Sonda “Zirə”nin 2 futbolçusu meydandan qovuldu, hakim ədalətli olmağa çalışdı.
 
Matç sonunda başverənlər xoşagəlməz idi, qeydə alınan nəticə isə ədalətlidi. “Neftçi  haqq etdiyi 3 xala qovuşdu. Komanda çempionluğa layiq futbol sərgiləməsə də, vacib olan xalları yığır. Daha 5 oyun və uzun illər çəkən həsrət bitə bilər.
 
CAVAD

 
tarix: 07-04-2019 10:47


 
Xəbər lenti
27.05.2019

12:54   “Fənərbaxça”da daha bir ayrılıq

12:33   Premyer Liqa klubunda baş məşqçi istefası

12:14   “Sumqayıt” üçün 14 650 azarkeş

12:00   Seriyası davam edənlərdən biri – “Qarabağ”

11:49   Millimizin heyətində dəyişiklik

11:43   UEFA "Arsenal"ın Bakıdakı təxribatının qarşısını aldı

11:37   Bakıda Emeri ilə də mübarizə aparacağıq

11:31   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

11:24   "Çelsi"də ciddi itki

11:11   Şeydayevin taleyi iki oyundan asılıdı

10:59   Jorjinyo Sarrinin müdafiəsində

10:45   Sokratisin bəxtə də ehtiyacı var

10:38   Kvalyarella – 36 yaşlı bombardir

10:24   “Bavariya” rekordunu yenilədi

10:01   Baki finalı: hər şey arzulandığı kimidi

10:00   Ölkə kubokunu “Şaxtyor” qazandı

09:40   Messidən növbəti rekord

09:31   Rizvanov 86 dəqiqə oynadı, “Bohemians”...

09:21   Paşayevsiz “Aleksandriya” səfərdə uduzdu

09:00   “Neftçi” “Qəbələ”nin daha bir oyunçusu ilə güclənir

00:41   A Seriyasında mövsümə yekun vuruldu

26.05.2019

22:36  Super Liqada mövsümə yekun vuruldu

20:46  Azər Əliyev üçün son turda 32 dəqiqə

19:28  Səfirlik: “Mxitaryan 3 dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib”

19:18  Ayaz Quliyevin komandası Avropa Liqasında

18:17  Ramil Şeydayev darmadağına üzüldü

17:17  Emil Balayev oynadı, “Tobol” qalib gəldi

16:12  İsrafilov üçün 45 dəqiqə və 1 xal

15:36  Balotelli Fransa klubundan ayrıldı

14:39  TFF prezidentliyinə 5 namizəd

14:06  “Qalatasaray”da ilk ayrılıq - RƏSMİ

13:33  “Barselona” finalda belə uduzdu - VİDEO

13:02  Bakı finalı: milyardların mübarizəsi

12:30  “Bavariya” darmadağınla kubok qazandı - VİDEO

11:31  “Qalatasaray”dan Fatih Terimlə yeni müqavilə - RƏSMİ

11:20  Şotlandiya kubokunda 39 qat qalib

11:00  “Qəbələ” heyəti gəncləşdirir: Volkovdan başqa hamı yola salınacaq

10:28  Portuqaliya kubokunun qalibi bəlli oldu

09:30  Amit Quluzadə mövsümün son matçında da oynamadı

01:05  “Napoli” mövsümü məğlubiyyətlə qapadı

00:58  İspaniya kubokunu “Valensiya” qazandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az